ADİL ŞAHDAN PƏNAH XANA FƏRMAN
SADİR OLMAĞIN VƏ ONU QARABAĞDA
XAN VƏ HAKİM QILMAĞIN BƏYAN EDƏR
Çün-səneyi 1160 - hicridə, yəni miladi - 1743-cü ildə Nadir şahı Xorasanda
qətlə yetirdilər
1
Bəd əz an onun (Nadirin) qardaşı Zəhirəddövlə İbrahim xanın
oğlu Əliqulu xan Adil şah müləqqəb edib Nadir şahın yerində şahlıq məsnədində
əyləşdi və onun tərəfindən Əmiraslan xan sərdarlıq əmrinə mənsub olub
Azərbaycana gəlib Təbriz şəhərində oturub hökmranlıq qıldı.
Elə ki həmin Əmiraslan sərdari-Qarabağ sahəsində Pənah xanın bu cür ixtiyar
və istiqlal avazəsini eşitdi. Mirzə Adıgözəl bəyin rəvayətinə görə sərdar
Təbrizdən özü Pənahəli bəyi görmək üçün Qarabağa gəlib və burada mülaqat
hasil olandan sonra axşamı Pənahəli bəyə sultanlıq və sabahı xanlıq verib və
ondan sonra (şaha) yazıb və Adil şahdan təsdiq fərmanı gəlib. Amma Mirzə
Camal bəy yazır ki, Əmiraslan sərdar, çün Qarabağda Pənah xanın avazəsini
eşidib öz yanında at və qılınc və xələt Pənah xana göndərib və onu Adil şahın
itaətinə tərğib və dəvət edib. Mərhum Pənah xan dəxi bu tərəfdən Əmiraslan
sərdarın göndərdiyi adamların adına görə yaxşı hörmət və lazımi ziyafət gətirib
və bəd neçə nəfər nami və mötəbər olan ilat
1
Hicri 1160-cı il miladi 1747-ci ilə Nadir şahın Xorasan yaxınlığındakı Xabuşan yaylağında,
iyun ayında öldürülməsi ilə müqabildir. Burada göstərilən 1743-cü il səhvdir.
132
kəndxudalarından dəxi onlara qoşub töhaf və hədaya və yaxşı sədaqətamiz
cavablar ilə sərdari-məzburun hüzuruna göndərib, dövləti Adil şaha izhari-itaət
və inqiyad etdi. Çünki hənuz o vaxt deyil idi ki, o tövr sahibi-şövkət sərdar ilə
dava və müqatilə məqamına gələ. Tamam ətraf xanları batinən onunla düşmən
var idilər və Qarabağın əksəri həm Pənah xana dürüst itaət qılmamışdılar və
hənuz müti olmamışdılar. Ona görə Adil şaha və Əmiraslan sərdara görə itaət və
rəftari-süluki məsluk edərdi. Pəs Əmiraslan xan sərdar dəxi Pənah xanın o tövr
itaət kəlamatını və xülus və iradatını və o növ göndərdiyi kəndxudalarını görüb,
qayətdə xoşhal olub və məzidi iqbal bilib, Adil şaha görə bu əmri xədəmati-
cəlilədən məshub edib pəs bu keyfıyyəti ərizə ilə Adil şah hüzuruna yazıb
pişnəhad etdi. Ona görə 1160 səneyi-islamiyyedə mütabiqi səneyi-məsihiyyə
1744 Adil şahdan xanlıq
1
və Qarabağın hökumət və fərmani sadir olub. Pareyi-
girənmayə xələt və ənam və mürəssə becəvahir qdınc və qızıl irasbablı at Pənah
xana gəlib, sərdar Əmiraslan xan dəxi əlavə özü də sovqat və hədiyyələr məzid
edib. O vəqtdə ki, Pənah xan Bayat qalasında məskən ixtiyar etmişdi, orada gəlib
vüsul oldu və haman kəndxudalar ki, Pənah xan tərəfindən Əmiraslan sərdarın
yanına getmişdilər, onlar dəxi xələt və ənam və hörmət ilə gəlib yetişdilər. İbtida
o oldu ki, oradan Pənah xana xanlıq ismi qoyulub və Qarabağa hakimlik əmrinə
mənsub oldu. Yövmən-yövmən tərəqqilər qıldı və İran məmalikinin ixtilalında
tamam Qarabağa və qeyri-para ölkəyə istiqlal buldu. Ondan sonra bir az müddət
çəkdi ki, Adil şahı Nadir şahın nəvadəsi Şahrux Mirzə qətlə yetirib təxti səltənətə
əyləşdi və o hallarda Əmiraslan xan dəxi Qarabağ hakimi Kazım xanı dəstgir
edib məğlub etdi. Bir çox qəlil zamanda Şahrux şahı dəxi məqtul etdilər. Növbət
hökuməti-səltənəti-Zənd Kərim xan Vəkilə yetişdi. O dəxi vilayətlərə istiqlal və
aram edənədək, müddəti-mütəmadi İraq və fars və Xorasan və Azərbaycan və
hamı İran məmalikində hərci-mərc və məqşumluq olub xudsərlik və pərişanlıq
əmələ gəldi. Dəxi o zamanlarda Pənah xan əzmi-hümmət bağlayıb cəhdü səy
edirdi ki, Gəncə və İrəvan və Naxçıvan və Qaradağ və Ərdəbil vilayətlərini
1
Hicri 1160-cı il miladi 1747-ci ildir. Mirzə Camala görə Pənah xana xan adı verilməsi və
Qarabağ hakimliyi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman hicri 1161-ci il miladi 1748-
ci ildə verilmişdir (Mirzə Camal. Qarabağ tarixi, səh.18).
