www.vivo-book.com
260
Mənə elə gəlirdi ki, müvəqqəti – yalnız müvəqqəti – dekor
dəyişir. “Amma bir aydan sonra burda olacaqsan… onda biz
səninlə hələ gücümüzü sınayarıq, mister Astley!”
Yox, indi xatırladığım kimi, mən bu sarsaq Blancheyə
qoşulub gülsəm də, onda həddən artıq kədərliydim.
– Hə, nə vecinədi! Nə qədər səfehsən! Ah, nə qədər
səfehsən! – Blanche gülməyinə ara verə-verə, məni ciddi
tərzdə danlayaraq qışqırırdı. – Hə də, hə də, hə, biz sənin iki
yüz min frankını xərcləyəcəyik, amma əvəzində mais tu
seras hereux, comme un petit roi
102
; sənin qalstukunu özüm
bağlayacağam, səni Hortenseylə tanış eləyəcəyəm. Bütün
pullarımızı xərcləyəndən sonrasa sən bura gələcəksən, yenə
bank yığışdıracaqsan. Bu cuhudlar sənə nə dedilər? Başlıcası
cəsarətdi, o da səndə var, sən yenə mənimçün Parisə pul
gətirəcəksən. Quant a moi, je veux cinquante miele francs de
rente et alors
103
...
102
Amma sən balaca kral kimi xoşbəxt olacaqsan – frans.
103
Mənim nə vecimə, mən əlli min frank gəlir istəyirəm və
onda… frans.
www.vivo-book.com
261
– Bəs general? – ondan soruşdum.
– Generalsa özün bilirsən, hər gün bu vaxt məndən ötrü
gül dəstəsinin dalınca gedir. Bu dəfə qəsdən ən nadir gülləri
axtarıb tapmağı tapşırdım. Bədbəxt vurnuxur, quşsa uçub
getdi. O, dalımızca uçub gələcək, görərsən. Ha, ha, ha! Mən
çox şad olacağam. Parisdə mənə lazım olacaq; burda onun
əvəzində mister Astley pul verir. Bax, onda Parisə elə bu cür
getdim.
XVI FƏSİL
Paris barədə nə deyə bilərəm? Əlbəttə, bütün bunların
hamısı sayıqlama və axmaqlığıydı. Mən Parisdə cəmi üç
www.vivo-book.com
262
həftədən bir qədər çox yaşadım, həmin müddətdə də yüz
min frankımın tamamilə axırına çıxdım. Mən yalnız yüz min
frank barədə danışıram; qalan yüz mini m-lle Blancheyə
nağd pul kimi verdim, –Frankfurtda əlli min və üç gündən
sonra Parisdə də elə əlli min frank borc kağızıyla verdim,
bununla belə, bir həftədən sonra məndən pulu da aldı, “et les
sent miele francs, qui nois restent tu les mangeras aves moi
mon outchitel”
104
. O məni daim müəllim adlandırırdı.
Dünyada m-lle Blanche kimi varlıqlara oxşayan sərhesab,
xəsis, acgöz bir şey təsəvvür eləmək çətindi. Amma bu öz
puluna münasibətdə belədi. Mənim yüz min frankıma
gəldikdə, o, sonra bir məsələni elan elədi ki, bu pullar ona
Parisdə öz yerini bərkitməkçün lazımdı. “Beləliklə, mən
həmişəlik əməlli-başlı ayağa durmuşam, indi daha uzun
müddət məni heç kəs çökdürə bilməz.Ən azı belə qət
eləmişəm”.
104
Bizim qalan yüz min frankımızı da sən mənimlə
yeyəcəksən, müəllimim – frans.
|