Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə143/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   139   140   141   142   143   144   145   146   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
289 
Hərdənbir bu cür dörd saat gəzirdim, Qomburqa yorğun və 
ac qayıdırdım. Bağdan parka təzəcə çıxmışdım ki, qəfildən 
skamyada mister Astleyi gördüm. O məni birinci görüb 
çağırdı. Mən onun yanında oturdum. Onda bir qədər 
təkəbbürü sezib, elə o saat sevincimi boğdum; yoxsa onu 
görməyə həddən artıq şad olmuşdum. 
– Deməli, siz burdasınız! Mən elə də fikirləşirdim ki
sizinlə rastlaşacağam – o mənə dedi – danışmaq barədə 
narahat olmayın, mən bilirəm, mən hər şeyi bilirəm; bu bir il 
səkkiz ay ərzində bütün həyatınız mənə bəllidi. 
– Pah! Köhnə dostlarınızı bax, gör necə izləyirsiniz! – 
cavab verdim. – Bu sizə şərəf gətirir ki, unutmursunuz… 
Dayanın, amma ağlıma bir fikir gəldi – iki yüz qulden borca 
görə oturduğum Ruletenburq həbsxanasından məni siz pul 
verib, çıxarmamısınız ki? Məni naməlum adam xilas edib. 
– Yox ey, yox, sizi iki yüz qulden borca görə 
oturduğunuz Ruletenburq həbsxanasından mən pul verib 
çıxarmamışam, amma mən sizin iki yüz qulden borca görə 
həbsxanada oturduğunuzu bilirdim. 


www.vivo-book.com 
290 
– Deməli, hər halda məni kimin pul verib, çıxardığını 
bilmirsiniz?
– Yox ey, deyə bilmərəm. 
– Qəribədi, bizim ruslardan məni heç kəs tanımır, bir də 
ki, burdakı ruslar heç pul verib, çıxarmazlar da.Orda 
Rusiyada pravoslavlar pravoslavları pul verib, azad eləyirlər. 
Mənsə elə belə də fikirləşirdim ki, hansısa qəribə bir adam – 
ingilis qəribəlikdən belə eləyib. Mister Astley mənə bir 
qədər təəccüblə baxırdı. O, deyəsən, məni qəmgin, kədərli 
görəcəyini fikirləşirmiş. Amma mən sizin ruhunuzu, hətta 
şənliyinizin bütün sərbəstliyini tamamilə saxladığınızı 
görüb, çox sevinirəm, – o, kifayət qədər xoşagəlməz 
görkəmlə dilləndi. 
– 
Yəni 
mənim 
niyə 
dərdə 
batmadığıma, 
alçaldılmadığıma görə? Öz içinizdə acığınızdan zəncir 
çeynəyirsiniz, – gülə-gülə dedim.
O, dərhal başa düşmədi, amma başa düşüb, gülümsədi: 
– Sizin iradlarınız xoşuma gəlir. Mən bu sözlərdə öz 
əvvəlki ağıllı, köhnə, coşqun, bununla yanaşı, arsız dostumu 
tanıyıram; yalnız ruslar özlərində eyni zamanda bu qədər 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin