www.vivo-book.com
214
nifrət eləyirsə, niyə onunla danışmağı
birbaşa qadağan
eləməsin?
Mənə qadağan eləmirlər; hətta bir dəfə də özü məni
danışığa çağırdı və… əlbəttə, bunu məsxərəylə elədi. Mən
yəqin bilirəm, bunu dəqiq sezmişəm – qulaq asıb, əməlli-
başlı acıqlandırıb,
qəfildən müəyyən bir hərəkətlə, böyük
nifrət və etinasızlıqla karıxdırmaq onun xoşuna gəlirdi. Axı,
özü də bilir ki, onsuz yaşaya bilmirəm. Bax, indi baronla baş
verən tarixçədən sonra üç gün keçib, mənsə artıq
ayrılığımıza dözə bilmirəm. Bayaq vağzalın yanında ona rast
gələndə ürəyim elə bərk çırpındı ki, rəngim ağardı. Amma o
da mənsiz yaşaya bilməz axı! Mən ona lazımam, həm də, –
doğrudanmı, doğrudanmı, Balakirevin təlxəyi kimi?
Onun sirri var – bu aydındı! Nənəsiylə söhbəti ürəyimə
iynə kimi batdı. Axı onu dəfələrlə
mənimlə səmimi olmağa
çağırmışdım, axı uğrunda doğrudan da başımı verməyə hazır
olduğumu bilirdi. Amma o, həmişə az qala nifrətlə yaxasını
qurtarırdı, yaxud ona təklif elədiyim həyatımı qurban
vermək əvəzinə, məndən o zaman baronla baş verən sayaq
hərəkətlər tələb eləyirdi! Bəyəm, bu biabırçılıq deyilmi?