Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi


XIX asrin sonlarında Canubi Azarbaycanda madaniyyatin inkişafı-maarif və matbuat



Yüklə 87,72 Kb.
səhifə18/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
Az.tarix

XIX asrin sonlarında Canubi Azarbaycanda madaniyyatin inkişafı-maarif və matbuat

Şimali Azərbaycanın işğalından sonra Şimali və Cənubi Azərbaycanın mədəni inkişafında fərqlər nəzərə çarpmağa başladı. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda mədəniyyətin xarakterik xüsusiyyətləri bunlar idi: 1)yeni tipli məktəblərin və mədəni-maarif müəssisələrinin, milli mətbuatın və milli teatrın yaranması; 2) qabaqcıl ziyalıların xalqın milli şüurunun oyanmasına ideya
təsirinin güclənməsi. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda:
1.yüzlərcə milli məktəb və mədrəsələr fəaliyyət göstərirdi. 2. Bakı, Şamaxı, Şuşa, Nuxa və d. şəhərlərdə ədəbi dərnəklər, məclislər təşkil edilirdi. 3.Məktəblərlə yanaşı, ruhani məktəblərimədrəsələr də fəaliyyət göstərirdi. İbtidai və ali dərəcələrə bölünən mədrəsələrdə təhsil pulsuz idi. 4. Avropa təhsili görmüş milli ziyalılar nəsli yetişməyə başlamışdı. Belə ziyalılardan Rusiyada ali
təhsil almış ilk azərbaycanlı Ağa bəy Yadigarovu, Almaniyada təhsil almış Məmmədağa Şahtaxtinskini göstərmək olar; 5. “Üsulicədid” (yeni üsul) adlı ictimai-pedaqoji hərəkat geniş yayıldı. Bu məktəblərdə təlim ana dilində aparılır, təhsil planına ümumtəhsil xarakterli fənlər daxil edilirdi. Bu tədris üsulunun əsas prinsiplərindən biri hərf-heca üsulundan daha səmərəli səs üsuluna keçid
idi. 6. Ana dilində ilk dərsliklər və dərs vəsaitləri hazırlanırdı. 7. 1872-ci il yeni məktəb əsasnaməsinə görə qəza məktəbləri pullu şəhər məktəblərinə çevrilmişdi. 8. Xalq məktəbləri adı ilə meydana gələn ibtidai kənd məktəbləri yaranırdı. 9. 80-ci illərdən başlayaraq rus-Azərbaycan məktəbləri yaranmağa başlandı. Məqsəd şagirdləri orta məktəbə hazırlamaq idi. İlk rus-Azərbaycan məktəbinin əsası 1887-ci ildə Bakıda H.Mahmudbəyov və S.M.Qənizadə tərəfindən qoyuldu. Bu məktəblərdə tədris rus dilində olsa da, Azərbaycan dili
icbari keçilirdi. 10. 80-90-cı illərdə bir sıra sənət məktəbləri (Bakıda, Gəncədə, Zaqatalada və s.) açıldı. 11. 1865-ci ildə Bakıda ilk orta təhsil məktəbi yarandı. 12. İlk qadın və kişi gimnaziyaları açıldı. 13. 1876-cı ildə Qori Müəllimlər Seminariyası təşkil olundu. 14. 1879-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi açıldı. İlk kitabxana-qiraətxanalar məktəblərin nəzdində açıldı.
Məktəblərdən kənarda yerləşən ilk kütləvi kitabxanalardan biri 1868-ci ildə Gəncədə açıldı. 1894-cü ildə N.Nərimanov tərəfindən ilk Azərbaycan qiraətxanası təşkil edildi. Milli mətbuatın təşəkkülü. Şimali Azərbaycanda milli mətbuatın əsası görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzeti ilə qoyulmuşdu. 1877-ci ilədək qəzetin 56 sayı çapdan çıxmışdır. Bu qəzetin əsas məqsədi xalqı maarifləndirmək idi. 1879-cu ildə Tiflisdə Azərbaycan türkcəsində “Ziya” qəzeti çıxmağa başladı. 1880-cı ildən 1884-cü ilədək bu qəzet “Ziyayi Qafqaziyyə” adı altında nəşr olundu. 1880-ci ildə Tiflisdə “Kəşkül” qəzeti Cəlal Ünsüzadənin nasirliyi ilə işıq üzü gördü. Qəzet öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın idi. 1880-1890-cı illərdə Bakıda rus dilində “Kaspi”, “Baku” və b. qəzetlər nəşr olunurdu.




  1. Yüklə 87,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin