Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə140/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   136   137   138   139   140   141   142   143   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
283 
XVII FƏSİL
Budur, hardasa səkkiz aydı ki, bu qeydlərə baxmırdım, 
indi qüssədən və dərddən başımı qatmağı fikirləşdim, 
təsadüfən bu qeydləri yazdım. Onda elə orda qalmışdım ki, 
Qamburqa gedəcəyəm. İlahi! Müqayisəli desəm, o vaxt bu 
son sətirləri necə arxayınlıqla, necə özünə inamla, sarsılmaz 
ümidlərlə yazmışdım! Heç olmasa, özümdə azacıq tərəddüd 
duyurdummu? Budur, ilyarımdan çox vaxt keçib, məncə, 
mən dilənçidən də pis kökdəyəm! Dilənçi nədi! Dilənçiliyə 
tüpürüm. Mən sadəcə, özümü məhv eləmişəm! Bununla 
belə, müqayisə eləməli bir şey yoxdur, özümə nəsihət 
vermək faydasızdı… 
Belə bir vaxtda nəsihətdən sarsaq bir şey yoxdu! Ey 
özündənrazı adamlar: bu boşboğazlar öz nəsihətlərini necə 
lovğa özündənrazılıqla oxumağa hazırdılar! Əgər indiki 


www.vivo-book.com 
284 
vəziyyətinin bütün iyrəncliyini özünün hansı dərəcəyədək 
başa düşdüyünü bilsəydilər, onda əlbəttə, mənə ağıl 
öyrətməyə dilləri gəlməzdi. Nə olsun, onlar mənə 
bilmədiyim bir şey deyə bilərlər? Burda məsələ ondadır ki, 
çarxın bir dövrəsi, hər şeyi dəyişir, elə bu moralistlərin 
özləri də dostluq zarafatlarıyla məni təbrik eləməyə birinci 
(buna əminəm) gəlirlər. Həm də hamısı məndən indiki kimi 
üz döndərməyəcəklər. Əşi, tüpürüm onların hamısına! Mən 
indi nəyəm? Zero. Sabah nə ola bilərəm? Sabah dirilib, 
yaşamağa başlaya bilərəm! Hələ məhv olmamış özümdəki 
insanı tapa bilərəm! 
Mən onda doğrudan da, Qamburqa getdim, amma… 
sonra həm təzədən Ruletenburqda oldum, həm Snada oldum, 
həm də hətta yaramaz, buradakı keçmiş ağam müşavir 
Qintsenin kamerdineri kimi səfər elədiyim Badendə oldum. 
Bəli, tam beş ay nökərçilik də elədim. Bu həbsxanadan 
sonra baş verdi. (Axı mən burdakı borclarımın birinə görə
Ruletenburqun həbsxanasında da yatmışdım. Naməlum 
adam mənə pul verib, buraxdırmışdı – kimiydi? Mister 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin