www.vivo-book.com
179
– Artıq on ikinci dəfədi, nənə. Yüz qırx dörd fridrixsdör
uduzmuşuq. Sizə deyirəm nənə, axşama qədər bəlkə də…
– Sus! – nənə sözümü kəsdi. – Zeroya qoy, ondan əlavə
bu dəqiqə qırmızıya da min qulden qoy. Al, bu da pul.
Qırmızı çıxdı, zero isə yenə baş tutmadı; min quldeni
qaytardılar.
– Görürsən, görürsən! – nənə pıçıldayırdı, –
qoyduqlarımızı demək olar qaytardıq. Yenə zeroya qoy; bir
dəfə də qoyaq, başını buraxaq.
Beşinci dəfə nənə tamam darıxdı.
– Bu murdar zerociyəzi cəhənnəm elə getsin. Al, bütün
dörd min quldeni qırmızıya qoy, – o əmr elədi.
– Nənə! Çox olacaq; əgər qırmızı çıxmasa onda necə
olsun, – yalvarırdım.
Amma nənə az qala sözümü ağzımda qoyurdu (Hə, yeri
gəlmişkən, elə itələşirdi ki, demək olar, az qala dalaşırdı.).
Əlac yox idi, mən bayaq udduğumuz dörd min quldenin
hamısını qırmızıya qoydum. Çarx fırlandı. Nənə vüqarla
qəddini dik tutub, mütləq uduşa şübhə eləmədən oturmuşdu.
– Zero! – nəzarətçi səsləndi.
www.vivo-book.com
180
Əvvəlcə nənə başa düşmədi, amma sonra nəzarətçinin
masanın üstündəki bütün pullarla birgə onun dörd min
quldenini süpürdüyünü görəndə, bu qədər müddətdə
çıxmayan, demək olar, iki yüz fridrixsdör qoyduğumuz
zeronun, elə bil, qəsdən nənənin indicə söyüb başını
buraxdığı vaxt çıxdığını öyrənəndə, birdən guruldadı, bütün
salonu əlləriylə qamarlamaq istədi, ətrafdakılar hətta
gülüşdülər.
– Vay, dədə vay! Bu lənətə gəlmiş elə indi çıxdı! –
nənə bağırdı, – ay belə-belə olmuş məlun! Bunu sən elədin!
Bütün bunları sən elədin! – coşmuş halda məni itələyə-
itələyə üstümə düşdü. – Sən məni dilə tutdun.
– Nənə, mən sizə yol göstərirdim, bütün şanslara görə
necə cavab verə bilərəm?
– Mənsə şans verərəm! – o, hiddətlə pıçıldadı, – rədd ol
mənim yanımdan.
– Əlvida, nənə, – getmək üçün çevrildim.
– Aleksey İvanoviç, Aleksey İvanoviç, dayan görüm!
Hara gedirsən? Hə, nə, nə? Görürsən, incidin! Axmaq! Hə,
|