133
təsərrüfünə gətirsin. Bir az zamanda dəxi onların bəzilərini zor ilə və bəzilərini
qövmlük ilə və bəzilərini rəsəl və rəsail ilə müti edib, Ərdəbildə məxsusən
Dərgahqulu bəy Sarıcalını hakim qoydu və Gəncə xanzadələrindən hansını ki,
xahiş etsə idi tikərdi və hansını istəsə çıxarardı. Dəxi neçə nəfər o vilayətlərin
xanzadələrindən götürüb öz yanında zaval rəsmi ilə saxlayardı və hər diyarda
avazəsi və şöhrəti müntəşir olmuşdu.
ALTINCI FƏSİL
PƏNAH XANIN TƏRNƏKÜT QALASINI VƏ
ŞUŞA QALASINI TƏMİR ETMƏYİ VƏ
BƏZİ İLAT-MAHALATINA İTAƏT EDİB,
XİDMƏTİNƏ GETMƏYİN VƏ PAREYİ
VƏQAYEYİ BƏYAN EDƏR
Çün mərhum Pənah xan 1162-ci il hicridə
1
Bayat qalasını təmir edib
2
, dörd-
beş il orada sakin olmuşdular. Baxıb gördülər ki, aran zəmindir, həmişə orada
oturub dolanmaq mütəəssir olur. Yay fəsli olanda ilat əhli dağlara gedib, uzaq
olurlar. Zərurət olanda onlara əl yetişmir. Ona görə məsləhət bilib Tərnəküt
qalasını ki, indi Şahbulaq adlanır, bina eylədilər. Pəs böyük çeşmə başında bir
bala tülənnək üstündə məzənnə edib, yaxşı mühəndis, peşə adamları ilə bir
böyük hasari-vəsi tərh edib uca yerdə qala tikib bazar və hamam və çarsu və
məscid təmir etdirib və tamam ilat böyüklərinin sükunəti üçün evlər bina etdirib.
1175-ci il hicridə
3
öz evini və tamam mülazim və məxsuslarının evlərini və
mahal böyüklərinin evlərini cəm qılıb
1
1
Miladi tarixi ilə 1749-cu il. Mirzə Camala görə Bayat qalası 1161 (1748)-ci ildə tikilmişdir
(Mirzə Camal. Qarabağ tarixi, səh.15). Mirzə Adıgözəl bəy də qalanın 1161/1748-ci ildə tikildiyini,
səngər, sığnaq və qərargah saldırıldığını bildirir (Mirzə Adıgözəl bəy. Qarabağnamə, səh.56).
2
Burada və aşağıda təmir sözü tikmək, inşa etmək mənasında işlədilir.
3
Hicri 1175-ci il miladi 1761/1762-ci ilə uyğundur. Fikrimizcə, bu tarix səhvdir. Mirzə
Adıgözəl bəy və Mirzə Camal tikinti işlərinin 1165/1751-1752-ci ildə sona çatdığını yazırlar (Mirzə
Adıgözəl bəy. Qarabağnamə, səh.58; Mirzə Camal. Qarabağ tarixi, səh.17).
134
qələyi-Şahbulaqda sükunət qılıb mütəməkkin oldular və üç-dörd ildə orada
istiqlali-təmam ilə əyləndilər. Pənah xanın avazəsi və istiqlah və şöhrəti-
cəmiyyət və tərəqqisi və calalı günbəgün iştihari-təmam bulub ətraf və əknafın
cümləsində məşhur oldu və tamam Gəncə, Şəki, Şirvan, Qaradağ, Naxçıvan və
İrəvan xəvanini rəsəl və rəsail və mürasilat və peşkəş və töhəf və sovqatlar Pənah
xana göndərib, izhari-xüsusiyyət və məvəddət və dusti və yeganəki və ülfət
qoyardılar və əksəri xəvaninin övladlarından zəval rəsmi ilə Pənah xan öz yanına
götürüb, qəleyi-Şahbulaqda saxlardı və bir parası ilə qövmlük edib və bəzilərilə
dostluq və ülfət edib və bəzilərinə zor qılıb. Qərəz ki, Məğri, Günay və Çuldur
mahallarını, ta Bərgüşad çayınadək Qaradağ hakiminin təsəllütündən və Tatif və
Sisiyan mahallarını Naxçıvan hakimindən əxz eylədi və Zəngəzur və Qapanatı
Təbriz bəylərbəyisindən intiza etdi və Tərtər çayı (sahilindəki) Uşacıq
günbəzindən yuxarı, ta Göyçə sərhədinədək ki, Kolanı məskənidir və İrəvana
tabedir, İrəvan hakimindən zəbt eylədi və Xudafərin körpüsündən, ta Gəncənin
Kürək çayınadək xəvanini-Gəncənin əlində olardı. Gəncə xəvanilərindən əlinə
keçirdi və bunlardan maəda Kəngərli dəstəsi ki, bir minbaşıya tabe idilər və
Naxçıvan elidir, Naxçıvandan gəliblər və Dəmirçi Həsənli ki, Gürcüstan Dəmirçi
Həsənlisindən gəlmədir və bir minbaşıya mütəəlliqdir və Cinni tayfası yenə bir
minbaşıya tabe idilər. Onlar da Gürcüstandan gəlmədir və Gürcüstan elidirlər.
Təmamən Pənah xanın avazeyi-hörmət və məhəbbət və riayəti səbəbinə və
yaxşılığına görə ətraf vilayətlərdən gəliblər onun yanına və məcmuinə
Qarabağda yurt və məskən və məkan və məhəlli-təiş və güzəran, yaylaq və aran
verib və izzətlər edibdir. Hamı ona müti və mənqad olublar və xidmət və
təbəiyyət edib, yanında qalıblar ki, şimdi təmamisi Qarabağ əhli cümləsinə
mülhəq olub Qarabağ hesab olunurlar. Əlqissə üç-dörd il var idi ki, Tərnəküt
qalasında sakin olmuşdular ki, Qacar Məhəmməd Həsən xan validi -Ağa
Məhəmməd xan Mazəndəran, İraq, Fars və Azərbaycan məmləkətlərində istiqlal
behəm yetirib, şöhrət və avazəsi iştihar buldu və çün həmə övqat Pənah xanın
kargüzarları və hüzurunun xəvasları və ixtiyarları hökumət fikrindən qafil
olmazdılar, fikr və tədbirlər əndişə edib Pənah xanın səlah və işarəsilə məsləhəti
bu növ gördülər ki, “çün Nadir şahın vəfatından sonra müddətlər ki, Əliqulu xan
və
135
Əmiraslan xan ilə müdara edib və rəbti-dostluq və ittihad var idi. Ola bilər ki,
Məhəmməd Həsən xan ilə şöylə süluk və rəftar məqdur olmaya və o gunə
müvafiqəti qəbul qılmaya və xəvanini-ətrafdan dəxi o qədər xatircəmliyimiz
yoxdur və batində bəzilərinin bizimlə həsəd və ədavəti çoxdur və şayəd ki, onlar
Məhəmməd Həsən xanı təhrik edələr və onunla ittifaq olub gəlib bizimlə dava və
münaziə başlayalar və Qarabağın əmval və əhşamı Qızılbaş qoşunlarının pay-
malı ola. Bizlər bu Şahbulaq qalasında oturub şöylə qəvi olan düşmənə və
xəvanini-ətrafa cavab verə bilmərik. Bilmərrə müstəsil oluruq”. Pəs əlacı vaqiə
piş əz vüqu bayəd kərd
1
babından lazımdır ki, bir yaxşı möhkəm və münasib
məkanda bir yaxşı məstəhkəm qala bina edək ki, əbədi və həmişəlik ola və
ortalıq ola ki, aran və yaylaq, hər ikisi əldə ola. Bir tərəfi güşad ola ki, yaylaqda
onların qaladan xəbərdarlığı və əlləri üzülməyə və mütləğa qəvi olan düşmənlər
onu təxir etməyə qadir olmayalar və bu məsləhəti Məlik Şahnəzər bəygilə
həmişə sədaqət və xeyirxahlıqda var idi, eylədilər. Onun məsləhəti və
rəhnümalığı və səvabdidi ilə bu Şuşa qalasının binasına müsəmməm oldular. Pəs
əvvəla neçə nəfər əhli-vüquf və kardan kamil və aqil əşxaslardan göndərdilər ki,
ətraf və cəvanibdən şöylə qala binası üçün yer tapsınlar. Pəs gedib gəzib və baxıb
həmin Şuşa qalasının yerini ki, şul vaxtda Şuşa kəndinin sakinlərinin cüzvü otlaq
və biçənək yerləri idi tapıb, gördülər ki, hər babda layiqdir. Nəhayət, içində bir
cari suyu yox idi, məgər inki iki-üç balaca çeşməsi var idi ki, şöylə cəmiyyəti-
kamil və şəhri-qabil üçün kifayət edən deyildi. Pəs səlah və məzənnə olan
yerlərdən sudan ötrü quyu bina etdilər, gördülər ki, su çıxar. Məlum əksər
məkanlarından su çıxandır. Gəlib mərhum Pənah xanı hali eylədilər və xan özü
də neçə nəfər xəvasları ilə gəlib baxıb, bu növ qabil gördülər. Bəd əz an təmirinə
ağaz edib 1170 hicridə mütabiqa səneyi məsahiyə 1753-cü ildə qalanı qayı-
rıb
2
tamam Şahbulaqda olan evlərin və əyan və əşxas məliklər və ilat
kəndxudaları və böyüklərinin və mülazimlərinin evlərini oraya gətirib və əlavə
kəndlərdən və ilatın bəzilərindən çox
1
1
Tərcüməsi: Hadisə baş verməzdən əvvəl çarə qılmaq lazımdır.
2
2
Hicri 1170-ci il miladi 1756-1757-ci ilə təsadüf edir. Şuşa qalasının tikintisi, Mirzə Adıgözəl
bəyin “Qarabağnamə”sinə şərh yazanlar qeyd edirlər ki, 1752-ci ildə başa çatmışdır. (Mirzə Adıgözəl
bəy. “Qarabağnamə”, səh.65-66).
136
evləri köçürüb gətirib qala içində onlara yurd, məqam və mənzil verib mərqub
olan şəhər və abadanlıq qayırdı. Adını Pənahabad qoyub o ism ilə pullar məskun
etdilər ki, avazası iqlimlərdə məşhur oldu. Ondan irəli heç bir əsrdə orada
abadanlıq olmamışdı. Həmin ki, qalanın altı verstliyində vaqe olan Şuşa kəndinin
otlaq yerləri idi ki, Pənah xan mərhum abad edibdir. Çün qala tamam oldu və
orada möhkəmlənib aram və qərar və tədarükat əmələ gəlməkdən bir il müddəti
keçmişdi, Məhəmməd Həsən Qacar ki, Ağa Məhəmməd şahın atası idi, İraq və
Azərbaycan sipahından cəmiyyəti-mövhur və əsakiri-naməhsur götürüb Pənah
xanın tənbehi və Şuşa qalasının təsxiri üçün Qarabağa azim oldu. Gəlib Arazı
keçib, qalanın dörd ağaclığında vaqe olan Xatun arxı mənzilində ordu əylədi və
xatirindən keçirdi ki, bəlkə Pənah xan itaətə gəlib bilamünaziə qalanı təslim edə.
Müddəti-bir ay orada oturub hay-huy etdi. Baxıb gördü ki, Pənah xan məhəlgü-
zar olmaz çəndan mənzuruna olmaz, hənuz qalaya yavuq gəlməmiş ki,
Qarabağın əhli və quldurları, ordu əhlinin at və qatır və çarpalarına küllü qarət və
zərərlər həm yetirmişdilər. Bu əsnada daldan Məhəmməd Həsən xana xəbər
yetişdi ki, Kərim xan Zənd Şiraz və Fars məmləkətlərində istiqlal bulub və
sahibi-dayə olub iddiai-səltənət ilə əsakiri-firavan cəm edib Şiraz şəhərindən İran
və Mazandaran təsxirinə müsəmməm və azim olubdur. Pəs bu əhvalata görə
Məhəmməd Həsən xan qala almağı, Gəncə və Şirvanatı müsəxxər qılmaq ki,
məqsudi-zəmiri idi, mövquf edib çox istecal ilə müraciət qılıb Mazandaran və
İraqi-Fars tərəfinə mütəvəcceh oldu. Belə ki, gedəndə təcilindən öz qalakub olan
topların dəxi Xatun arxında qoyub getmişdi ki, haman toplar ilə 1826-cı ildə
qızılbaş qoşunu gəlib, qalanı mühasirə edən zamanda imnayi-dövləti-Rusiya
onlardan istifadə edirdilər.
Əlqissə, Məhəmməd Həsən xan buradan qayıdıb, təcili-tamam ilə İraq
məmləkətinə gedib yetişənədək Kərim xan Zənd tamami-Fars və Mazandaran
vilayətlərini və İraq məmləkətindən əksərini təsərrüfə gətirib Məhəmməd Həsən
xanın müqatilə və müdafıəsinə amadə olmuşdu. Pəs Məhəmməd Həsən xan dəxi
bu tərəfdən, Azərbaycandan və sairlərdən əsakiri-şayan və ləşkəri-külli münəcid
edib Kərim xanın dəfinə əzmi tamam üə mütəvəcceh oldu və çün bəxtü dövlət və
fəthü nüsrət xudavəndi-aləmin ətiyyeyi-üzmalarından
137
və məğadiri-kübralarındandır. Neçə nəfər adam Məhəmməd Həsən xanın öz
xəvas və məhrəmlərindən xəyanət fikrinə düşüb Məhəmməd Həsən xanı qətlə
yetirdilər və başını kəsib ənam və mənsəb təmənnası üçün Kərim xanın hüzuruna
apardılar. Əz anca ki, nəcib və böyük kəslərə görə şöylə böyük və əzim
sərdarlarının təəssübü şöylə məzmum və şəni işlərdə sərdarlara yetişir. Kərim
xan Məhəmməd Həsən xanın qatillərini tutub lazımeyi-siyasəti-kamil edib ənam
və mərhəmətdən məhrum eylədi ki, qeyrilər üçün ibrəti-nazirin olub, bundan
sonra heç kimsə dəxi öz vəli ünnemətlərinə ağ olub, bir də şöylə şeni olan əfala
mürtəkib olmasınlar, bir şəxsin nəməkpərvəri olub, nəfsü həva və iblisi-bihəya
əğvasilə ona fikri-xəyanət qılmasınlar.
YEDDİNCİ FƏSİL
GÜRCÜSTAN VALİSİ İRAKLİ XAN MƏRHUM
PƏNAH XANI VƏ QARADAĞLI KAZIM XAN VƏ
NAXÇIVANLI HEYDƏRQULU XANI VƏ GƏNCƏLİ
ŞAHVERDİ XANI DƏSTGİR ETMƏYİN VƏ ŞƏKİ
HAKİMİ HACI ÇƏLƏBİ ONLARI XİLAS EDİB
QORA YETMƏYİN BƏYAN EDƏR
Çün Qacar Məhəmmədhəsən xan Ağa Məhəmməd şahın atası Qarabağa qala
üstə gəlib hənuz bir mətləb hasil etməyib, qayıdıb Kərimxan Vəkilə müqabil
getdi və bu tərəflərdən müavidət edib İran canibinə müraciət etdi. Haman ildə
Pənah xan və qarabağlı Kazım xan və gəncəli Şahverdi xan və naxçıvanlı
Heydərqulu xan bir yerdə cəm olub, məclis və məhfil arastə qıldılar və
məsləhətlər edib buna səlah bildilər ki, dedilər: “Hacı Çələbi tamam Şəki və
Şirvanda hakim məbsütülyəd və sahibi-ixtiyari-müvəbid olub, heç bizlərə iltifat
etməyir və təriqi-müvafıqətə iqdam edib, mürafıqəti-birlə yol getməyir. Gərəkdir
ki, ittifaq ilə ona bir tədbir və tənbeh edəlim ki, min bəd guşmali bəliq ola. Pəs
bu cürə mühavirə edib məknun zəmir-
138
lərini mürasilə məzmunu ilə valiyi-Gürcüstan İrakli xana hali etdilər. Çünki Hacı
Çələbidən o da sədəmələr çox görmüşdü. Onu dəxi bu əmrə talib və Hacı
Çələbinin guşmalına rağib bilirdilər. Elə ki rnəcbur vali onlardan bu mənzur və
məknun olan əhvali istima etdi. 0 dəxi bu mənzurda özünü onlar ilə həmdəm və
həmqədəm olmaqlığını izhar edib əşar etdi ki, əcəb səlah edibsiniz, əlbəttə çox
təcil ilə bu canibə hərəkət edəsiniz ki, fürsət fövt olmuya, pəs məzkur xanlar
təhiyyə və tədarük mühəyya edib cəmiyyət ilə rəiyyəti-əzimət əfraştə edib yola
düşdülər və gedib Gəncə şəhərindən yuxarı Qızıl qaya adlanan məhəldə düşüb,
orada xeymə və xərgah qübbəsini övci-səmaya qaldırıb, valinin gəlməyinə intizar
çəkdilər. Nagah vali dəxi gəlib o mənzilə varid oldu və yetişən kimi xanların
dördün də tutub dəstgir və müqəyyəd və əsir eylədi. Əzqəza, haman dəmdə bir
nəfər Şahverdi xanın nökərlərindən oradan bir iti qaçan ata süvar olub, qaçdı
xəbərə. O vaxtda Hacı Çələbi dəxi bu mətalibatı eşidib, ictima əsakiri-Şirvanat
üçün hökmlər yazıb, özü dəxi cəmiyyəti-şayan və istedadi fırəvan ilə Mingəçevir
məbərində rəhli-iqamət sahb və müntəziri müqabilə əylənmişdi və hər canibə
nəzzarə edirdi. Bu əsnada baxıb gördü ki, Kürün bu tərəfindən bir nəfər atlı
peyda olub, sürəti-təmamilə müqabilə gəlib varid oldu. Hacı Çələbi gəmi ilə onu
Kürdən keçirməyə əmr eylədi. Öylə ki, keçib Hacının hüzuruna gəldi, fılfövr ərz
eylədi ki, “Qoca baba, vali xanları tutdu”. Hacı Çələbi cavab verdi: “Qoca baban
onları inşallah xilas edər”, deyib haman vaxtda üzünü öz müqərriban həzrətinə
və ərkani-dövlətinə tutub dedi: “Yaran nə deyirsiniz? Bu işdə tədbir və məsləhət
necə eylə-məkdir?” Bu müşavirədən qərəzi onların mafiz-zəmirlərin bilmək imiş.
Pəs ümərayi-Şəki və Şirvan əmirləri dedilər ki, bəli biz də bir məsləhət edək
görək səlahi-vəqt nə təqazə edir. Hacı onlara buyurdu ki, “Hər nə ki səlah və
məsləhət edirsiniz, edin. Amma gərəkdir ki, Kür keçidi içində olsun”. Onlar ki,
bu kələmatı Hacıdan istima etdilər dəxi müşavirə və məsləhət məqamında
gəlməyi bərhəm edib Hacının hüzuruna gəlib, cəm və amadə oldular. Hacı
Çələbi dedi: “Bəs nə üçün məsləhət və müşavirə məqamına getmədiniz və təm-
hid və tədbir məclisini fərahəm etmədiniz?” Onlar ərz etdilər ki, bizlər tutiya və
təmhid məcalisini onun üçün bina edərdik ki, Kürü keçmək içində olmasın.
Çünki siz buyurursunuz, gərək Kür keçidi
139
içində ola. Dəxi nə məsləhətiniz var buyurun, qoşun atlansın gedək. Hacı
Çələbinin o sözü zərbi-məsəl olub şimdiyədək xalq arasında məzkurül-lisandır.
Pəs Hacı Çələbi buyurdu, qoşunu təcili-tamam ilə Kürdən keçirib valinin dalınca
azim oldular və köçbəkeç ilqar edib, Gəncə torpağına yetişəndə vali xəbərdar
olub bu əhvalı ki, istima etdi. Qayətdə hərəsan və xofnak oldular. Zira ki, keçən
əsrlərdə Hacı Çələbinin qoşunundan zərb-dəst görmüşdülər. Naçar əzmi-
müqabilə edib Şeyx Nizami əleyhürrəhmənin məqbərəsinin yanında təlaqiyi-
fəstin vaqe olub dava etdilər
1
. Az müddətdə gürciyyə şikəsi-fahiş tapıb, vali dəxi
ordugahı olan Qızü Qaya səmtinə qayıtmaq məqduru olmayıb, fərarı ixtiyar edib,
təmamən xeymə və xərgahları və xanlar dəxi xeymələr də hamı mayəriflərilə
cabəca Qızıl Qayada qalmışdılar. Vali qaçıb getmişdi və Hacı Çələbi Sınıqdan üç
ağac yuxarıyadək dallarınca ilqar edib və Tiflisin beş ağaclığına yetişib və qaçan
gürcüyyə qoşunlarının qabaqlarını Şəmkurdə və Şəmsəddində kəsib, çox
adamların tələf etmişdilər. Hacı Çələbi Baydar torpağında səngər qayırıb, öz oğlu
Ağakişi bəyi Tiflisdən bəri olan müsəlmanlara hakim və hökmran qıldı və ondan
xanları dəxi xilas edib öz vətənlərinə mərsul və rəvanə qüdı və özü dəxi oradan
müraciət edib Şirvana gəldi və Ağakişi bəy şul nəvahidə üç il hakimlik eylədi.
Axır ki, valiyi-Gürcüstan Çərkəs və Başıaçıqdan
2
çox qoşunlar götürüb Ağakişi
bəyi dəf etməyə azim oldu və Ağakişi bəy bu xəbəri ki, eşitdi tabi-müqavimət
etməyib, oradan fərar etdi və valinin qoşunları dalınca ilqar edib öncə gedənlər
Tovuz çayında ona yetişib bir qədər müqatilə və dava edəndən sonra Ağakişi
bəyin neçə nəfər adamı dəstgir olmuşdu və özü səhi və salim Şəkiyə gəlib çıx-
mışdı. Pəs valinin qoşunu oradan, ta Xudafərin körpüsünədək gedib vəqti-
müraciətdə Qarabağdan və Gəncədən çox qarət və çapavul və qəsb eyləyib
aparmışdılar.
1
Müharibə Nizami Gəncəvinin məqbərəsinin yanında 1752-ci ildə olmuşdur.
2
İmeretiya (Gürcüstan) nəzərdə tutulur.
140
SƏKKİZİNCİ FƏSİL
FƏTƏLİ XAN ƏFŞAR HAKİMİ URMİYA
QARABAĞA QALA ÜSTƏ GƏLMƏYİNİ VƏ
MÜHARİBƏ EDİB BİR ZAT BARIŞMAYIB,
AXIRI MƏKR VƏ HİYLƏ İLƏ İBRAHİMXƏLİL
AĞANI ƏLƏ GÖTÜRÜB URMİYƏYƏ
APARMAĞINI VƏ PƏNAH XANIN
XATİMEYİ-KARINI BƏYAN EDƏR
Çün Məhəmmədhəsən xan Qacarın xatimeyi-karı və müqəddi-meyi-əhvalı
həmin qərar ilə oldu, necə ki, fövqdə mərqum və bəyan olundu. Onun o
qəziyəsindən sonra urmiyalı Fətəli xan Əfşar ki, Nadir şahın ümdə və namdar
olan sərdarlarından idi, Urmiya vilayətində iddia və dəbdəbə sahibi olub bir qəlil
müddətdə təlaş edib, təmam Azərbaycanın torpaqlarını zəbt etdi. Ondan əzm
qıldı ki, bu vilayətləri öz əlinə gətirsin. Pəs neçə kərrə mərhum Pənah xanın
yanına yaxşı dil bilən mötəmid və mötəbər elçilər və kağızlar və peyğəmbər
göndərib öz itaət və ittihadına dəvət eylədi. Çün mərhum Pənah xan şöylə
sərdarlara itaət etməyi həqiqətdə özünə ar və xiffət bilirdi. Onun göndərdiyi
kimsələrdən (biri ilə) çox sanballı olan kəlmələr göndərib (Fətəli xanın) təklifini
rədd etdi. O, (Fətəli xan) dəxi qeyzə gəlib elçiləri şöylə qəliz xəbərlər ilə
gəldiyindən sonra cəmiyyəti-təmam və ləşkəri-malakəlam Azərbaycandan və
Urmiyadan və qeyrilərdən münəqid və mühəyya qılıb Pənah xanı dəf etmək üçün
Şuşa qalasını təsxir etməyi çeşmdaş edib Qarabağa ilqar etdi və gəlib qalanın bir
ağaclığında Ballıca çayı ilə Xacə Əlili çayının arasında düşüb, orada səngər tərtib
edib ordu eylədi ki, indi onun səngərlərinin yeri və asari hənuz məlum və xalq
arasında Fətəli xan səngəri derlər məşhurdur. Orada ordu qayırıb mühəyyayi-
cəng oldu. O tərəfdən Talış və Çiləbördün məlikləri ki, Pənah xan ilə batinən
ədavətləri var idi, Fətəli xanın yanına gəlib ona kömək və bələd və mütəhərrik
oldular. Qərəz, altı ay müddəti oturub, hər neçə gündən bir dəfə Fətəli xanın
qoşunu ilə Pənah xanın (qoşunu) aralarında dava və müqatilə vaqe olardı. Hər bir
kərrədə Pənah xanın qoşunu qızılbaş qoşununa faiq olurdular.
141
Əlqissə, bu müddətdə Fətəli xan bir iş qayıra bilməyib günbəgün öz
qoşununun əhvalında isrət və şikəst müşahidə qılırdı. Axirül-əmr bir gün
təmami-qoşunun nəki atlı və piyadə var idi və həmin Talış və Çiləbörd
məliklərinin dəxi özləri və təvabeləri ittifaq edib heyəti-məcmuə ilə həmləvar və
cəmiyyəti-təmam ilə qala üstə yürüş başladılar. Gəlib çayı keçib qalanın yarım
verstliyinədək yetişdilər. Bu tərəfdən dəxi Pənah xan rəşid və nami və karaməd
cavanları ilə və ilatın və Xaçın və Vərəndənin yaxşı çabuk və zirək tüfəngçiləri
ilə əzmi-müqabilə edib və bir tərəfdən dəxi ilat camaatının rəşid atlıları ilə Pənah
xanın qardaşı uşağı və övladları və qohum-əqrəbaları hücumavər oldular. Cəngi-
əzim vaqe olub Fətəli xanın qoşununa şikəsti-fahiş yetirdilər. Oradan Fətəli xan
məqsədinə çatmamış geri qayıdıb vəqti-müavidətdə bərk və dərin olan dərələrdə
və möbərlərdə onları tutub öldürməyə əl açdılar. Ta Fətəli xanın ordusundan
kimi tutmaqdan və qırmaqdan dəstbərdar olmayıb təxminən iki minədək atlıdan
və piyadadan o günü məqtul və dəstgir edib müraciət qıldılar. Fətəli xan xaib və
xasir oradan peşman və pərişan gəlib ordusunda məqam və aram rutdu. Pənah
xan dəxi kəsib və əsirləri götürüb mənsur və müzəffər qalaya müavidət qıldı.
Çün Fətəli xan Əfşar bu gunə kar və ətvarı mülahizə edib və qış mövsümü dəxi
yaxınlaşmışdı, fikir və tədbirlər edib, bənayi-məkrühiylə qoyub sülh və müsalihə
tərhini ağaz eylədi. Pəs yaxşı əhlidil və kardan elçilər göndərib Pənah xan
mərhuma qəliz and və qəsəmələr və təəhhüdlər etdi ki, bizim giriftar və əsir
olanlarımızı mürəxxəs etsin. Dostluq və ittihad aləmində yol getsin. Doğruluq və
yeganəlik üçün mən də qızımı onun böyük oğlu İbrahim Xəlil ağaya əhd edərəm
ki, həmə vəqt dostluq və qohumluq və yeganəliyimiz bərqərar olsun ki, əbədən
bir-birimizdən ayrı və kənar olmayaq və həm məşrut budur ki, İbrahim Xəlil
ağanı dəxi buraya mənim yanıma göndərsin ki, orada şərbət və şirni içək və siğə-
nikah cari etdirək. İki-üç gün də burada qalsın, ondan qayıdıb getsin. Dəxi bu, rin
istihnamı üçün ki, Pənah xan dürüst xatircəm olsun.
Üç nəfər də öz yaxın olan qohum və əqrəbalarından və namdar olan
övladından göndərdi ki, ta İbrahim Xəlil ağa müraciət edənədək əvəz və girov
rəsmilə Pənah xan saxlasın. Mərhum Pənah xan ki, bu cürə kələmat və
təəhhüdatı istima etdi, onun şöylə qəliz andlarına və övlad və əqrəbalarını
göndərməyinə etimad edib və qız
142
verməyinə dəxi şad və xoşhal olub İbrahim Xəlil ağanı iki-üç mötəbər
kəndxudalar ilə Fətəli xanın yanına və ordusuna rəvanə eylədi. Elə ki Fətəli xan
eşidib qayətdə xoşdil və fərəhnak olub, neçə nəfər öz övladlarından İbrahim
Xəlil ağanın pişvazına göndərib, İbrahim Xəlil ağanı izzət və ehtiram ilə və
əsbabi-eyşü inbisat ilə daxili-ordu eyləyib, sözü nəvazəndə ilə məşğuli-eyşü
sürur qılıb, saatın bədliyini bəhanə qılıb əyləndirdi. İki gün İbrahim Xəlil ağanı
əsbabi-sürur ilə və izzətü hörmətlər ilə saxlayıb və hər gündə mükərrər mötəmid
əşxaslar qalaya və rəngarəng şirnilər Pənah xana və evinə göndərirdi. Belə ki,
onların qızılbaşlıq adətləridir ki, öz işlərinin səlahı üçün təarif rəsmi və zahiriləri
çox edələr, adamı aldatmaq üçün. Qərəz ki, bu günə əməllər ilə tutulmuş əsirlərin
və adamların dəxi xilas edib üçüncü günü oradan İbrahimxəlil ağanı və yanınca
gedən kəndxudaları tutub məhbus var götürüb, köçüb yola düşdülər və ta Urmi
vilayətinədək heç bir məkan və mənzildə təvəqqüf etməyib özlərini Urmiyyə
qalasına yetirdilər. Pəs mərhum Pənah xan və Qarabağda olan məcmuə əkabir və
əyan, bu müqəddimədən çox məhzun və pərişan olmaqdan bir fayda mütəsəvvar
deyil idi. Ancaq təsi-tamam ilə oturub Fətəli xanın dəfi üçün və oğlunun və
adamlarının xilası üçün fikr və əndişələr və məsləhətlər və tədbirlər edirdilər ki,
görələr məsləhət nə ola ki, nagah bu əsnalarda nəsimi-mürad əsib və uğur qapısı
açılıb “bimusəddaq izə əradə Allah şeyən həyya əsbəbəhi”
1
həqqi-təala bir səbəb
ortaya salıb. Belə ki, pərvərdigari-aləmyan və xəliqü-ünsü can hər hal və hər
zamanda vəfadar və doğru və həqq-güzar olan kimsələrə yarü müin və mehrəban
və qəmküsardır. Xüsusən tofiq və nüsrət o kəslər üçün kamil və şamildir ki, öz
əhd və misaqlarında sadiq və sabit olalar və məkrü qədərü hilədən ki, ağibəti
xəsarət və nidamətdir, pəhriz və ehtiraz qılalar. Necə ki, hükəmalar deyib:
“Başqasına quyu qazan, özü düşər”.
Beyt:
Ço çahi kəndə dər rəh ke, xəlqi-ra bər əndazi,
Nemitərsi əz-an ruzi ke, xod-ra dər miyan bini.*
1
Doğrudur ki, əgər Allah bir şey (etmək) istəsə, onun səbəblərini də (qabaqcadan) hazırlayar
(ərəbcədən tərcümə).
* Yolda quyu qazmısan ki, xalqı (ora) salasan
O gündən qorxmursan ki, özünü orada görəsən (farscadan tərcümə).
143
Əz qəzeyi-rəbbani bu hallarda Kərim xan Zənd ki, İraq və Fars
məmləkətlərində sahibi-daiyyə olmuşdu və istiqlal və istedad bulmuşdu, Fətəli
xan ilə bənayi-cəng və pürxaş qoyub öz qardaşı İskəndər xanı İraq və Fars
qoşunu ilə Fətəli xanın rəf və dəfı üçün Azərbaycan sövbinə göndərdi. Fətəli xan
dəxi bu xəbəri eşidib Azərbaycan və Urmiyyədən əsakir və cəmiyyət fərahəm
edin İskəndər xan hənuz səmti-Azərbaycana gəlməmiş qoşun ilə onun müqabi-
linə əzm eylədi. Pəs həvaliyi-İsfahanda təlağiyi-fəriğin vaqe olub, İskəndər xan
orada qətlə yetişdi. Kərim xanın qoşunu münhəzim olub fərari düşdü. Bəd əz an
Fətəli xan mənsur və müzəffər İraq məmləkətindən bir para məkanlar həm
təsərrüfə gətirib, oradan öz vilayətinə qayıtdı. Elə ki bu hadisə vaqe oldu, dəxi
Kərim xan qayətdə qeyznak olub fars vilayətlərindən əzim olan qoşun cəm edib
Fətəli xanın intiqamı üçün kəməri-himmət bağlayıb şiddəti-tamam və
Azərbaycan sövbinə azim oldu və hənuz-Azərbaycana gəlib yetişməmiş yoldan
bir yaxşı mötəmid kimsəni mərhum Pənah xanın yanına göndərib, şəraiti-
məhəbbət və məvəddat və yeganəliklər təqdimindən sonra yazmışdı ki, “Çün
Fətəli xan Əfşar qəddar və bədkirdir, bizim ilə nəinki düşmən, bəlkə qanlıdır və
sizin ilə dəxi o növ əyyaranə hərəkətlər ki, heç kimsədən çıxmaz idi, əmələ
gətirib yalan and içmək və əhd və iqrar edib sındırmaq və oğlunu məkrü qədərü
hiylə ilə öz yanına aparıb götürüb qaçmaq ilə onu qürbətdə məhbus və sizi
pərişan və məyus etmək işlərini tamam sizin həqqinizdə əmələ gətiribdir. Pəs
lazımdır ki, nə qədər qüdrət və qüvvət və himmətin vardır, bizim ilə saziş və
yarlıq etməkdən müzayiqə etməyəsən ki, həm o bədkarın mükafati-əməlinə görə
intiqam və qisas və həm sənin oğlunu və adamlarını həbsdən xilas etmək
müyəssər və məmul ola”. Çün Pənah xan bu növ vəsiləni həqqi-təaladan xahan
və cuyan idi, bu günə hekayəti eyni-bəşarət və qənimət və səadət bilib haman
dəm arastə olan qoşun Qarabağın adlı və rəşid olan atlılarından fərahəm qılıb
sürəti-tamam ilə Kərim xanın yanına gedib, özü oradan Azərbaycana yetişincə
onun ordusuna mülhəq oldu. Kərim xan dəxi onun mülaqatı ilə qayətdə şad və
xoşhal olub, necə ki, lazımdır, hörmət və izzət və ehtiram və ziyafətlər edib.
Bəd əz an hər ikisi müttəfiq olub Fətəli xanın dəfinə Urmiya vilayətinə
mütəvəcceh oldular. Fətəli xan dəxi öz ziri-hökmündə olan vüayətlərdən qoşun
cəm edib, tamam olan cəmiyyət ilə onlarla
144
müqabil gəlib, hər iki canibdən tərhi-cəng başlanıb, davayi-əzim vaqe oldu.
Axırül-əmr, Fətəli xan məğlubiyyətə düçar olub və Urmiya qalasına fərar qıldı və
oraya sığındı. Bir az müddətdə təngnayi-mühasirədə qalıb, axır itaət etməkdən
qeyri çarə görməyib və Kərim xan tərəfindən dəxi ümidnəvidlər hasil edib,
qaladan çıxıb Kərim xanın yanına gəldi və qalayi-Urmiyanı təslim edib itaət
qıldı. Kərim xan dəxi özünə Vəkil şahi-İran ləqəb qoymuşdu. Bu səbəbə ki, çün
hənuz İran mülkündə padşahi müstəqil yox idi. Deyirdi ki, ta padşahi-təzə və
layiq xücur və cülus edənə kimi mən İranda Vəkili-şahi-İranəm. O səbəbə görə
Kərim xan Zəndə Vəkil derlərdi. Əlqissə, İbrahim Xəlil ağa ki, Urmidə məhbus
var idi, Kərim xan hüzuruna gətirdib, ona at və qılınc və xələt verib və Qarabağ
vilayəti üçün xanlıq və hökumət fərmanı verib ezazi-tamam ilə əyaləti-Qarabağa
mənsub edib, Rəvanə eylədi. Pənah xandan dəxi lütfü mehribanlıq ilə xahiş-
mənd oldu ki, bir neçə vaxt gərək mənim yanımda olasan ki, sənin ialət və
sədaqətinə əvəz və təlafi edəm. Onu hər hal ilə razı edib, öz hüzurunda Şiraz
vilayətinə apardı. Fətəli xan Əfşan həm öz yanınca ittifaq aparırdı. Qərəz, yol
gedirdilər. İsfahan həvaləsinə güzar düşüb, haman məkana yetişdilər ki, Fətəli
xan ilə İskəndər xan müharibə qılmışdılar və orada Kərim xanın qardaşı İskəndər
xan qətlə yetişmişdi. Kərim xanın validəsi o yolda hərçənd ki, pərakəndə xatir
olub Kərim xana çox israr etdi ki, bu Fətəli xanı gərək İskəndər xana mülhəq
edəsən və vücudunu bizim nəzərimizdən məlum qılasan. Amma Kərim xan öz
əhd və iqrarını sındırmayıb və o sözlərə riza və mültəfit olmazdı.
Əlhasil, vəqti ki, gəlib haman o mənzilə yetişdilər və o məqama düşdülər.
Kərim xan Fətəli xandan sual eylədi ki: “Bu məkanı tanımırsan ki, haradır, ya
yox?” Fətəli xan əhvalını bal etməyib cavab verdi ki: “Bəli, bu haman məkandır
ki, İskəndər xanın afitabi-ömrü məğribi-fənayə yetdi və burada məqtul olub
aləmi-üqbayə getdi”. Elə ki Kərim xan Fətəli xandan bu cür cavabi-nasavabi
eşidəndə, bir növ təğyiri-hal və mükəddər əhval oldu ki, yaxın idi ki, qəlbi çak və
qeyzü qüssədən həlak ola. Dəxi (Kərim xan) bu münasibətsiz cavaba tab
gətirməyib, dərhal orada Fətəli xanı qətlə yetirib, aləmi axirətdə qardaşı İskəndər
xana qovuşdurdu. Ondan bir neçə gün yol gedib ta ki, Pənah xanın ittifaqı ilə
Şiraz şəhərinə varid oldular və orada daxili-şəhr və imarət olandan sonra eyşü-
işrətə və ləzzəti
145
söhbətə məşğul oldular və İbrahim Xəlil xan dəxi Urmiya məhbəsindən xilas
olub və Kərim xanın fərmanı ilə hökumətə mənsub olub, gəlib daxili-Qarabağ
oldu. Burada gəlib xanlıq taxtında əyləşib, təməkkün buldu və tamam əhaliyi-
Qarabağ və bir para əlavə vilayətlər İbrahim xana dəxi müti və münqad olub
beduni-itaəti-əhdi hökmüranlıq qılıb kəlami-istiqlal ilə hökumət qıldı
1
.
Pəs mərhum Pənah xan az müddət Şiraz şəhərində ki, Kərim xanın
darüssəltənəsi idi, söhbət və işrət ilə onun yanında qaldı. Bundan sonra qəzayi-
rəbbani varid olub, əcəl yetişib Şirazda həqq-təalanın rəhmətinə vasil oldu və
oradan onun nəşini kəmali-ehtiramla götürüb Qarabağa, öz halal və zərxərid olan
mülkü Ağdam torpağında mədfun etdilər (Rəhmətullah əleyhi)
2
. Ondan pareyi-
vəqaye və işlər ki, üz verib məlumdur ki, Nadir şah vəfat edəndən sonra on iki il
müddətində Pənah xan Qarabağ vilayətində hökumət edib, sahibi-kar və ixtiyar
olubdur. Öz əyyami-əhdində günbəgün tərəqqi və bəxt və nüsrət hər tərəfdən
Pənah xana ruyi avər olub və məmləkəti-Azərbaycanın çox vilayətlərinə hökmü
nüfuz edib ona itaət edərdilər.
DOQQUZUNCU FƏSİL
Dostları ilə paylaş: |