AĞA MƏHƏMMƏD ŞAH DÜBARƏ QARABAĞA
QALA ÜSTƏ GƏLDİYİNİ VƏ İBRAHİM XAN
QARABAĞDAN ÇIXIB DAĞISTANA, CAR VƏ
BALAKƏNƏ FƏRAR QILDIĞIN VƏ AĞA
MƏHƏMMƏD ŞAHIN ŞUŞA QALASINDA
MƏQTUL OLDUĞUN BƏYAN EDƏR
Çün qeyd oldu ki, İbrahim xan davasız və səbəbsiz öz xahiş və rizası ilə
Rusiya dövlətinə ixlas və iradət bağlayıb, öz oğlunu sərdari-əzəm Zubov
hüzuruna göndərib, dil vermişdi. İslam və İran padşahını tərk edib, öz səmimi
qəlbi ilə imperatori-əzəm itaətinə raqib olmuşdu. Əlavə ətraf xəvaninlərinə dəxi
bais olub, Ağa Məhəmməd şahdan rukərdan qılmışdı. Bunlar tamam Ağa
Məhəmməd şaha məlum olub. Onun üçün İbrahim xana görə ziyadə qəzəbnak
olub, ədavət və küdurət qıldı. Bu işlər səbəbinə görə İbrahim xanın qətl və dəfinə
kəməri-hümmət bağlayıb, əzmi tamam ilə müsəmməm oldu. Pəs buna görə
səneyi 1210-cu ilin bahar fəsli olanda tədarükü-şayan və əsakiri-firavan ilə
Azərbaycan sövbinə hərəkət edib
1
, dübarə Qarabağa və Şuşa qalasına müsəxxər
qılmağa azam oldu. Və çün müddəti-üç il olurdu ki, afati-səmavi və ərzi-Qarabağ
vilayətinə ruavər olub,
__________________________
1
Bu tarix səhvdir. Ağa Məhəmməd şah 1797-ci ilin baharında yenidən Azərbaycana hücum
etmişdir.
158
məhsuli-qəllə və sair hübubat elə gəlməzdi. Aclıq və qıtlıq olub. Bir növ şiddəti-
tamam ilə aclıq olmuşdu ki, şul ildə bir çetvert buğda yüz manata və arpa və darı
altmış manata düşvarlıq ilə məqdur olurdu. Hətta ki, xalq at və qatır və pişik və
eşşək əti yedilər. Meşələrdən palıd yığıb, qurudub, dəyirmanda üyüdüb,
yeyirdilər və çox adamlar aclıqdan həlak oldular. Pəs bu növ aclığa görə iş
düşvara və intizara yetişdi. Əksər Qarabağın ilat və dehat xalqı tamam dağılıb
fövc-fövc köçüb Şirvan və Şəki və Tiflis və İrəvan vilayətlərinə mütəfərriq oldu.
Sipahiye-qızılbaş və Ağa Məhəmməd şahın qoşunu dəxi gəlib Araz kənarına
yetişdilər. Pəs bu növ neçə illərin zəhməti və azuqənin yoxluğu və aclığın şiddəti
və çoxluğu və Ağa Məhəmməd şahın həm bu tövr ədavət və hərəkətinə görə dəxi
qəleyi-Şuşada durmaq müşkül idi. Labüdən mərhum İbrahim xan öz əhl və
əyalını və evini və övlad və əqvamını və bir para məruf bəylərin və xassü canisar
mülazamlarının ev və külfətləri ilə qaladan köçüb Dağıstanın Car və Tala
vilayətinə əzm eylədi. Bu mənzurə ki, orada bir müddət qala. Əgər Dağıstandan
və Gürcüstandan və sair vilayətlərdən bir tədarük və ianət və layiq kömək gəlsə,
qayıdıb müqabilə gələ və illa oradan Dağıstana öz qohumu Avar hakimi Ümmə
xanın evinə gedib, özünü və əhlü əyalını Ağa Məhəmməd şahın siyasətindən
mühafizət edə. Və xəvanin cümləsindən ki, o vəqtdə mərhum İbrahim xanın
hüzurunda var idilər və ondan kənarəlik və ayrılıq ixtiyar etmədilər. Xanın
damadı Nəsir xan, Əta xan Şahsevən və Səlim xan Şəki vilayətinin hakimi ki, o
da yenə xanın damadı idi və bir para Şahsevənin və vilayəti Şəkinin bəylərindən
və onların övlad və yaxınlarından var idilər. Ağa Məhəmməd şah Araz kənarında
xanın qaladan çıxıb getməyin eşidib, iki minə yaxın atlı qoşuna buyurub ki,
gedib bəlkə Gəncə yolunda və Kürün kənarında düçar olub bir iş edələr. Onlar
dəxi əzm və həzm ilə ilqar edib, Tərtər çayının körpüsündə xanın və sair əşxasın
köç və əyallarına yetişib, dava ediblər. Köç və külfətdən və sair adamlardan bir
zərər olmayıb. Amma çox mal və dövləti nəqdü cins köçdən qarət edib
qayıtmışdılar. İbrahim xan dəxi oradan Kür kənarına yetişib, Səlim xan hakimi-
Şəki ilə ki, qohum idilər. Xan qızını ona vermişdi və onun bacısını dəxi özünə
almışdı. Onları yaxşı, salamat Kürdən keçirib və özü dəxi evi və əyalı və
xəvasları ilə İbrahim xana mülhəq olub, Şəkidən keçib, Car və Tala torpağına
yetişdilər.
159
Əgərçi Car və Tala camaatının böyüklərinə və kəndxudalarına Ağa Məhəmməd
şah tərəfindən fərman yetişmişdi ki, İbrahim xanı və sair xanları ki, oraya
getmişdilər, mane olub, qoymasınlar ki, oradan keçib Dağıstana gedələr.
Onlardan bir para cahil və nadan adamları əvvəl bir o təmənnaya düşdülər ki,
onlara hücum edələr. Amma sonra xanın mənhukəsi, Ümmə xanın bacısı Bikə
ağa onlara təhdid və tənsih etməyinə görə və bir dəxi bu səbəbə görə ki, müddəti-
mütəmadi Carın və İlisunun və Balakənin və sair Dağıstanın əhlləri mərhum
İbrahim xandan çox hörmətlər və məhəbbətlər və külliyyə bəziləri ənamlar və
ehsanlar görmüşdülər. Ona görə kamilləri həmin cahillərinə mane olub, bu
hərəkətdən nadim oldular. Bəd xana və həmrahlarına çox ehtiram və izzət və
xidmətgüzarlıq və mehmannəvazlıq edib, onları hər yerdə hörməti-tamam ilə
Balakən qəryəsinə yetirdilər. Pəs xan Balakəndə əylənib, fərağət oldu və sükunət
qıldı. Hamı o camaat onun itaətində və təəssübündə və xeyirxahlığında var
idilər
1
. Çox ehtiram və izzət və mehmannavazlıq əmələ gətirdilər ki, biqayət
rizaməndlik hüsula yetdi.
Əlqissə, iyirmi gün müddəti xan Balakəndə əylənmişdi ki, Ağa Məhəmməd
şahın Şuşa qalasında məqtul olmaq xəbəri xana yetişdi. Ağa Məhəmməd şahın
ölümünün müqəddiməsi belə olubdur ki, xan Balakənə köçüb gedəndən sonra
Ağa Məhəmməd şah bilaniza və beduni mane Şuşa qalasına gəlib, İbrahim xan
mərhumun böyük oğlu general-mayor mərhum Məhəmmədhəsən ağanın
imarətində mənzil ixtiyar edib əyləşir. Müddəti-bir həftə aradan keçir. Bir gecə
qəzadan, bir əmrdən ötrü ki, xatirinə nagüvara olub iki nəfər pişxidmətlərinə ki,
çox xidmətgüzari müqərrəb imişlər, acığı tutub, qəzəbnak and içib, deyib ki, əgər
sabah olur, sizin hər ikinizə də əzim siyasət edərəm. O iki nəfərin adları birisi
Səfərəli bəy və birisi Abbas bəy imiş. Çün onlar bilmişlər ki, onun dediyi və
buyurduğu hərgiz təğyir və təbdil olan deyil, canlarının qorxusundan o gecə onu
qətlə yetirməyi lazım bilib amadə olublar ta ki, səhərin açılmasına yaxın ki, şah
yuxuda imiş. Hər ikisi xəncər çəkib şahın tacını, cavahir həmailini,
bazubəndlərini, məşhur olan Nur və Kuhi-Nur daşlarını götürüb
1
Burada əsas nüsxədən bir vərəq düşdüyündən, biz bu çatışmayan hissəni B-1917 şifrə altında
saxlanılan nüsxədəki 29b, 30b vərəqlərdən götürmüşük.
160
sübh vaxtı Sadıx Şəqaqinin yanına gedib, həqiqəti-əhvalı ona hali ediblər. Sadıx
xan əvvəl bu nağılı şahın hiyləsi təsəvvür edib, etimad etmədi. Fikir eylədi ki,
nəbada bu hiylə ola ki, şah istəronu təcrübə etsin. Şah tərəfindən həmişə
xatircəmliyi yox idi və canı qorxulu var idi.
Axırül-əmr müqəlləz and və qəsəmlər ilə inandırdılar. Durub gəldi yenə tam
kəmali-xof ilə dəstiri-sabiq ilə imarətə daxil olub, haman otağın ki, şah orada
yatmış idi, pərdəsin ədəbi-təmam ilə götürüb baş endirib, ahəstə otağa daxil oldu.
Hərçənd Səfərəli bəy qatil ona dildarlıq verirdi. Yenə Sadıx xan xaif və hərəsan
idi. Pəs Səfərəli bəy irəli gedib, şahın üstündən yorğanı çəkib, onun xunalud
bədənini Sadıx xana göstərib. Sadıx xan tab gətirməyib haman saat fövri qayıdıb
şahın bazubəndlərini, tac və həmailini götürüb öz mənzilinə gəlib səs saldı ki,
şah məni Gürcüstan və Gəncə tərəfinə məmur edibdir. Özünün tamam tabelərini
və Şəqaqi qoşununu təmamən görürüb, qaladan çölə çıxıb və haman Abbas nam
qatili-şah dəxi onun yanınca gedib, Səfərəli bəy qalada qaldı. Elə ki Sadıx xan
yola düşdü, iki saat çəkmədi ki, şahın qətlə yetişməyi qalanın içində şöhrət tapdı.
Pəs Qızılbaş xanları sərasimə və pərişan olub hər kəs öz təvabelərilə əllərinə
gələni götürüb, istecal ilə fövc-fövc yola düşüb qaçmağa məşğul oldular. Şəhərin
əhli tökülüb hər kəsi ələ keçirdilər, tutub soyub, lüt edirdilər. Qala əhli xəbərdar
olub, şah olan imarətə tökülüb, qarət ağaz etdilər. Məhəmməd bəy ki, mərhum
İbrahim xanın qardaşı Mehrəli bəyin oğlu idi, o vaxtlar qalada şah yanında idi.
Bir yaxşı, şüca və rəşid və xoşsurət və məşhur cavan idi ki, hamı əhaliyi-vilayət
onu sayardılar və bir eldən və camaatdan idilər. (Molla Pənah) bu əşarı inşa edib,
ona mərqum və mərsul eylədi:
Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax,
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax.
Əhli zülmi necə bərbad eylədi bir ləhzədə,
Hökmi-adil, padşahi-qadirü qəhharə bax.
Sübh söndü, şəb ki, xalqa qiblə idi bir çırağ,
Gecəki, iqbali gör, gündüzdəki ədbarə bax.
161
Taci-zərdən ta ki, ayırdı dimaği-pürğurur,
Paymal oldu təpiklərdə səri-sərdarə bax.
İbrət et Ağa Məhəmməd xandan ey kəmtər gəda,
Ta həyatın var ikən, nə şahə, nə xunxarə bax.
Baş götür bu əhli-dünyadən ayaq dutduqca qaç,
Nə qıza, nə oğula, nə aşina, nə yarə bax.
Vaqifa, göz yum cahanın baxma xubu ziştinə,
Yüz çevir, Ali-Əbayə, Əhmədi-Muxtarə bax.
Çün Ağa Məhəmməd şahın aqibəti və müqəddiməyi-əhvalı bu növ olub
Məhəmməd bəyin ərizəsi şahın kəsilmiş başı ilə Balakənə İbrahim xanın
hüzuruna yetişdi. Xan və cümlə baxan əşxas və əyanlar ibrətlər hasil edib, bəd əz
an necə ki, rəviyeyi-nəcabətdir orada şahın başına hörmət və ehtirami-tamam ilə
qüslü kəfən etdirib və mötəbər və yaxşı kamil mollalar ilə göndərib, Carın
üzmalarının məqbərələrində möhtərəm məhəldə dəfn etdilər və bir para maneə-
lər və səbəblər cəhətinə İbrahim xan Qarabağa, tez qayıtmaq məqdur olmayıb üç
ay müddəti Balakəndə təvəqqüf etdi. O vaxtlarda hər tərəfdən, xüsusən
Gürcüstan valisindən və Gəncə hakimi Cavad xandan və Şirvan və Şəkidən xana
çox sovqatlar, töhfə və hədayalar gəlirdi, hamısı izhari-dusti və ixlas və
məhəbbət və yeganəlik edirdilər. Buna görə ki, çün o tövr, sahibi-calal padşah ki,
qəvi olan düşmən idi. Fövt olub və hamı Azərbaycanın və sair məmalikin böyük-
lərini və xəvanini həmişə İbrahim xanın əzəmət və şövkətini və əmrini nüfuz və
cərəyanını və hər yerdə sayılmasını çox müddət götürmüşdülər və bilirdilər.
Hamısı bu səbəbə itaət məqamında var idilər. İstərdilər ki, qeyrilərdən irəli öz
xeyir və səlahları üçün onun rizayi-xatirini ələ gətirib sədaqət və məhəbbət və
möhkəm olan xüsusiyyət əmələ gətirələr.
Əlqissə, mərhum İbrahim xan bəd əz an ki, bir ay müddəti keçmişdi ki,
Balakəndə təvəqqüd edirdi. Öz qohumu avar hakimi Ümmə xan Dağıstanın
ruəsaları və böyükləri və sərkərdələri ilə və külli tədarüki-məkulat və məlbusat
ilə və külli-qoşun ilə xanın yanına gəldilər. Orada o ki, lazimeyi-qohumluq və
mehribanlıq və mehman-
162
darlıq və insanlıq idi, necə ki, şöylə əmiri-əzəmdən o tövr mehmani-möhtərəmə
şayistə olan qayət mərtəbədə əmələ gətirib nəinki yalnız mərhum xana və
övladına və Qarabağ bəylərinə, bəlkə tamam orada olan Şahsevən xanlarına və
onların adamlarına və bəylərinə və əyallarına taarüfdən və hörmətdən və xörək
və puşakdan və xərci-məişətdən necə ki, lazımdır qüsur və füturu qoymadılar.
Hamı barədə ziyad olan rizaməndlik hüsula yetdi. Çün iki ay qədəri xan orada
qaldı. Qarabağa gəlmək əzmin eylədilər...
ON ÜÇÜNCÜ FƏSİL
BİR PARA MÜQƏDDİMƏLƏR Kİ,
AĞA MƏHƏMMƏD ŞAH FÖVT
OLANDAN SONRA VƏ İBRAHİM XAN
QARABAĞDAN ÇIXANDAN VƏ
QAYIDIB GƏLƏNDƏN SONRA
ÜZ VERİB, ONLARI BƏYAN EDİR
O cümlədən Molla Pənah Vaqifin ölmək hekayətidir. Belə ki, məşhur
Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və təcrübəli və şair və
xoşməqal adam idi. Əsli Qazax camaatından idi, amma gəlib Qarabağda İbrahim
xanın hüzurunda izzət və şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan
kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və
qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə rəftar edərdi. Hər necə
düşmüşdüsə ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və
əqrəbalarından artıq onun xatirin və hörmətin mənzur edirdi. Və külli-ixtiyarın
ona vermişdi
1
. Xan Dağıstana, Car və Balakənə gedən vaxtda Molla Pənah, çün
Muğanlı Cəmil ağanın ittifaqı ilə Təklə Muğanlı həmçinin əslən qədim Qazax
elindəndirlər, ikisi də Tiflis canibinə getmişdilər. Oradan Qarabağa müaviyət
edən zamanda və yainki, bir rəvayətdə Qarabağdan Ağa Məhəmməd şahın
xofundan qaçıb xanın dalınca o tərəfə əzm etdiyi halda, Gəncənin dağlarının
həvaləsində Gəncə hakimi Cavad xan onu özünə ümdə olan sovqat
_____________________
1
Nüsxədə olan çatışmazlığı M-195 şifrəli əlyazmadan 77b, 78b vərəqlərindən görüşmüşük.
163
bilib, tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah
onu tutub çoxdan qətlə yetirmək arzusunda idi. Haman vaxt ki, onu dəstgir edib
şahın hüzuruna qalaya gətirmişdilər, axşartı vaxtı idi. Şaha məlum etmişdilər, şah
buyurmuşdu ki, onu möhkəm saxlasınlar ki, sübh onu əzim olan siyasətlə qətlə
yetirəcəyəm.
Əlqəza, təqdir belə oldu ki, haman o gecə Ağa Məhəmməd şahı öldürdülər və
Molla Pənah salamat qaldı. Bu qəribə mücməl hekayətin keyfıyyəti-təfsili budur
ki, çün Axund Molla Pənahı qüruba bir-iki saat qalmış Şuşa qalasına gətirdilər.
Məhəmmədhəsən ağanın evinin qapısında ki, şah orada mənzil eyləmişdi, dəstgir
saxlayıb şaha məlum etdilər. Şah buyurdu ki, bu gecə onu yaxşı mühafizət edin,
sabah ona bir siyasət edim ki, ibrətün-naziran olsun. Qərəz o halda
Məhəmmədhüseyn xan Qacar ki, şahın çox yaxınlarından idi, Axundu qapıda
əlibağlı görüb soruşdu: “Bu kimdir?” Dedilər: “Bu haman məşhur Molla
Pənahdır ki, eşidibsiniz?” Haman dəm ağzını föhşə açıb Axunda çox yaman
föhşlər və itab və xitablar eylədi. Axundi-biçarə ərz eylədi ki, “Ey xani-
əzimüşşən. Siz böyük olan şəxs varsınız və padşahi-İranın mötəmidi və
nəzərkərdəsi və müqərrəb hüzurusunuz. Layiq deyil ki, siz dəstgir və günahkar
və müqəyyəd və giriftar və biçarə və dərməndələrə yaman kəlmələr və föhş və
hədyan sözlər buyurasınız. Bəlkə sizin rütbə və məratibinizə şayəstə olan budur
ki, gərək ətvar və əxlaqi-həsənə və küftar və rəftari-nəcibanə sizdən zühur edə.
Bu gunə dərmandə və əsir və xaif olan acizlərə siz dildarlıq gərək verib, iltifat və
mərhəmət, əvf və ətayə ümidvar qılasınız. Nəinki şahın qəzəbindən qəzəbnak
olub, dilazarlıq edəsiniz”. Məhəmmədhəsən xan bu cür kəlamatdan heç bir
mütəəssir olmayıb yenə föhş və hədyanı ziyadə başladı:
Axund, hər ke dəst öz can beşuyəd,
Hər çe dər del darəd bequyəd.
(Ey axund, canından keçibsə bir kəs
Ürəyində nə varsa açıb deyəcək).
Məzmuna görə dəxi qərar etməyib, haman xanın cavabını dəxi-ziyadə
föhşkarlıq və darüştgüftarlıq edib dedi: “Ey xani-nanəcib, qəzayi-sübhani və
dövri-zamani və müqəddimeyi-fərdani sən nə bilirsən, bəlkə sabah şah mənə
ənam və xələt də verib, xoşhal və
164
azadə edəcəkdir və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar bir qeyri-təriq yol
gedəcəkdir!
Şəb abestən əst, ta çe zayəd be ruz.
(Gecə hamilədir, görək gündüz nə doğacaqdır).
Mən ki indi dustağam, şah dustağıyam, sən nəkarəsən ki, mənə təərüz və
əziyyət edə biləsən. Məhz bu günə ətvari-naqabil sənin nakəs və nanəcibliyinə
dəlildir. Həqq-təala kərim və rəhimdir”. Məsəldir ki, mıxı mismar eyləyən vardır.
Qəzara iş şöylə oldu ki, o gecə şahı öldürdülər. Molla Pənah salamat qurtardı.
Axund, Ağa Məhəmməd şahın əlindən xilas oldu. Amma Məhəmməd bəyin
əlində giriftar olub qətlə yetişdi. Səbəbi-qətli bu idi ki, çün Axund mərhum
İbrahim xanın yanında sahibi-ixtiyar və müdəbbirkar olan vaxtlarda Məhəmməd
bəy ona çox hörmətlər edərdi ki, onun tədbiratı səbəbinə xandan bir para
təmənnaları var idi, əmələ gələ. Axund vasitəçilik eyləyə, onu İbrahim xana
ziyadə yaxın qıla və bəlkə qızını da ona ala ki, müqtəzi ül-məram ola. Amma
onun bu mütalibatı axundi-məzburdan hasil olmamışdı və onun məsulatını icabət
qılmamışdı. Çünki Məhəmməd bəy çox rəşadətli və qüvvətli və səlabətli idi.
Tamam əmizadələri və xanın qohum və əqrəbaları və müqərribləri məcmuən ona
hasid və məand və düşmən var idilər. İstəməzdilər ki, Məhəmməd bəy İbrahim
xana şöylə yaxın ola. Hamısı ona bədxah idilər və bir də ki, çox fəsad işlər yer
üzündə övrət səbəbinə olubdur. Deyirlər Molla Pənahın bir yaxşı, gözəl, sahibi-
camal məşhurə övrəti var idi ki, çox şöhrətli idi və Məhəmməd bəy dəxi onun
şöhrətini və tərifı-camalını eşitmişdi. Ona eşqi və əlaqəsi var idi. Çün övrət
cahilə və cavan, axund qoca və natəvan idi və əlavə Məhəmməd bəyin rəşadət və
şücaəti və xoşsurət olduğu və fərasəti padşah xəzinəsi əlində olmağı və cavan
oğlanlığı övrəti dəxi ziyadə ona əlaqələndirmişdi. Övrət Məhəmməd bəyə demiş
idi ki, hərgah Molla Pənah hali-həyatda sağ ola, şəraitə görə mən sənə gedə bil-
mənəm. Bir səbəb dəxi bu idi ki, pareyi-fəsadpişə adamlar özlərinin səlahkarları
üçün Məhəmməd bəyi təhrik etmişdilər ki, Axund Molla Pənahı öldürə ki, o
səbəbə Məhəmməd bəy İbrahim xandan uzaq ola və onlar da Məhəmməd bəyin
hüzuruna sahibkar və yaxın olalar, iş-güc sahibi və rəşid və xəzinə sahibi və şüca
adamdır.
165
Onları mühafızət qıla, xoş ovqat olalar və işrət qılalar. Hər hal ilə isə qərəz Ağa
Məhəmməd şahın qətlindən neçə gün sonra Molla Pənah Axundu və bir oğlu
Qasım Ağanı
1
Məhəmməd bəyin əmri ilə tutub qətlə yetirdilər. İndi qala içində
günbədi var ki, orada mədfun ediblər. Əlqissə, bais o oldu ki, ondan sonra
Məhəmməd bəyin İbrahim xan ilə ədavəti zahir olub, dəxi heç bir vəch ilə
xatircəm olmadı. O qədər kənar gəzdi ki, axır gedib Şəkidə öldürüldü ki, onun da
hekayəti ənqərib məzkur olacaqdır. Dəxi haman məzkurə və məşhurə övrəti
Molla Pənah məqtul olandan sonra Məhəmməd bəy alıb özünə övrət eylədi. Bir
az müddətdən sonra ki, Mustafa xan Şirvanlı, Məhəmməd bəyi qətlə yetirdi,
haman övrəti Sarıcalı Hüseyn bəy adlı ki, əsli qarabağlı idi, şəkili
Məhəmmədhəsən xanın yanında olardı, o, almış idi, onun övrəti idi ki, o, Hüseyn
bəy dəxi sonra Şəkidə dəxi qaçıb Şirvana Mustafa xanın yanına getmişdi. Orada
sakin olub, gahi oradan Qarabağa quldurluğa gələrdi. Bir dəfə dəxi quldurluğa
gələndə Mehdiqulu xan ağa olan zamanda dəstəsilə gedərkən xidmətində
polkovnik Fərəculla bəyin atası Uğurlu bəy və Əsəd bəyin atası mayor Rüstəm
bəy və sair bəylərdən həm var imişlər. Haman quldur dəstəsinə düçar olub,
quldurları basıb və qırıb dağıtmışdılar və haman Hüseyn bəyi dəxi Uğurlu bəy
öldürmüşdü. Elə ki fövt oldu, ondan sonra haman övrəti Mustafa xan alıb özünə
övrət eləmişdi və ondan Mustafa xanın iki oğlu oldu ki, ona kimi Mustafa xanın
övladı olmazdı. Qəzadan o oğlanlar olandan sonra Mustafa xan haman övrətə
təlaq verib boşadı. Övrət dəxi Qarabağa gəldi və Qarabağda dəxi mayor
İmamqulu ağa almışdı ki, bu yaxın illərədək sağ qalmışdı. Səksən ildən yuxarı
ömr elədi. Bu qəbil hekayətlər Qarabağda çox olub, tamamisi yazılsa çox böyük
tulani kitab olar, qalsın.
Əlqissə, çün Ağa Məhəmməd şah qalada məqrul oldu və İbrahim xan dəxi
Balakəndə üç ay qaldı. O müddətdə Məhəmməd bəy Qarabağda hökumət əmrinə
və divan etməyə məşğul var idi. Əgərçi Məhəmməd bəy bir hökumət fikrinə
düşüb, Axund Molla Pənahı öldürüb və övrətini ahb və üstünə rəşadətli
adamlardan çox cəmiyyət yığıb, ilatdan və qeyrilərdən bir parça özünə ixlasmən
olanlardan külli dəstə və havaxahlar cəm edib, şahın xəzinəsi də ki, təsərrüfündə
idi bihədd olan qızıl və gümüş və cavahiratı ki, var idi, pareyi-
.
1
1
Bütün mənbələrdə M.P.Vaqifın oğlu Əli ağa adlanır
166
məşhur adamlara verib, özünə cəmiyyət və havaxah çox fərahəm etmişdi. İlatın
bir parasın dəxi köçürüb Araz kənarına aparıb, orada oldu. Sadıq xan Şəqaqi ilə
həm qohumluğu var idi və İranda dəxi hənuz bir padşah müəyyən olmamışdı.
Xalq Sadiq xana müti var idilər. Ona dəxi arxalanıb istərdi ki, hökumətə otura,
görə axırı nə gunə olur və mirati-ruzigar nə surətə zahir qılır... Pəs elə ki, iki ay
qədəri İbrahim xanın Balakəndə məks etməyindən keçdi, Qarabağın və
Şahsevənin orada olan əhlləri Balakəndən Qarabağa gəlmək əzminə düşüb sövbi-
vətənə varid olmağa şayiq oldular. Pəs xan məsləhət görüb əvvəl Balakəndən
Mehdiqulu xanı ki, şul vaxtda Ağa derlər idi, Qarabağın bəylərinin övladları ilə
və neçə nəfər bəyzadələr ilə yola saldılar ki, o gəlib Qarabağa daxil olanda
Qarabağın əhlləri bir para xilaf işlərə mürtəkib olmayıb, avazeyi-təmərrüd kənar
olur. Pəs Mehdiqulu xan bəyzadələr ilə gəlib Qarabağ torpağına yetişdilər və
Məhəmməd bəy də hərçənd onun barəsində zahirən bir para rəviyyələr və
mehribanlıqlar əmələ gətirdi. Amma çünki əyyami-cavanlığın və o günə var-
dövlət və xəzaneyi-padşahlığın hövasına görə və bir parə insani təhriklər nəfsin
və tamahın tələbinə görə batinən başına həvəsi-hökumət düşüb Mehdiqulu xana
o qədər də məhəl-güzar olmaz idi. Mehdiqulu xan dəxi zərurəti-həsbi ilə onunla
müdara qılıb pərdədürlük etməzdi. Gah ətraf səmtlərdə və gah qala içində yola
gedərdi və həqiqəti-əhvalı və siyaqi-rəftari dəxi ərizə ilə atası İbrahim xan
hüzuruna pişnihad edib, müntəzir var idi. Çün bu əxbar Kür kənarında İbrahim
xana yetişib öz böyük oğlu Məhəmmədhəsən ağanı üç yüz ləzgi qoşunu ilə və
Qarabağ sərkərdələrilə çaparvar göndərib yolda Məhəmmədhəsən ağaya belə
xəbər verdilər ki, Məhəmməd bəy xanın gəlmək avazəsin eşidib, Qarabağın ilat
xalqını yığıb, bir parasın köçürüb Arazın səmtinə aparıb orada saxlayıb və özü də
çıxıb qalanın üç ağaclığında vaqe olan Kirs dağında cəmiyyəti-tamam ilə
əylənib, əzmü iradəsi budur ki, dava başlayıb, müxalifətə başlaya. Buna görə
mərhum Məhəmmədhəsən ağa sürəti-tamam ilə haman ləzgi qoşunu ilə ilqar
edib, Məhəmməd bəyin cəmiyyəti və həvaxahları və özü ki, əsas və calal ilə
şahın alatəpə və sərapərdəsin bu Kirs dağında dəxi qurub əylənmişdilər. Onların
sərvəqtinə varid oldu. Çün Məhəmmədhəsən ağa həqiqətdə çox sahibi-tədbir və
sahibi-hörmət, sahibi-nəcabət, sahibi-vüqar və sahibi-rəftar adam
167
idi və xalq hamı onu sayardılar və heç kimsə ona etinasızlığa olmağa cürət
etməzdilər. Elə ki Qarabağ əhli mərhum Ağanı görcək hamısı fövc-fövc gəldilər,
Ağanın xidmətinə baş endirdilər və bəziləri əlini öpdülər. Hamı Məhəmməd
bəyin yanında olanlar gəldilər. Hərçənd Məhəmməd bəy əvvəl dəfə bir qədər
xofnak oldu, amma axır Məhəmmədhəsən ağa ona xatircəmlik verib. O da gəlib
Ağanın əlindən öpdü və üzr istədi və Ağa dəxi onu hər babda xatircəm edib çox
məhəbbətlər etdi və hətta o qədər mehriban oldu ki, qızını da ona verməyə xahişi
oldu. Bir az müddət müvafıq olub bir-biriylə mehriban oldular. Sonra bir neçə
nəfər şər adamlardan Məhəmməd bəyin yanında var idilər ki, onun istiqlal və
hökumət xəyalında olduqları vaxtda bir para fəsad işlərə bais və mürtəkib
olmuşdular. Məhəmmədhəsən ağa onlara Məhəmməd bəyin öz gözünün
qabağında tənbeh və siyasət olmağa əmr eylədi. Mehdiqulu xan da ki, qala içində
idi. Elə ki eşitdi qardaşı Məhəmmədhəsən ağa qoşun ilə gəlib qalanın
bərabərindən keçibdir. Haman dəm də Məhəmməd bəyin mənsub etdiyi adamları
ki, öz əmizadələri idilər, tutdurub məhbus eləmişdi. Pəs mərhum
Məhəmmədhəsən ağa Qarabağın ilat camaatına xatircəmlik və asayiş verib, hamı
mahallara hökmlər yazdı ki, məcmui-xəlayiq asudə və rahat olub öz iş-güclərinə
və kəsbü güzəranlarına məşğul olsunlar. Pəs ondan sonra mərhum İbrahim xan
dəxi gəlib Qarabağ torpağına yetişib öz məğərri-hökumətində qərar tutdu və
Qarabağın ilat və dehatı və əksər camaatı aclıqdan və qəhətlikdən pərişan və pis
vəziyyətdə olub Gəncə və İrəvan və Şirvan və Gürcüstan vilayətlərinə dağılıb,
hətta Rum vilayətinə dəxi dağılıb mal və dövlətləri təmamən qarət gedib, ziyadə
əfsurdəlik olmuşdu və ətrafının zülmkar xəvaninləri dəxi, əgərçi zahirdə itaət və
məvəd-dətilafi edirdilər. Amma batinən hamı öz səlahlarını güdüb və öz
nəflərinə talib idilər. O cümlədən şirvanlı Mustafa xan vəqti ki, İbrahim xan
Balakəndə idi, şəkili Məhəmmədhəsən xan ki, Səlim xanın böyük qardaşı idi və
Səlim xan hakimi-Şəki ki, İbrahim xanın damadı idi və o da xanın ittifaqı ilə
Dağıstana getmişdi. Mustafa xan Məhəmmədhəsən xanı təhrik edib, gətirib özü
də ona kömək və yardım qılıb, Şəki vilayətində hökumət əmrində qoydu. Ba
vücudi ki, haman Məhəmmədhəsən xanın gözləri dəxi kor idi. Mustafa xan o
qədər də razı deyildi ki, Səlim xan Şəkidə hakim olsun. Çünki Səlim
168
xan İbrahim xanın damadı idi və bir-birinə müttəfiq idilər. O gəlib Şəkidə yenə
hökumət edəndə və Qarabağ və Şəki birləşib müvafiq olanda ona zərərləri
yetişirdi və onda Mustafa xan acizlik və itaətindən qeyri onlara başqa yol ilə
üstünlük edə bilməzdi. Pəs buna görə Məhəmmədhəsən xan ilə razılıq edib,
Səlim xan Dağıstandan gəlməmiş onu Şəkidə hökmran elədi ki, məbada Səlim
xan gəlib yenə Şəkidə hökumətə əyləşə. Onu bidəxil etmək mətləbi idi və
Məhəmməd bəy də Məhəmmədhəsən ağa ona xatircəmlik verdikdən sonra
asudəxatir olub, o da sair xəvanin övladları kimi mərhum Pənah xan övladı və
silsüəsinin içində mütləğa can qorxusu xatirinə gələn deyildi. Saymaz və rəşid və
hünərmənd igid idi və həm o övqat saymazlıq məğrurluğu və xəzinə və dövlət
havası və əlavə bir para şərir adamlar ki, xan Qarabağdan çıxıb və yenə vilayətə
gələnədək bihesab işlər tutmuşlardı, onların təhrik etməkləri bais olub ki, xəzinə-
dən çoxusunu Qarabağın dağlarında və daşlarında gizləyib və bir qədərin dəxi
özü ilə aparıb Kürün kənarında olub, xana səmt gəlmədi. Pəs Məhəmmədhəsən
xan şəkili ki, gözləri kor idi və Mustafa xan şirvanlı ilə müttəfiq var idi və
qədimdən İbrahim xan ilə ədavəti küllüləri var idi, onun ilə dostluq binası qoyub
Məhəmmədhəsən xan Məhəmməd bəyi aldadır. Adam göndərib Məhəmməd
bəyə təhrik edir ki, gəlsin buraya, Şəki vilayətində əyləşsin. Mən özüm bir
naibina və kor kişi varam və qızımı da ona verib özümə onu oğul edirəm və
burada Şirvan hakimi Mustafa xanın bir para hərəkatı və nərəva təklif və
təhəkkümatı məni cana yetirib, təngə gəlmişəm, gəlsin Şəkidə hökumət etsin.
Çünki qədimdən Məhəmməd bəy Mustafa xanın atası Ağası xanı və qardaşı
Əhməd bəyi və əlahiddə qardaşını öldürmüşdü. Bu səbəbə ki, Məhəmməd bəyin
atası Mehrəli bəyi ki, İbrahim xanın qardaşı idi, Şirvan vilayətində Mustafa
xanın atası Ağası xanın adamları öldürmüş idilər. Ona görə Məhəmmədhəsən
xan Mustafa xanın təhrik və fitvası ilə Məhəmməd bəyə fərib verdi ki, bəlkə
oraya gedə. Mustafa xan orada onu ələ gətirib öldürə. Bu mənzur ilə
Məhəmmədhəsən xan çox and və qəsəmlər ilə mərhum Məhəmməd bəyi
inandırıb öz yanına aparmışdı və haman günü ki, oraya yetişib, haman dəmdə
onu tutub və hər nə ki, əlində və yanında dövlət və cavahir və qızıl-gümüş və sair
nəqdü cins var idi hamısını alıb sahib və mütəsərrif olub və dəsti
169
Mustafa xana xəbər eyləmişdi və Mustafa xan dəxi təcili tamam ilə gəlib
Məhəmməd bəyi məhbus və bağlı alıb, orada qətlə yetirmişdi:
Bəli ruzgar əst anke gəh izzət dəhəd və gəh xar darəd,
Çərxi-bazigər əz in baziçeha besyar darəd...
1
Əlhasil, Ağa Məhəmməd şahın düşmənçiliyi və Qarabağa gəlməyi Qarabağ
vilayətini xarab və viran etdi və xalq tamam mütəfərriq olub dağıldılar. Bir
yandan dəxi taun azarı şiddət elədi və aclıq və qəhətlik əmələ gəldi. Vilayət
ziyadə qüsur və məğşuşluq hasil etdi və dağılanı dağıldı və qalanlarına dəxi
Mustafa xan hakimi-Şirvan və Məhəmmədhəsən xan hakimi-Şəki və Cavad xan
hakimi-Gəncə çox zərərlər və qarətlər yetirdilər. O həm bir xarabalığa bais oldu
və ətraf dəxi hər canibdən günə-günə cürətə və ədavətə başladılar. Qarabağın
vilayəti və İbrahim xanın əsas və calal və işi və istiqlal və hökuməti bir qədər
kəsrü nöqsan hasil elədi. Pəs bu əsnalarda Fətəli şahın əhvalı yetişdi ki, İranda
şah olubdur və İbrahim xana elçisi gəldi.
ON DÖRDÜNCÜ FƏSİL
Dostları ilə paylaş: |