www.vivo-book.com
274
hərəkətinə o qədər sevindi ki, hətta ağladı, – mən hətta
təəccübləndim.
Blanche onun bizə gəlməsinin lap əvvəlindən dərhal
mənim qarşımda generala vəkillik eləməyə başladı.
O hətta
gəlişigözəl danışırdı; xatırladırdı ki, generala mənə görə
xəyanət eləyib, artıq demək olar, onun nişanlısıymış, ona
söz veribmiş; deyirdi ki, ondan ötrü general ailəsini atıb,
nəhayət, mən onun yanında
qulluq eləmişəm, bunu hiss
eləməliyəm və deyirdi ki, heç utanmırammı…
Mən elə hey susurdum, o isə həddən artıq boşboğazlıq
eləyirdi. Nəhayət, qəhqəhə çəkib güldüm, məsələ bununla da
bitdi.Yəni əvvəlcə o fikirləşdi ki, mən axmağam, axırdasa,
mənim yaxşı, üzüyola adam olmağım
fikrinin üzərində
dayandı. Bir sözlə, axırda bu ləyaqətli qızın tam rəğbətini
qəti qazanmaq xoşbəxtliyinə nail oldum. (Yeri gəlmişkən,
Blanche doğrudan da, həddən artıq xeyirxah qızıydı, –
amma
şübhəsiz ki, özünəxas tərzdə; əvvəlcə mən onu belə
qiymətləndirmirdim.) “Sən ağıllı, xeyirxah adamsan, – o
axırda mənə deyirdi, – və… və…
amma təəssüf ki, belə
axmaqsan! Sən heç bir şey, heç bir şey qazanmayacaqsan!”