Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi


I Rusiya-Qacariyyə müharibasi və nəticəsi



Yüklə 87,72 Kb.
səhifə2/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
1   2   3   4   5   6   7   8   9   ...   25
Az.tarix

I Rusiya-Qacariyyə müharibasi və nəticəsi

Birinci Rus-Qacar müharibəsi — 10 iyun 1804–12 oktyabr 1813-cü illərdə Rusiya və Qacarlar imperiyası arasında olmuşdur. Rusların Azərbaycanı ələ keçirmək üçün etdiyi hərbi Muharibədə Qacarların bu torpaqları qorumaq üçün etdikləri savaşdır.
Azərbaycan xanlarının heç birinin, ölkələrini birləşdirməyə nail olmadıqları və xanlıqlar arasında ara müharibələri geniş vüsətdə davam etdiyi bir zamanda əslən Azərbaycan türkü olan – Qacarlar tayfasından olan Ağa Məhəmməd xan Qacar Cənubi Azərbaycan ərazisində vahid dövlət yaratmaq üzrə idi. Kərim xan Zəndin ölümündən sonra Şiraza üz tutan Ağa Məhəmməd xan Qacar Astrabada gəldi. Burada möhkəmlənib uzun və qanlı mübarizələrdən sonra Yəzidü KermanıŞirazı özünə tabe edə bildi. Ağa Məhəmməd xan Gilanda əvvəlcə Hidayət xanın, sonra isə öz doğma qardaşı Murtuzaqulu xanın şiddətli müqavimətinə rast gəldi.
GürcüstanınŞimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı Qacar və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisi A.Bakıxanovun yazdığına görə, "İran rusların sürətli müvəffəqiyyətlərinə dəhşətlə baxırdı. İran şahı 70 minlik qoşununu Zaqafqaziya sərhədlərində cəmləşdirdi". Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları quruldu. Fətəli şah Zaqafqaziyanı tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəli şah Avropa kralları və imperatorlarına məktubla müraciət edərək kömək almağa çalışdı. Lakin Qacarlarının daxilində baş vermiş çaxnaşmalar və İngiltərə tərəfindən real köməyin olmaması davakar əhvali-ruhiyyəli şah sarayına soyuducu təsir göstərirdi. İngiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də Fransa qoşunlarının Suriya və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana yürüş planı Napoleonun Şərq siyasətinin gündəliyindən çıxarılmışdır və şaha köməyə ehtiyac qalmayıb. Ona görə də İngiltərə vəd verməkdən uzağa getmirdi. Bununla belə o, İranı Rusiya ilə müharibəyə qızışdırırdı. İran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı birgə çıxışa cəlb etmək məqsədilə öz nümayəndələrini buraya göndərdi. Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi. O yazırdı ki, taxt-tac varisi Abbas mirzənin 50 minlik ordusu Rusiyaya birləşdirilmiş vilayətləri qoparıb almaq üçün Zaqafqaziyaya yeridiləcəkdir. Kızılyaradək bütün ölkələri "kafir ruslardan" təmizləyəcəyinə lovğalıqla bəyan etmiş şahın özü də başlıca qüvvələrlə birlikdə Abbas Mirzənin qoşunlarının ardınca hərəkət etməyə hazırlaşırdı. 1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı feodal təbəqələri rus qoşunlarının Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi, 10 il davam etmiş Rusiya-İran müharibəsi başlandı.

Yüklə 87,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin