www.vivo-book.com
275
“Un vrai russe, un calmouk!”
115
– o bir neçə dəfə
eynilə öz nökəriylə levretkasını
116
gəzməyə göndərən kimi,
generalı küçədə gəzdirməyə göndərmişdi. Mən yeri
gəlmişkən, onu teatra da, Bal-Mabileyə də, restoranlara da
aparırdım. Buna Blanche pul da verirdi, bununla belə,
generalın öz pulu da varıydı və o adamların yanında
cibindən pul kisəsini çıxarmağı çox sevirdi. Bir dəfə
Paleroyalda xoşuna gələn, necə olursa olsun, Blancheyə
bağışlamaq istədiyi sırğanı yeddi yüz franka almasına imkan
verməmək üçün az qala güc işlətməli oldum. Yaxşı, yeddi
yüz franklıq sırğa ondan ötrü nəydi? Generalın da pulu
cəmi-cümlətanı min frankdan artıq deyildi. Bu pulu hardan
aldığını heç vaxt öyrənə bilmədim. Güman eləyirəm ki,
mister Astleydən almışdı, ona görə ki, o, oteldə onların
əvəzinə haqq ödəmişdi. Bütün bu müddət ərzində generalın
mənə necə baxdığına gəldikdəsə, mənim Blancheyə
münasibətimdən deyəsən xəbərdar deyildi. O, nəsə dumanlı
115
“Əsl rusdu, kalmıkdı!” – frans.
116
Ev iti cinsi – tərc.
www.vivo-book.com
276
şəkildə mənim kapital udduğumu eşitsə də, bununla belə,
yəqin hesab eləyirdi ki, mən Blanchenin yanında müəyyən
ev katibi, yaxud da ola bilsin, nökər kimi bir şeyəm. Ən azı,
hələ də mənimlə həmişə təkəbbürlə, rəissayaq danışırdı,
hətta bəzən məni töhmətləməyə də başlayırdı. Bir dəfə o
bizdə səhər qəhvə içəndə məni və Blancheni hədsiz
güldürdü. Qətiyyən tez inciyən adam deyildi; ondasa
qəfildən mənə acığı tutdu, nəyə görə? – İndiyəcən başa
düşmürəm. Amma əlbəttə, o özü də başa düşmürdü. Bir
sözlə, əvvəli-axırı olmayan söhbət başladı, a batons-
rompus
117
, qışqırdı ki, mən uşağam, məni başa salacaq…
öyrədəcək… və ilaxır və ilaxır. Ancaq heç kəs bir şey başa
düşə bilmədi. Blanche qəşş eləyib gülürdü; axır ki, birtəhər
onu sakitləşdirib gəzməyə apardılar.
Dəfələrlə sezmişdim ki, hətta Blanchenin yanında
olmasına baxmayaraq, dərdə-qəmə batır, kiməsə, nəyəsə
heyfi gəlir, ondan ötrü kimsə çatışmır. Bu dəqiqələrdə o, iki
dəfə özü mənimlə söhbət eləməyə başlamışdı, amma heç
117
Beşdən-ondan, rabitəsiz – frans.
|