AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
MAARİFƏ HACIYEVA
ƏDƏBİ
QAYNAQLAR
BAKI – 2014
Elmi redaktor: Nigar HƏSƏNOVA
filologiya üzrə fəlsəfə doktoru
Rəyçi və ön sözün
müəllifi: Əziz ƏLƏKBƏRLİ
filologiya üzrə fəlsəfə doktoru
M.Hacıyeva. Ədəbi qaynaqlar. Bakı, Elm və təhsil, 2014, 242 səh.
folklorinstitutu.com
H 4603000000 Qrifli nəşr
N-098-2014
© Folklor İnstitutu, 2014
MÜƏLLİFDƏN
İndiyə qədər yayınlanan 30-a qədər kitabımın bir qismi elmi-tədqiqat xarakterli monoqrafiyalar, bir qismi dərsik, dərs vəsaiti, metodik göstərişlər, bir qismi də, o cümlədən, “Müdriklik çeşməsi” (1984), “Ədəbi düşüncələr” (2003), “Ədəbi mülahizələr” (2007), “Ədəbi çeşmə” (2009), “Ədəbi dəyərlər” (2013) folklor və ədəbi proses, ədəbi əlaqələr, sənət və ədəbiyyata aid məqalələrdən ibarətdir.
Təqdim olunan kitaba beynəlxalq simpozium, elmi konfrans və elmi seminarlara təqdim etdiyim bir neçə məqalə, vaxtilə kiril əlifbası ilə jurnal və qəzetlərdə yayınlanan bir neçə məqalə, uzun illər apardığım araşdırmalar nəticəsində yazdığım Türk-Azərbaycan folklor və ədəbi əlaqələrini ifadə edən məqalələr daxildir.
Ədəbi proses, folklor qaynaqları Azərbaycan-Türkiyə folklor ədəbi və mədəni əlaqələri, milli-mənəvi dəyərlərlə bağlı yazdığım məqalələrin bir qismi də “Ədəbi qaynaqlar” kitabında toplanmışdır.
Kitabın işıq üzü görməsinə dəstək olan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutuna təşəkkür edirəm.
Dostları ilə paylaş: |