3.5. Gender bərabərliyi
Qadın və kişilər üçün siyasi, iqtisadi və sosial iştirakçılıqda
bərabər imkanların yaradılması REAL-ın siyasi istiqamətlərindən
biridir. REAL hesab edir ki, gender bərabərliyinin təmin edilməsi
və qadınların sosial, iqtisadi və siyasi sahələrdə rollarının artırılması
üçün 4 əsas istiqamətdə fəaliyyət planı həyata keçirilməlidir:
Təhsil. Orta məktəblərdə qızların təhsilinə mane olan məişət,
inanc və sosial faktorların araşdırılması, problemlərin önlənməsi,
bu sahədə maarifləndirmə və dialoqun dəstəklənməsi vacibdir. Orta
və ali təhsilin stimullaşdırılması üçün tədbirlər planı hazırlanaraq
həyata keçiriləcək.
Dostları ilə paylaş: |