www.vivo-book.com
185
vağzala getdilər. Mənə elə ucuz qiymət təklif elədilər ki,
riskə getmədim, təlimat üçün nənənin yanına qayıtdım.
– Ah, quldurlar! – o, əlini oynada-oynada qışqırdı. –
Yaxşı! Eybi yoxdu! – dəyiş! – qətiyyətlə qışqırdı, – dayan,
bankiri mənim yanıma çağır!
– Bəlkə kontor işçilərindən kimisə çağırım, nənə?
– Yaxşı, kontor işçisini, fərqi yoxdu. Ah, quldurlar!
Kontor işçisi yeriyə bilməyən qoca, əldən düşmüş
qrafinyanın onu yanına çağırdığını biləndə çıxmağa razı
oldu. Nənə uzun-uzadı, qəzəblə, uca səslə onu dələduzluqda
ittiham eləyirdi, onunla rus, fransız, alman dillərinin
qarışığından ibarət dillə sövdələşirdi, eyni zamanda, mən
tərcüməyə kömək göstərirdim. Ciddi kontor işçisi bizim
ikimizi də süzür, başını yelləyirdi. O, nənəyə hətta həddən
artıq diqqətlə baxırdı, – bu da artıq nəzakətsizlik idi;
nəhayət, gülümsəməyə başladı.
– Yaxşı, rədd ol! – nənə qışqırdı. – Boğazında qalsın
mənim pullarım! Onda xırdala, Aleksey İvanoviç, vaxtımız
yoxdu, yoxsa başqasının yanına gedərdik.
– Kontor işçisi deyir ki, başqaları bundan da az verərlər.
www.vivo-book.com
186
Ondakı haqq-hesabı dəqiq xatırlamıram, amma deyəsən
mən on iki min florinə qədər qızıl və kağız pullarla
dəyişdim, hesabı götürüb nənəyə apardım.
– Bu lənətə gəlmişi Zeroya heç vaxt qoymayacağam,
elə qırmızıyla da, – o, vağzala yaxınlaşanda dilləndi. Bu
dəfə var gücümlə ona mümkün qədər az qoymağı təlqin
eləyirdim, inandırırdım ki, şanslar dövr eləyən zaman
həmişə iri məbləğ qoymağa da vaxt olacaq. Amma o elə
hövsələsiziydi ki, əvvəcə razılaşsa da, oyun vaxtı qarşısını
almaq mümkün deyildi. On, iyirmi fridrixsdörlük bankları
udmağa başlayan kimi, – “Hə, görürsən! Hə? görürsən! –
məni itələməyə başlayırdı, – bax, görürsən, udduq ki, on
əvəzinə dörd min olsaydı, dörd min udardıq, indi bu nədi
bəs? Hamısını sən elədin!”
Onun oyununa baxa-baxa nə qədər acığım tutsa da,
nəhayət, susmağı, daha heç bir şey məsləhət görməməyi
qərara aldım.
Qəfildən De-Qriye irəli atıldı. Onların üçü də
yaxınlıqdaydılar; m-lle Blanche-nin anacığazıyla bir qıraqda
durduğunu, knyazcığazla dilxoşluq elədiyini sezdim.
|