www.vivo-book.com
158
çağırmışdı; o, başqa şeylə məşğul idi. Qarı hətta itələşmirdi,
zahirən titrəmirdi. Əgər belə mümkünsə, daxilən əsirdi.
Bütün diqqətini nəyəsə cəmləşdirmişdi, onu da nişan aldı:
– Aleksey İvanoviç!
O dedi ki, bir dəfəyə yalnız dörd
min florin qoymaq olar? Al, götür, bütün bu dörd mini
qırmızı
xanaya qoy, – nənə qət elədi. Onu fikrindən
daşındırmağın xeyri yox idi. Çarx fırlandı.
– Rouge! – Nəzarətçi elan elədi. Yenə dörd min florin
uduş,
cəmi deyəsən, səkkiz min oldu. “Dördünü mənə ver,
dördünüsə, yenə qırmızı xanaya qoy”, – nənə əmr elədi.
Yenə dörd min qoydum.
– Rouge! – nəzarətçi bir də elan elədi.
– Cəmi on iki! Hamısını bəri ver. Qızıl pulları bura pul
kisəsinə tök. Kağız pullarısa gizlət.
– Bəsdi! Evə! Kreslonu itələyin!
XI FƏSİL