707) Oynaq sindromu və keçirilən xlamidiya yoluxması ilə reaktiv artritin müalicəvi taktikasının alqoritmi hansıdır?
A) Sulfonilamid preparatları, orta dozalı kortikosteroidlər, enzim preparatlar, antikoaqulyantlar
B) Antibiotiklər, standart iltihab əleyhinə qeyri steroidlər, birinci gündən bioloji agentlər, antihistamin preparatlar, analgetiklər
C) Antibiotiklər, standart iltihab əleyhinə qeyri steroidlər, orta və yüksək dozalı kortikosteroidlər, bazis preparatları, vobenzim
D) Antibiotiklər, iltihab əleyhinə qeyri steroidlər, kiçik dozalı və oynaqdaxili kortikosteroidlər, anabolik preparatlar
E) Sulfonilamid preparatlar antibiotiklərlə birgə, diuretiklər, kalsium preparatları, antihistamin preparatları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
708) Keçirilən xlamidiya yoluxmasi ilə reaktiv artritin müalicəsində hansı antibiotik qrupları əks göstəriş sayılır?
A) Tetrasiklin qrupu
B) Sulfasalazin
C) Ftorxinolonlar
D) Siprofloksasin
E) Penisillin qrupu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
709) Reyter sindromu zamanı antibiotikoterapiyanın orta davamiyyəti nə qədər olmalıdır?
A) 28 gün
B) 10-15 gün
C) 3 gün
D) 2 ay
E) 1 həftə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 348-355
Dostları ilə paylaş: |