www.vivo-book.com
159
Kreslonu salonun o başına qapıya doğru itələdilər.
Nənə işıq saçırdı. Bizimkilərin hamısı onu dövrəyə alıb
təbrik elədilər. Nənənin davranışı nə qədər məzəli olsa da,
zəfəri çox şeyi ört-basdır eləmişdi, artıq general belə qəribə
qadınla qohumluq münasibətlərində olmasıyla özünü camaat
arasında biabır etməkdən qorxmurdu. O, iltifatlı, yekəxana –
şən təbəssümlə, elə bil, uşağın xalası kimi nənəni təbrik
elədi. Bununla belə, o, görünür, bütün tamaşaçılarsayaq
heyrətə
düşmüşdü.
Ətrafda
danışa-danışa
nənəni
göstərirdilər. Çoxları qarını yaxından görmək üçün
böyründən keçirdilər. Mister Astley bir qıraqda tanış
ingilislərlə onun barəsində söhbət eləyirdi. Bir neçə vüqarlı
tamaşaçı qadın ona görmədikləri möcüzəyə baxdıqları kimi
heyrətlə baxırdılar. De-Qriye təbriklərini, təbəssümlərini
onun üstünə səpdi:
– Quele victorie!
65
– dedi.
65
Əla qələbədir! – frans.
www.vivo-book.com
160
– Mais, madame, cetait du feu!
66
– m-lle Blanche
oynaq təbəssümlə əlavə elədi.
– Hə-ə, bax gəldi, on iki min florin uddu? Hə, on iki,
bəs qızıl? Qızıl pulla demək olar, on üç min eləyir. Bu bizim
pulla nə qədərdi? Altı minmi?
Məlumat verdim ki, yeddidən də o yana keçib, indiki
məzənnəylə ola bilsin, səkkizə çatır.
– Zarafat deyil, səkkiz min! Sizsə, oturursunuz,
başıboşlar, heç nə eləmirsiniz! Potapıç, Marfa, gördünüz!
– Anacan, bunu necə elədiniz? Səkkiz min rubl! –
Marfa qıvrıla-qıvrıla deyirdi.
– Alın, bu da məndən hərənizə beş qızıl, budu! Potapıç
və Marfa nənənin əlini öpmək üçün atıldılar.
– Yükçülərin hərəsinə də bir fridrixsdör ver. Hərəsinə
bir qızıl ver, Aleksey İvanoviç. Bu nökər nə təzim eləyir
belə, o biri də? Onların da hərəsinə bir fridrixsdör ver.
– Madame la Princesse un rauvre exrpatrie... malheur
continuel… les princes russes sont si genereux
67
, kreslonun
66
Amma xanım, bu parlaq oyunuydu! – frans.
|