Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi


XIX asrin sonlarında Canubi Azarbaycanda madaniyyatin inkişafı-adabiyyat va teatr



Yüklə 87,72 Kb.
səhifə19/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
Az.tarix

XIX asrin sonlarında Canubi Azarbaycanda madaniyyatin inkişafı-adabiyyat va teatr

1873-cü il martın 23-də Bakı realnı məktəbinin həvəskar teatr truppası tərəfindən görkəmli dramaturqumuz Mirzə Fətəli Axundovun “Sərgüzəşti
vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə milli teatrımız yarandı. Xalqımızın böyük oğlu, xeyriyyəçi H.Z.Tağıyev 1883-cü ildə Bakıda teatr binası tikdirdi. 1895-ci ildə Azərbaycanın teatr xadimləri “Bakı artistlər cəmiyyəti”ni yaratdılar.
XIX əsrin ikinci yarısında musiqidə böyük canlanma var idi. Peşəkar aşıqlardan Aşıq Alı, Aşıq Ələsgər, Molla Cümə böyük şöhrət qazanmışdılar. Tarzən Sadıqcan tarı təkmilləşdirmişdi.
Xanəndələrdən Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu və b. muğam sənətinin inkişafında misilsiz xidmətlər göstərmişdilər. Dövrün ən görkəmli memarı olan Qasım bəy Hacıbababəyov Bakıda böyük bir karvansara inşa etmişdi. 1865-ci ildə dənizkənarı bulvar salınmağa başladı. 1886-cı ildə isə Bakının ikinci qala qapıları tikilmişdi. Dövrün görkəmli rəssamlarından Mir
Mövsüm Nəvvab “Quşlar”miniatürünü və Teymurləngin portretini çəkmişdi. Mirzə Qədim İrəvani “Cavan oğlan”, “Oturan qadın” və s. rəsmləri ilə təsviri rəssamlıq sənətini zənginləşdirmişdi.



  1. XIX asrin sonu-XX asrin avvallarinda Canubi Azarbaycanda geniş xalq kütlalarinin imperialızma qarşı mübarizasi

XIX əsrin sonu və XX əsrin əvvəllərində Cənubi Azərbaycanda xarici imperialistlərə və onlarla əlaqədə olan yerli irtica qüvvələrinə, onların ölkədəki özbaşınalığına və çapqınçılıq siyasətinə qarşı xalqın narazılığı artmağa başlayır, bəzi yerlərdə kütləvi çıxış və tətillər baş verir. 8 mart 1890-cı ildə Nəsrəddin şah bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bu, xalqın böyük narazılığına səbəb olur. Etiraz əlaməti olaraq 19 avqust 1891-ci ildə Təbriz bazarı bağlanır, 20 min nəfərə yaxın adam silahlanır və şaha teleqram vururlar ki, heç bir halda bu müqaviləni qəbul etməyəcəklər. Onlar teleqramda bildirirdilər ki, əks təqdirdə, Təbrizdəki ingilis konsulluğunu məhv edəcəklər. Şah verilmiş imtiyazları tezliklə ləğv etməyə məcbur oldu və avqust ayının 30-da bu haqda Təbrizə rəsmi teleqram göndərildi.
Cənubi Azərbaycandakı bu hərəkat ingilislərə qarşı İranın başqa yerlərində də xalq mübarizəsinin güclənməsinə bilavasitə təsir göstərirdi. İran xalqlarının, o cümlədən, azərbaycanlıların mübarizə tarixində "Tənbəki üsyanı" kimi məşhur olan bu hərəkatda Azərbaycanın ticarət burjuaziyası, sənətkarları, onlara qoşulmuş ruhanilər, digər təbəqələrin nümayəndələri iştirak edirdilər. Bu hərəkat İranda, o cümlədən, Cənubi Azərbaycanda xarici kapitala, yerli irtica qüvvələrinə və onların hökmranlığına qarşı yönəldilmiş milli-azadlıq mübarizəsinin ilk və çox təsirli mərhələsini təşkil etmiş və xalq arasında siyasi, milli şüurun oyanmasına, formalaşmasına və inkişafına güclü təkan vermişdi.
1901-ci ildə Tehranda təşkil edilmiş gizli cəmiyyət və ya inqilabi komitə, 1905-ci ildə isə Tehranda yaranan "Əncümən-e məxfi" ("Gizli əncümən") iranlıları, o cümlədən, azərbaycanlıları, xaricilərin zorakılığı və yerli hakim dairələrin özbaşınalığı əleyhinə mübarizə aparmağa çağırır, həmçinin, burjua ruhunda islahatlar keçirmək tələbini irəli sürürdülər.
XX əsrin əvvəllərində bir neçə il qıtlıq olması və bundan istifadə edən mülkədar və alverçilərin taxıl möhtəkirliyinə başlaması nəticəsində İranın, o cümlədən, Azərbaycanın bir sıra şəhərlərində aclıq və bahalığa qarşı həyəcanlar baş verdi.
1903-cü ildə belçikalılarla bağlanmış yeni kömrük sazişinə qarşı çıxışlar başlandı. Göstərilən dövrdə Cənubi Azərbaycanda demokratik fikrin yayılması, milli və siyasi şüurun oyanması, xarici imperializmə və yerli feodal zülmünə qarşı xalq mübarizəsinin güclənməsində bir sıra başqa amillər də böyük rol oynamışdır. Belə ki, 1904-cü il dekabr ayının 13-də Bakı və onun Balaxanı, Sabunçu, Bibiheybət kimi ətraf rayonlarında başlanan və 31-də qələbə ilə nəticələnən fəhlə tətilləri nəinki bütün Bakı proletariatını siyasi mübarizəyə çağırdı və Rusiyanın fəhlə hərəkatı tarixində ilk fəhlə-sahibkar müqaviləsinin bağlanmasına gətirib çıxardı, onlar, həm də qonşu İranın və xüsusilə, Cənubi Azərbaycanın siyasi mühitinə təsir göstərməklə orada həyəcan və çıxışların güclənməsinə, inqilabi hərəkatın başlanmasına təkan verdi. Bununla Şimali və eləcə də, Cənubi Azərbaycanda inqilabi hərəkatın və siyasi mübarizənin sonrakı inkişafında Rusiyada baş verən 1905-ci il 9 yanvar hadisələri ("Qanlı bazar") və ümumiyyətlə, 1905-1907-ci illər inqilabının da əhəmiyyətli təsiri olmuşdur. Xalqın təzyiqi altında çar Rusiyası hökumətinin 1905-ci ilin 17 oktyabrında demokratik azadlıqlar verilməsi haqqında dərc etdiyi "Manifest" Şimali Azərbaycanda (xüsusən, Bakıda) "Müsəlman Konstitusiya (Məşrutə) Partiyası"nın yaranmasına, demokratik azadlıq və hüquqlar uğrunda mübarizənin genişlənməsinə gətirib çıxardı və bu hərəkat öz davamını həmin ilin dekabrında İranda, o cümlədən, Cənubi Azərbaycanda başlayan "Məşrutə inqilabı"nda tapdı.
1905-1911-ci illər inqilabın gedişində Cənubi Azərbaycanda İranın başqa rayonlarına nisbətən sosial ziddiyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quruluş yaradılmasını tələb edirdi. Hərəkatın hərəkətverici qüvvələri sənətkarlar, yenicə meydana gələn fəhlələr, tacirlərin xarici rəqabətdən ən çox iflasa uğrayan xırda alverçi təbəqələri, dözülməz istismara məruz qalan kəndlilərin qabaqcıl dəstələri və ictimai mövqelərinə görə onlara yaxın xırda ruhanilər idi. Artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu.




  1. Yüklə 87,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin