Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi


-cı illərin İslahatlarının mahiyyəti



Yüklə 87,72 Kb.
səhifə6/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
1   2   3   4   5   6   7   8   9   ...   25
Az.tarix

1840-cı illərin İslahatlarının mahiyyəti

XIX əsrin 30-cu illərində Şimali Azərbaycanın müxtəlif yerlərində baş verən üsyanlar amansızcasına yatırıldı. Buna baxmayaraq, çar hökuməti Cənubi Qafqazda yeritdiyi siyasətin yarıtmaz olduğunu başa düşdü. Hökumət yeni xalq çıxışlarına yol verməmək, əhalinin narazılığını azaltmaq, işğal olunmuş regionda möhkəmlənmək üçün islahatlar keçirməyə məcbur qaldı.
Qəza, kəndli əsasnamələri, quberniya, reskript, desyatin, Xəzər vilayəti, mülkədar tabelisi.
İnzibati-məhkəmə islahatlarının hazırlanması və tətbiqi. XIX əsrin 30-cu illərində baş vermiş üsyanlar yatırılsa da, onları doğuran sosial-iqtisadi və siyasi səbəblər qalmaqda idi.
Azərbaycanda çarizmin iqtisadi siyasətinin həyata keçirilməsi, diyarın təbii ehtiyatlarının mənimsənilməsi cəhdləri, bəzi digər amillərlə yanaşı, komendant idarə üsulunun təsiri altında ləngidilirdi. Hətta çar məmurlarının etirafına görə, bu idarəçilik üsulu dövlət xəzinəsinə xeyli ziyan da vururdu. Həmçinin çarizmin Cənubi Qafqazda öz hökmranlığını möhkəmləndirməsinə nail olmaq cəhdi komendant idarə üsulunun ləğvini və onun yeni sistemlə əvəz olunmasını tələb edirdi. 1840-cı il aprelin 10-da l Nikolay tərəfindən “Zaqafqaziya (Cənubi Qafqaz) diyarının idarə olunması üçün təsisat” adı altında inzibati məhkəmə islahatı layihəsi təsdiq olundu. Bu islahat 1841-ci il yanvarın 1-dən qüvvəyə mindi. Cənubi Qafqazın inzibati quruluşu dəyişdirilərək Ümumrusiya inzibati ərazi bölgüsünə uyğunlaşdırıldı. Komendant idarə üsulu ləğv edildi. İslahat nəticəsində Cənubi Qafqaz diyarı mərkəzi Tiflis olan Gürcüstan-İmeretiya quberniyasına və mərkəzi Şamaxı olan Xəzər vilayətinə bölündü. Quberniya və vilayət qəzalara ayrıldı. Qəzaların tərkibində nahiyələr yaradıldı ki, onların da çoxu keçmiş mahalların ərazilərinə uyğun gəlirdi. Nahiyələrin sayı və sahələri Qafqaz çar hakimiyyət orqanları tərəfindən təsdiq olunurdu. Bu zaman əhalinin milli tərkibinə və iqtisadi özünəməxsusluğuna məhəl qoyulmurdu. Cənubi Qafqazın ali idarəçiliyi buradakı qoşunların komandanının – Baş hakimin əlində cəmlənmişdi. Baş hakim general-qubernatora nisbətən daha geniş səlahiyyətlərə malik idi. Həm qubernator, həm də vilayət rəisi vəzifələrinə çarın fərmanı ilə yalnız ruslar təyin edilirdi.
1840-cı il 10 aprel qanunu Cənubi Qafqazın məhkəmə sistemində mühüm dəyişikliklər etdi. Qəza məhkəməsi hakimlərdən və vergi verən təbəqələrdən seçilən iclasçılardan ibarət idi. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Ümumimperiya qanunlarına əsaslanan quberniya, vilayət və qəza məhkəmələri yaradıldı. Bütün kargüzarlıq işləri yalnız rus dilində aparılırdı.
1840-cı il qanunu ilə şəriət məhkəmələrinin əlində yenə də yalnız nikah və vərəsəlik işlərini həll etmək hüququ saxlanılmışdı. Buna baxmayaraq, Şimali Azərbaycanın yerli sakinləri bütün mülki-hüquqi mübahisələrə görə şəriət məhkəmələrinə üz tutmaqda davam edirdilər.




  1. Yüklə 87,72 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin