Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi


XIX asrin ikinci yarısında Azərbaycanda kənd təsərrüfatının vəziyyəti



Yüklə 87,72 Kb.
səhifə12/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
Az.tarix

XIX asrin ikinci yarısında Azərbaycanda kənd təsərrüfatının vəziyyəti


XIX əsrdə iqtisadi vəziyyət. XIX əsrin 30–60-cı illərində Cənubi Azərbaycan əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı – əkinçilik və maldarlıq idi. Təkcə kənd əhalisi deyil, şəhər əhalisinin də bir hissəsi əkinçiliyin müxtəlif sahələri ilə məşğul olurdu. Cənubi Azərbaycanda təbii, qismən də süni suvarma əsasında buğda, arpa, çəltik və başqa dənli bitkilərlə yanaşı, texniki bitkilər, o cümlədən pambıq, tütün əkilir, barama yetişdirilir, meyvə-tərəvəz becərilirdi. Bu əyalət İranın ən məhsuldar ərazisi hesab edilir və buradan taxılla yanaşı, pambıq və quru meyvə də ixrac olunurdu. XIX əsrin 50–70-ciillərinə qədər Cənubi Azərbaycan İranın “taxılçılıq və heyvandarlıq bazası” idi. Onun iqtisadi həyatda belə bir mövqeyə malik olması burada yerli tələbatı ödəyən və xarici bazarlar üçün də mal ixrac edən müxtəlif sənətkarlıq sahələrinin formalaşmasına geniş imkanlar açırdı. Şəhərlərdə ayaqqabı, saxsı və ya mis qab-qacaq, digər məişət əşyalarının, təsərrüfat alətlərinin istehsalı xeyli inkşaf etmişdi. Lakin İngiltərə və Rusiya dövlətlərinin İranda əldə etdikləri imtiyazlar nəticəsində Cənubi Azərbaycan sənətkarlığının bir çox sahələrinə böyük ziyan dəydi. Belə ki xarici sənaye mallarının ölkəyə geniş miqdarda və maneəsiz axını ilə bağlı buradakı bir sıra emalatxana və sexlər rəqabətə davam gətirməyərək öz fəaliyyətlərini dayandırmalı oldu.
Əsrin sonlarına qədər Azərbaycan şəhərlərində emalatxana quruluşu hələ də qalırdı. Emalatxanalarda, adətən, 3-4 sənətkar işləyirdi.
XIX əsrin sonlarında Cənubi Azərbaycanın təsərrüfat həyatında yeniliklər nəzərə çarpmağa başladı. Bunun da bir sıra səbəbləri var idi. İlk növbədə, xarici kapitalın sürətli axını Cənubi Azərbaycanda təsərrüfatın inkişafına müəyyən təsir göstərirdi. Burada iqtisadiyyat müstəmləkə və asılı ölkələrə xas bir sıra xüsusiyyətlər kəsb edirdi. İran və onun bir hissəsi olan Azərbaycan İngiltərə və Rusiyanın sənaye mallarının satış bazarına, eyni zamanda xammal bazasına çevrilmişdi. Xarici bazarda, o cümlədən Rusiyada pambıq, boyaq maddələri, yun, gön-dəri kimi məhsullara, həmçinin ayrı-ayrı sənətkarlıq mallarına tələbatın artması qeyd edilən sahələrin inkişafına təkan verdi.
XIX əsrin son rübündə əsas sənətkarlıq sahəsi xalçaçılıq idi. Xalça istehsalı sənayedə kapitalist münasibətlərinin inkişaf etdiyi əsas sahə idi. Təbrizdə, Marağada, Xalxalda və bəzi şəhərlərdə istehsal edilən yun və ipək yaylıqlar, şal, yun, ipək, pambıq parçalar həm yerli əhalinin, həm də İranın başqa əyalətlərinin tələbatını ödəyir və xaricə ixrac olunurdu.



  1. Yüklə 87,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin