Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 374,31 Kb.
səhifə88/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   84   85   86   87   88   89   90   91   ...   113
İşgüzar -A5 (1) 2003

Sərəncam
Sərəncam – hər hansı məsələləri həll etmək üçün səlahiyyətli, vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun və s. şəklində şərh edilir.

Fərman və sərəncamın fərqini bilmək üçün onların hər birinin ayrılıqda nə olduğunu öyrənmək lazımdır. Belə olduqda onların fərqini asanlıqla başa düşmək olar.


FƏRMAN (rus analoqu приказ) – Ali hakimiyyət orqanının – Prezidentin (vahid şəkildə) öz səlahiyyətləri daxilində qəbul etdiyi, hüquqi məzmununa görə normativ fərman, yəni ümumi hüquqi normaları, qaydaları müəyyən edən və fərdi fərman, yəni hüquq normasını konkret hadisəyə tətbiq edən (misal: vəzifəli şəxsi, təyin edilməsi, vətəndaşın mükafatlandırılması və s.), bütün aşağı səlahiyyətli vəzifəli şəxslər, dövlət və qeyri-dövlət qurumları və vətəndaşlar (və s. şəxslər) üçün məcburi qüvvəyə malik olan – hüquqi akt.
Hər bir fərman ümumi və konkret məqsədlərə xidmət edir, hüquqi nəticələr əmələ gətirir və hüquqi qüvvəsi dövlətin bütün ərazisinə yayılır. Fərmanların icra edilməməsi – müəyyən hüquqi məsuliyyətə səbəb olur (hərçənd fərdi fərmandan irəli gələn müddəalardan ünvanlanmış şəxs imtina edə bilər, lakin buna yol verməmək üçün, bir qayda olaraq, fərdi fərman qəbul edilmədən öncə, ünvanlanmış şəxs ilə məsləhətləşmələr aparılır). Qəbul edilmiş fərman ya televiziya, radio, mətbuat vasitələrilə yayılır, yaxud şəxsən təqdim olunur. Fərmanlar yalnız yazılı formada olur və əgər fərmanda başqa tarix göstərilməyibsə o (fərman), dərc edildiyi (yayıldığı) gündən qüvvəyə minir, qeyri-normativ xarakterli (yəni fərdi) fərman isə qəbul edilən andan qüvvəyə minir.
SƏRƏNCAM (rus anoloqu распоряжение) – Ali hakimiyyət orqanının – Prezidentin (vahid şəkildə), Mərkəzi hakimiyyət orqanının – Hökümət (kollektiv şəkildə) və digər dövlət idarəetmə orqanlarının həmin orqanlara verilmiş səlahiyyətlər daxilində qəbul etdikləri, hökmlü xarakter daşıyan, konkret məsələləri əhatə edən, bütün aşağı səlahiyyətli vəzifəli şəxslər, dövlət və qeyri-dövlət qurumları və vətəndaşlar (və s. şəxslər) üçün məcburi qüvvəyə malik olan qanun qüvvəli akt. Konkret hadisə barəsində birdəfəlik sərəncam və ümumi sərəncam, yəni uzun müddət qüvvədə olan sərəncamlar fərqləndirilir. Fərmandan fərqli olaraq, sərəncam bir qayda olaraq normativ xarakter daşımır. Hər bir sərəncam konkret məqsədlərə xidmət edir, hüquqi nəticələr əmələ gətirir və hüquqi qüvvəsi dövlətin bütün ərazisinə yayılır. Sərəncamların icra edilməməsi müəyyən hüquqi məsuliyyətə səbəb olur. Qəbul edilmiş sərəncam ya televiziya, radio, mətbuat vasitələri ilə yayılır, yaxud da şəxsən təqdim olunur. Sərəncamlar əsasən yazılı olur, lakin şifahi də ola bilər və əgər sərəncamda başqa tarix göstərilməyibsə, o (sərəncam), dərc edildiyi (yayıldığı) gündən qüvvəyə minir; mülki hüquq münasibətlərində, mülkiyyətçininmülkiyyət üzərində üç səlahiyyətdən (sahiblik və istifadə hüquqi ilə bərabər) biri; mülkiyyətin hüquqi taleyini həll etmək hüququ, o cümlədən: mülkiyyətisatmaq, hədiyyə etmək, dəyişmək və s. hüququ.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin