Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi


XIX asrin ikinci yarısında fahla sinifınin vaziyyati va inqilabi mübarizasi



Yüklə 87,72 Kb.
səhifə15/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
Az.tarix

XIX asrin ikinci yarısında fahla sinifınin vaziyyati va inqilabi mübarizasi

XIX əsrin ikinci yarısında kəndli və fəhlə hərəkatı. Zaqatala üsyanı. 1863-cü ildə Gürcüstanda kəndli islahatının keçirilməsinə hazırlıq xəbəri Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi cəhətdən daha ziddiyyətli bölgəsi olan, 1860-cı ildə inzibatiərazi vahidi kimi yaradılmış Zaqatala dairəsində narazılığa səbəb oldu. Çarizmin kobud müstəmləkə siyasəti, məmurların özbaşınalığı,
rüşvətxorluq, zorakı xristianlaşdırma siyasəti bölgədə ziddiyyətlərin
kəskinləşdirməsində mühüm rol oynadı. Zaqatalaya gəlmiş hökumət komissiyasının hazırladığı islahat layihəsinə görə, yengiloylar və muğalar qazandıqları gəlirin on qatı həcmində birdəfəlik vəsait ödəməklə keşkəl sahiblərinin asılılığından azad edilməli idilər. Keşkəl sahibləri əsas gəlir mənbəyini itirmək təhlükəsi qarşısında qaldıqlarına görə burada islahatın keçirilməsini istəmirdilər.
Yetişməkdə olan üsyanın başlanması üçün bəhanə 1862-ci ildə Balakən kəndində kilsə tikilməsi oldu. Üsyan 1863-cü ilin iyununda rus ordusunun keçmiş zabiti Hacı Murtuzun rəhbərliyi ilə Zaqatalada başladı. Hacı Murtuzun ən yaxın kəməkçiləri balakənli Bürcəli və carlı Molla Zəngi idi. Üsyan geniş sosial təbəqələri əhatə edən ümummilli xarakter daşıyırdı. Onun hərəkətverici qüvvəsini keşkəl sahibləri, müsəlman ruhaniləri və xalq təşkil edirdi. İyunun 5-də əhalinin dini hisslərinə təsir edərək daha çox tərəfdar toplamaq məqsədilə Hacı Murtuz imam elan olundu. Lakin Dağıstan camaatından gözlənilən köməyin gəlməməsi üsyan başlandığı andan üsyançılar arasında bir ümidsizlik yaratdı. İyunun 5-dən 6-na keçən gecə üsyançılar Zaqatala qalası üzərinə hücum etdilər. Lakin top atəşi altında geri çəkilməyə məcbur oldular. Rusiya hakim dairələri üsyanı yatırdılar. Üsyanın 18 nəfər ən fəal üzvü dar ağacından
asıldı, mindən çox üsyançı isə ailə üzvləri ilə birlikdə katorqa işlərinə göndərildi. Hacı Murtuz sürgün edildi. Vurulan ziyan üsyançıların hesabına ödənildi. Üsyanın məğlubolma səbəbləri aşağıdakılar idi: 1) üsyan mütəşşəkil xarakter daşımırdı, yalnız Zaqatala dairəsi ilə məhdudlaşırdı. 2) qüvvələr nisbəti də qeyribərabər idi. 3) üsyançılar gözlədikləri köməyi ala bilmədilər. 4) onlar qətiyyətsizlik göstərdilər və həm də üsyançılar arasında istənilən birlik yox idi.
Fəhlə tətilləri. Bakıda neft sənayesi nəticəsində fəhlələrin sayı durmadan artırdı. Azərbaycan fəhlələri sosial-siyasi hüququlardan məhrum olub, az əmək haqqı ilə çox işləməyə məcbur idilər. Yaşayış üçün zəruri olan malların bahalığı, ev kirayəsinin yüksək olması fəhlələrin vəziyyətini daha da dözülməz edirdi. Texniki təhlükəsizlik aşağı səviyyədə olduğu üçün müəssisələrdə onlarca fəhlə bədbəxt hadisələr nəticəsində həlak olurdu. Qadın və uşaq əməyindən də geniş istifadə olunurdu. XIX əsrin 70-ci illərindən başlayaraq Gədəbəy, Bakı və Nuxada dağınıq tətillər baş verirdi. Fəhlələr maaşların artırılması, ailəli fəhlələrə mənzillər verilməsi və bu kimi sosial və iqtisadi tələblər irəli sürürdülər. 1881 və 1895-ci illərdə Bakıda, 1896-cı ildə Ramana mədənlərində, 1898-ci ildə Gədəbəy misəritmə zavodlarında tətillər baş verdi. Beləliklə, XIX əsrin sonunda Azərbaycanda sənaye fəhlələri özunu mütəşəkkil qüvvə kimi göstərməyə başladı.




  1. Yüklə 87,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin