www.vivo-book.com
292
xatirələrinizdən imtina eləmisiniz. Mən sizi həyatınızın
qızğın, güclü dəqiqələrində xatırlayıram: amma əminəm ki,
ondakı bütün ən yaxşı təəssüratlarınızı unutmusunuz,
sizin
arzularınız, sizin indiki ən mühüm arzularınız pair və impair,
roug-e, noir, on iki ortadan və ilaxır, ilaxır uzağa getmir,
əminəm!
– Yetər, mister Astley, zəhmət olmasa, zəhmət olmasa,
xatırlatmayın, – mən acıqla, az qala qəzəblə qışqırdım, –
bilin ki,
mən demək olar, heç nəyi unutmamışam, amma
bütün bunların hamısını, hətta xatirələri də bir müddətə
başımdan qovmuşam.Öz vəziyyətimi hələlik köklü şəkildə
düzəldənəcən…
onda
görəcəksiniz,
mən
təzədən
diriləcəyəm!
– Siz beş ildən sonra burda olacaqsınız, – o dedi. –
Mərc gəlirəm, əgər sağ qalsam, bax, elə bu skamyada bunu
sizə xatırladacağam.
– Yaxşı, bəsdi, – səbirsizliklə
onun sözünü kəsdim, –
keçmişi o qədər də unutmadığımı sizə sübut eləmək üçün
icazə verin soruşum: Miss Polina indi hardadı? Əgər siz