XIX asrin ikinci yarısında Azarbaycan burjua millatlarinin formalaşması, ictimai hayatdakı carayanlar
Bakıda mexaniki zavodlar, gəmi təmiri emalatxanaları, buxar mühərrikləri ilə hərəkətə gətirilən dəyirmanlar, tütün fabrikləri, yeyinti, tikinti materialları istehsal edən müəssisələr fəaliyyət göstərirdi. Azərbaycanda əlvan metallurgiya
sənayesi inkişaf edirdi. Bu sənaye sahəsi rus və alman kapitalı əsasında meydana gəlmişdi.1883-cü ildə Qalakənd missaflaşdırma zavodu inşa edilmişdi. Gəncə, Gədəbəy və Cavanşirdəki mədənlərdən mis filizi; Daşkəsəndən dəmir, kobalt filizi; Cavanşir və Naxçıvandan gümüş, qurğuşun filizi çıxarılırdı. Zəylik kəndi yaxınlığında az miqdarda zəy əldə edilirdi. İpək emalı sənayesi əsasında
Nuxa, Zaqatala, Qarabağ və Naxçıvanda yayılmışdı. Nuxa şəhəri “Qafqaz Lionu” adlandırılırdı. İlk pambıqtəmizləmə zavodu 1882-ci ildə Naxçıvanda inşa olundu. Xəzər dənizi nərə balığı növlərinin zənginliyinə görə dünyada birinci yeri tuturdu. Azərbaycanın balıq və balıq məhsulları Rusiyaya, Almaniyaya, Avstriyaya, Fransaya, Polşaya, Amerikaya ixrac olunurdu. Rusiyada biyan kökü emalının mərkəzi Azərbaycan idi. Ləkidə, Ucarda, Gəncədə və Kürdəmirdə biyan emalı zavodları tikilmişdi. Bakı və Nuxada tütün fabrikləri inşa edilmişdi. Naxçıvanda daş duz, Bakı və Cavad qəzalarında isə
şor-narın duz çıxarılırdı. Xəzər dənizində dünyada ilk dəfə neftdaşıyan gəmilər üzürdü. 1883-cü ildə Cənubi Qafqazda BakıTiflis dəmir yolu işə salındı. 1900-cü ildə Biləcəri stansiyasını Petrovsk (Mahaçqala) ilə birləşdirən dəmir yolu xətti istifadəyə verildi. Bununla Bakı bilavasitə Ümumrusiya bazarına çıxmaq imkanı əldə etdi. XIX əsrin sonunda dəmir yolu stansiyalarına yaxın olan (Ağstafa, Yevlax, Ləki, Ucar, Kürdəmir, Hacıqabul) sənaye və ticarət mərkəzlərinin rolu artır, dəmir yolundan uzaqda olan (Nuxa, Şamaxı, Şuşa) ticarət mərkəzlərinin əhəmiyyəti isə azalırdı. XIX əsrin 80-90-cı illərində
(Ucar-Göyçay, Yevlax-Nuxa-Zaqatala, Gəncə-Hacıkənd, Ləki-Ağdaş)
dəmir yolu stansiyalarından qəza mərkəzlərinə şose yolları çəkildi. Həmin əsrin 60-cı illərindən etibarən Azərbaycan şəhərləri arasında teleqraf və telefon xətləri çəkilişi sürətləndi. 1864-cü ildə Tiflis-İrəvan-Naxçıvan-Culfa, 1868-ci ildə Bakı-Tiflis teleqraf xətləri çəkildi. Bakı şəhərini əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886-cı ildə işə salındı.
XIX əsrin ikinci yarısında iqtisadiyyatın inkişafı Azərbaycanda şəhərlərin sayının və əhalisinin artmasına gətirib çıxardı. Şimali Azərbaycanda 10 şəhər və 5 qəza mərkəzi var idi. Bakı, Şamaxı, Quba, Lənkəran şəhərləri Bakı quberniyasına, Gəncə, Nuxa, Şuşa şəhərləri Yelizavetpol quberniyasına, Naxçıvan və Ordubad şəhərləri İrəvan quberniyasına, Zaqatala şəhəri isə Tiflis
quberniyasına daxil idi. Şəhər əhalisinin artım sürətinə görə Bakı
(112 mindən şox) Rusiya imperiyası və Avropa ölkələrini ötübkeçdi.
Əsrin sonunda Bakı əhalisinin cəmi 40 %-i azərbaycanlılar təşkil edirdi. Şəhərdə iş qabiliyyətli əhalinin 60 %-i fəhlələr təşkil edirdi. Bakıdan sonra əhalinin sayına görə Gəncə şəhəri gəlirdi, ticarət və sənayenin inkişafına görə isə ikinci yeri Nuxa şəhəri tuturdu. 1897-ci il əhali sayınına görə şəhər əhalisinin üumi
sayı 270 min nəfərə çatmışdı, ki bu da öz növbəsində Azərbaycanın
bütün əhalisinin 14%-dən şoxunu təşkil edirdi. Şəhər əhalisinin mili tərkibində azərbaycanlılar 53% təşkil edirdi. XIX əsrin sonunda hakim təbəqəyə daxil olanların ümumi sayı 15 min nəfəri keçmişdi.
1870-ci ilin şəhər “Əsasnaməsi” yalnız 1878-ci ildə Bakıda, 1892-ci ildə təsdiq olunan yeni şəhər “Əsasnaməsi” isə Gəncə şəhərində də tətbiq olundu. Şəhərlər inkişaf etdikcə onların xarici görünüşləri də dəyişirdi. İki və üşmərtəbəli evlər tikilir, bağlar salınırdı. 1859-cu ildə Bakıda “Qubernator bağı”, 1882-1883-cü illərdə “Nobel bağı” salındı. Bu şəhərdə ilk elektrik stansiyası “Qafqaz və Merkuri” cəmiyyətinə məxsus idi. Əsrin sonunda təsis edilmiş “Elektosila”
səhmdar cəmiyyəti sonralar Bayıla və Ağ şəhərdə 2 güclü elektrik stansiyası tikdirmişdi. 1889-cu ildə Bakıda konka (atlardan qoşqu vasitəsi kimi istifadə olunan dəmir yolu) açıldı.