www.vivo-book.com
182
– Görürəm ki, gedib, – o,
belə demək mümkünsə,
qəribə dəlisov sakitliklə dilləndi, –
görürəm atam-atam,
görürəm, – tərpənmədən bir nöqtəyə baxa-baxa, elə bil,
götür-qoy eləyə-eləyə dilləndi, – eh, ölsəm də oynayacağam,
dörd min qulden də qoy!
– Pul yoxdu axı, nənə; pul
kisənizdə bizim beşfaizlik
istiqrazlar, bir də bəzi köçürmələr var, pulsa yoxdu.
– Bəs, portmanatda?
– Xırda pullar qalıb, nənə.
– Burda puldəyişmə dükanları var?
Mənə dedilər ki,
bizim bütün kağızlarımızı xırdalamaq olar, – nənə qətiyyətlə
soruşdu.
– Oh, nə qədər istəsəniz! Amma siz dəyişdirməyə görə
itirəcəyinizdən belə… cuhudun özü də dəhşətə gələcək!
– Boş söhbətdi! Yenə udacağam. Apar. O qanmazları
çağır.
Kreslonu itələdim,
yükçülər gəldilər, biz vağzaldan
çıxdıq. “Tez, tez, tez!” – nənə əmr verirdi. – “Yolu göstər,
Aleksey İvanoviç, yaxındakına apar, uzaqdadımı?”.
– İki addımdı, nənə.