173) Qasıq kanalının arxa divarını nə təşkil edir?
A) Qarının xarici çəp əzələsinin aponevrozu
B) Köndələn əzələ
C) Köndələn fassiya
D) Qarının xarici çəp əzələsi
E) Pupart bağı
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 638.
174) Hansı yırtıqlarda yırtıq kisəsində bağırsaq divarının hissəvi nekrozu müşahidə edilir?
A) Göbək yırtığında
B) Rixter yırtığında
C) Düz qasıq yırtığında
D) Sürüşən yırtıqlarda
E) Çəp qasıq yırtığında
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 576 səh.
175) Kəskin qarın zamanı qarın boşluğu hansı kəsiklə açılmalıdır?
A) Hər biri ilə
B) Volkoviç-Dyakonov kəsiyi
C) Pararektal kəsik
D) Koxer kəsiyi
E) Laparotom kəsik
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
176) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olan zaman ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?
A) Kəskin appendisit
B) Ginekoloji hər hansı bir xəstəlik
C) Plevrit
D) Koprostaz
E) Böyrək daşı
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
Dostları ilə paylaş: |