www.vivo-book.com
269
jeunnese se passe
113
.Əgər o məndən əvvəl olubsa, sən onu
sevirsənsə, qovlamayacaqsan ki. Amma sən ona pul vermə,
eşidirsən?
– Deməli, sən buna görə də incimirsən? Mais tu es un
vrai philosope, sais-tu? Un vrai philosopu! – o, vəcdlə
qışqırdı. – Eh, bein, je t’aimerai, je t’aimerai – tu verras, tu
sera content!
114
Doğrudan da,həmin vaxtdan o mənə hətta deyəsən,
həqiqətən, həm də dostyana bağlandı və son on günümüz
belə keçdi…
Mən vəd edilən “ulduzları” görmədim: müəyyən
məsələlərdə o, doğrudan da, verdiyi sözə əməl elədi. Üstəlik,
məni hətta həddən artıq özünəxas gözəl qadın olan, bizim
çevrəmizdə Therese-philosophe adlanan Hortenseylə tanış
elədi.
113
Cavanlıqda ağılsızlıq eləmək lazımdı – frans.
114
Amma sən əsl filosofsan bilirsən? Əsl filosof!.. Hə, mən
səni sevəcəyəm, sevəcəyəm – görərsən, sən razı qalacaqsan
– frans.
www.vivo-book.com
270
Bununla belə, bu barədə gen-bol danışmalı bir şey
yoxdu; bütün bunlar mənim bu povestə daxil etmək
istəmədiyim xüsusi hekayə ola bilərdi. Məsələ burasındadı,
var qüvvəmlə arzulayırdım ki, bütün bunlar tez başa çatsın.
Amma bizim yüz min frankımız artıq dediyim kimi, demək
olar, bir aya bəs elədi, – buna da səmimi-qəlbdən
təəccüblənirdim: ən azı, bu puldan səksən min franka
Blanche özünə şey-şüy aldı və biz hardasa iyirmi frankdan
az pula yaşadıq – hər halda, bəs elədi. Axır-axırda mənimlə
artıq demək olar, səmimi olan Blanche (ən azı, bəzi
məsələlərdə yalan danışmırdı) boynuna aldı ki, hər halda
onun götürməyə məcbur olduğu borc mənim üstümdə
qalmayacaq. “Hesabları və borc kağızlarını mən sənə
imzalamaq üçün vermirdim, – o mənə deyirdi, – ona görə ki,
sənə yazığım gəlirdi, başqasısa bunu mütləq eləyərdi, səni
türməyə saldırardı. Görürsən, görürsən, mən səni necə
sevirdim, mən necə xeyirxaham. Təkcə bu lənətəgəlmiş toy
mənə nəyə başa gələcək!”
Bizim, doğrudan da, toyumuz olmuşdu. Bu mərasim
birgə keçirdiyimiz ayın axırında baş vermişdi.Ehtimal
|