Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə139/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   135   136   137   138   139   140   141   142   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
281 
quatorze consonnes! Comme c’est agreable, n’est-ce 
pas?”
122
Nəhayət, biz ayrıldıq, Blanche, o yelbeyin Blanche 
mənimlə vidalaşanda hətta göz yaşları tökdü. “Tu etais bon 
enfant, – hıçqıra-hıçqıra deyirdi. – Je te croyais bete es tu en 
avais e’air
123
, amma bu sənə çox yaraşır”.
Sonra da əlimi sıxıb, qəfildən səsləndi: “Attends!”, öz 
otağına cumdu, bir dəqiqədən sonra mənə iki min franklıq 
bir əsginaz gətirdi. Mən buna heç cür inana bilməzdim! “Bu 
sənə lazım olar, sən ola bilsin ki, çox savadlı outchitelsən, 
amma həddən artıq kütbeyin adamsan. İki min frankdan 
artıq sənə heç cür verə bilmərəm, ona görə ki, onsuz da 
uduzacaqsan. Yaxşı, əlvida! Mous serons toujours bons 
122
Amma görürsənmi… xanım general arvadı, bu dəhşətli rus 
adları, bir sözlə, xanım general arvadı Zaqo-Zaqo, üstəlik, on 
dörd sammit! Bu necə gözəldi, düz deyilmi? – frans.
123
Mən səni axmaq sayırdım, sən də mənə gicbəsər kimi 
baxırdın – frans.


www.vivo-book.com 
282 
amis, əgər yenə udsan, mütləq mənim yanıma gəl, et tu seras 
heureux!”
124
Özümün elə beş yüz frankım qalmışdı; bundan başqa 
min franklıq əla saat, brilyant taxma düymələr, başqa 
düymələr var, beləliklə heç nəyin qayğısını çəkmədən hələ 
kifayət qədər keçinmək olar. Mən bu şəhərcikdə özümü 
yığışdırmaq üçün qəsdən oturub qalmışam, başlıcasısa 
mister Astleyi gözləyirəm. Dəqiq öyrəndim ki, o burdan 
gəlib keçəcək, iş üçün bir sutka dayanacaq. Hər şeydən 
xəbər tutaram… sonrasa, – sonra düz Qamburqa. 
Ruletenburqa getməyəcəm, ən azı, gələn il gedərəm. 
Doğrudan da, deyirlər, eyni bir masanın arxasında iki dəfə 
dalbadal xoşbəxtlik axtarmaq pis əlamətdi, Qamburqdasa elə 
əsl həqiqi oyun da var.
124
Biz həmişə dost olacağıq… və sən xoşbəxt olacaqsan! – 
frans.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin