Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə148/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   141   142   143   144   145   146   147   148   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
299 
Mister Astley titrək səslə, gözlərini parıldada-parıldada 
dilləndi, – bilin ki, mən Qamburqa xüsusi olaraq onun 
tapşırığıyla gəlmişəm ki, sizi görüm, sizinlə ətraflı, səmimi 
söhbət eləyim, ona hər şeyi – hisslərinizi, fikirlərinizi, 
ümidlərinizi və …xatirələrinizi çatdırım! 
– Doğrudanmı? Doğrudanmı? – qışqırdım, yaş 
gözlərimdən dolu kimi axdı. Mən göz yaşlarımı saxlaya 
bilmirdim, bu, deyəsən, ömrümdə birinci dəfəydi baş 
verirdi. 
– Hə, bədbəxt adam, o sizi sevirdi, mən də bunu sizə 
aça bilərəm, ona görə ki, siz məhv olmuş adamsınız. Bu da 
azmış kimi, əgər hətta sizə desəm ki, indiyəcən sizi sevir, nə 
xeyri – axı, onsuz da burda qalacaqsınız! Bəli, siz özünüzü 
məhv 
elədiniz. 
Sizin 
bəzi qabiliyyətləriniz, 
oynaq 
xasiyyətiniz vardı, pis adam deyilsiniz, siz hətta insanlara 
ehtiyacı olan vətəninizə faydalı ola bilərdiniz, amma ki, 
yenə də burda qalacaqsınız, sizin həyatınız bitib. Mən sizi 
günahlandırmıram. Mənim fikrimcə, bütün ruslar belədilər
yaxud belə olmağa meyillidilər. Əgər ruletka olmasa, ona 
oxşar bir şey tapacaq. İstisnalar həddən artıq azdı. Zəhmətin 


www.vivo-book.com 
300 
nə olduğunu başa düşməməkdə (mən sizin xalqınız barədə 
demirəm) siz birinci deyilsiniz. Ruletka daha çox rus 
qumarıdı. Siz indiyəcən namuslu olmusunuz, oğurluq 
eləməkdənsə, nökərçiliyə getmək istəmisiniz… Amma 
gələcəkdə nə ola biləcəyini fikirləşmək məndən ötrü 
dəhşətlidi. Bəsdi, əlvida! Sizin yeri gəlmişkən, pula 
ehtiyacınız var? Bax, mən sizə on luidordan artıq 
verməyəcəyəm, ona görə ki, onsuz da o pulları 
uduzacaqsınız. Götürün və əlvida! Hər halda, götürün! 
– Yox, mister Astley, bütün bu deyilənlərdən sonra… 
– Gö-tü-rün! – o qışqırdı. – Əminəm ki, siz hələ 
nəcibsiniz, sizə dost əsl dosta verən kimi verirəm. Əgər 
əmin olsaydım ki, elə indicə qumarı, Qomburqu atacaqsınız, 
vətəninizə gedəcəksiniz, sizə yeni karyeranızın başlanğıcı 
üçün dərhal min funt verməyə hazırıydım. Amma məhz ona 
görə min funt yox, indiki vaxtda sizdən ötrü min funtla on 
funt tamamilə eyni şeydi, hamısı birdi – uduzacaqsınız. 
Götürün və əlvida! 
– Əgər vida üçün sizi qucaqlamağa icazə versəniz, 
götürərəm. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin