İBRAHİM XANIN TƏMƏNNASI İLƏ
RUSİYA QOŞUNU ƏVVƏL QARABAĞA
GƏLMƏYİNİ VƏ QIZILBAŞ LƏŞKƏRİ İLƏ
CƏNG VƏ MÜHARİBƏ VAQE OLMASINI
BƏYAN EDƏR
Belə ki, yuxarıda mərqum və məzkur oldu ki, məsihi ilinin 1805-ci
ilində - may ayının əvvəlində sərdar Sisianov Kürək çayına gəlib, İbrahim
xan dəxi damadı Səlim xan şəkili ilə və Qarabağın və Şəkinin bəyləri və
böyükləri ilə gedib orada görüb və əhdnamələr tərtib edib əhd və peymanı
və itaəti Rus dövlətinə möhkəm etdilər. Oradan müraciət edəndə
sərdardan qoşun və topxana təmənna etdilər. Ona görə sərdar Sisianov
mayor Lisaneviçi beş yüz yeger adla-nan dəstə və topxana ilə Qarabağa -
İbrahim (xanın) yanında olmağa təyin elədi. Bir dəstə dəxi Şəkiyə
müqərrər və məmur eləmişdi. Elə ki İbrahim xan və Səlim xan və onlar
ilə oraya gedən Qarabağın və Şəkinin əyanları Kürək çayından və sərdar
hüzurundan müavidət edib, hər kəs öz yerinə və məqamına gəlib
yetişdilər, haman əsnada İbrahim xana əhval və xəbər yetişdi ki, qızılbaş
qoşunu Fətəli şahın əmri ilə Qarabağa azim olub, gəlməkdədirlər. Və
yeger dəstəsi və mayor Lisaneviç dəxi topxana ilə gəlməkdə idilər. Təxir
oldu. Qızılbaş ləşkəri gəlib yaxınlaşdı. Bu keyfıyyətə görə
Məhəmmədhəsən ağa təcil və ixtirab edib, batalyonun istiqbalına əzm
eylədi. Gedib batalyonu götürüb, o ilin aprel ayında gəlib, Xan bağına
varid oldular. Və çün o vaxtda yaz fəsli idi. Arazın suyu daşıb, həddən
ziyadə olmuşdu. İbrahim xan belə səlah gördü ki, əgər rus qoşunu ilə
Qarabağ qoşunu gedib Xudafərin körpüsünü kəssələr, dəxi qoşun körpü-
196
dən keçməsə, qeyri yerdən keçmək məqdur olmaz. Bir-iki ay təxir olar.
Onadək əhaliyi-Qarabağ, xüsusən Dizaq və Vərəndə mahalının əhlləri
taxıl və əkinlərini cəm edib və döyüb götürərdilər ki, pamal olub Qızılbaş
qoşunu qarət eləməzlər. İşin axır əncamını görələr necə olur. Bəlkə
daldan qoşun gələ. Şayəd sərdar Sisianov öz qoşununu götürüb köməyə
gələ. Əlhasil, bu mənzurələrə əsasən mayor Lisaneviç batalyon ilə
Məhəmmədhəsən ağa İbrahim xanın böyük oğlu, varisi - Qarabağ və
bəyzadələr ilə və çox atlı və piyada cəmiyyət ilə getdilər, ta Cəbrayıllı
bağlarınadək ki, şimdi orada tamojni və qarantin olur. Amma ta bunlar
oraya yetişənədək Qızılbaşın adamları xəbərdar olur. Çünki qızılbaşın
məşhur sərkərdələrindən zübdə atlılar və küllü qoşun ilə körpünün
ətrafında imişlər. Haman vaxtda piştdəstlik edib, körpüdən keçib,
cəmiyyəti-təmam ilə gəlib, haman Cəbrayıllı bağlarından onlara düçar
olub dava başladılar. Orada şiddət ilə savaş olub, ta axşamadək nayireyi-
qital və atəşi-cidal müştəil oldu. Hər iki tərəfdən adamlar qətlə yetişib, elə
ki gün batıb gecə oldu, çünki xan və Məhəmmədhəsən ağa pareyi-Əbülfət
xanın qohumları olan bəylərdən xatircəm deyildilər. Onlar Şuşa qalasında
olurdular. Onlardan ehtiyat və əndişələri var idi. Məhəmmədhəsən ağa
orada dava eləməyi məsləhət bilməyib, mühafizəti-qalanı ümdə mətləb
bildilər. Məhəmmədhəsən ağa haman gecə oradan urus qoşununun əsbab
və tədarükatını, dəxi sair qoşun atlılarının atlarına yükləyib birahə
dağların üstündən aşıb, şul gecənin sübh vaxtı Tuğ qəryəsinə özlərini
yetirdilər. Sabah olanda, Qızılbaş qoşunu xəbərdar olub, çöl və səhra yolu
ilə ilqari-tamam və səy və cəhd etdilər ki, bəlkə Məhəmmədhəsən ağanın
və qoşuni-Rusiyanın dağlarda qabaqlarını kəsib qoymayalar ki, qalaya
daxil olalar. Dalıdan Abbas Mirzə naibüssəltənə dəxi, çox qoşun ilə gəlib,
Şuşa qalasına müsərrəf olalar. Amma fikri-mahal idi ki, Şuşa qalasını
almaq ola, bəlkə nifaq olan bəylərdən qala içində xəyanət edib, bir növ
məğşuşluq ola biləydi. Əlqissə, haman günü Məhəmmədhəsən ağa Tuğ
kəndindən gəlib, Rusiya qoşunu ilə qalaya varid oldular. Qalanın
hasarının çölündə ordu edib, İbrahim xan və Məhəmmədhəsən ağa və rus
batalyonu və tamam atlı və piyada Qarabağın qoşunu ilə çadırlar tikib,
orada əyləndilər. Qarabağın və Dizaq və Vərəndənin mahalat kəndləri
tamam köçüb dağlarda və möhkəm yerlərdə sığınaq elədilər. İlat və
197
tərəkəmə əhli dəxi küllən yaylaq dağlara gedib, möhkəm oldular. Pəs
naibüssəltənə Abbas Mirzə təmam qoşunu ilə gəlib Çanaxçı kəndində
ordu eylədi. Əliqulu xan, sərdari-Şahsevən dəxi beş min qoşun ilə
Əsgəran qalasının həvaləsinə gəlib ki, Tiflisdən gələn yolun üstü ola.
Orada ordu edib və bir dəstə atlıları dəxi Tərtər çayınadək qarovula getdi.
Qərara gəlmişdilər ki, hər iki tərəfdən yürüş eləyib, qalanı müsəxxər
edələr, Əbülfət xan bir para Qarabağdan Qızılbaşa fərar edən bəylərlə,
Qarabağın ilat və dihatın xah erməni və xah müsəlman naibüssəltənə
hüzuruna itaətə aparıb, (onlara) ənam və xələtlər verirdilər. Erməni
kəndlərinin məcmu məlikləri və koxaları təmamən Əbülfət xanın yanına
gedib xələt və xatircəmlik hasil elədilər ki, qarət və əziyyətdən arxayın
olalar. Bu müqəddimələri və əhvalatı İbrahim xan və mayor Lisaneviç
təkrarən sərdar Sisianov hüzuruna hale elədilər. Pəs sərdar Sisianov dəxi
polkovnik Karyagini yeger polku ilə ki, Bahadur adı ilə məşhur idi,
topxana və podpolkovnik Kotlyarevski ilə Qarabağ əhlinin himayətinə
məmur və məsul elədi. Onlar da tezlik ilə gəlib haman günü ki, əzm
eləmişdilər ki, Əliqulu xan Əsgəran səmtindən və şahzadə Abbas Mirzə
Çanaxçı kəndindən qala üstə yürüş edələr. Bu əsnada İbrahim xanın
məmur elədiyi qarovul xəbər gətirdi ki, polkovnik Karyagin qoşun ilə
Şahbulağa gəlib düşdülər. Naibüssəltənə Çanaxçıdan köçüb Şuşa
kəndinin üstündən keçib, Əsgəran qalasına tərəf getməyə başladılar. Xan
və Məhəmmədhəsən ağa belə təsəvvür edirdilər ki, qala üstə gələcəklər.
Bu heyndə polkovnik Karyagin dəstəsi Şahbulaqdan Əsgərana tərəf zahir
olub, topunun tüstüsü aşkar nümayan oldu. Naibüssəltənə həm qala
səmtindən keçib, top və zənburək ata-ata getdi. Amma yollarda dava
eləyə-eləyə gələn, Əliqulu xanın üstə olan qoşunu idi. Polkovnik qoşun
ilə dava edə-edə Qarağacı mənzilinədək ki, əzim qəbiristan idi, gəldilər.
Orada yolun içi qəbirlərin hasarları idi. Təng və çətin yerlər idi ki, ərradə
keçib gələ bilməzdi. Xüsusən ki, Əsgəran qalalarını qızılbaş qoşunu tutub
və möhkəmləndirmişdilər. Qaladan dağa kimi hər iki tərəfini möhkəm
səngər qayırmışdılar ki, keçmək mümkün deyildi. Əlacsız qalıb, geri
Şahbulağa tərəf qayıtmağı dəxi ar və namus bildi. Qəbiristanın kənarında
iki kiçik balaca hasar var idi. Ərradələri oraya sürüb yerbəyer düşdülər.
Və ətraflarını səngər elədilər. Aşkar idi ki, əgər Əsgəran qala-
198
larının şul Qarağacı yerinin arasında daşlı və enişli-yoxuşlu dərələr
olmasaydı, düz və səhra yer olsaydı, polkovnik və yeger batalyonu,
xüsusən bahaduri-namdari-şardil Pyotr Stepanoviç Kotlyarevski Qızdbaş
qoşununa qalib olub, Əsgəran qalalarınadək gedərdilər. Ləşkəri-qızılbaş
onlara mane ola bilməzdi. Şul yerdə ki, batalyon səngər eləmişdi, ətrafı
tamam səhra və düz yer idi. Qarqar çayı ilə onların arası bir verst olurdu.
Qızdbaş qoşunu çox piyada batalyonla suyun arasında və qabaqlarında
çoxlu möhkəm səngərlər qayırıb batalyonu mühasirə elədilər. Su
aparmağa məqdur ola bilmədi. Batalyon iki gün əvvəl götürdükləri su ilə
güzəran edib, ondan sonra susuz qaldılar. Quyu qazdılar ki, bəlkə su çıxa.
Məqdur ola bilmədi. İki gündən sonra bir gecə bir rota qoşun su
aparmağa çaya yürüş edib Qızılbaş ləşkərini suyun ətrafından kənar edib,
bir dəfə beqədri-məqdur su apardılar. Sonra suyun ətrafını yerbəyer şöylə
möhkəm eylədilər və kəsdilər ki, batalyon əslən su aparmağa məqdur ola
bilmədi. Müddəti-on bir gün və gecə o tövr ilə dava edib ki, ətrafdan
tüfəng və zənburəng batalyonun üstə barani-bahari kimi tökülürdü.
Amma rəşid və cürətli və tab və taqətli olan batalyon şöylə zəhmət və
məşəqqətlərə və səngərlərdə güllə dəyib ölməyə tab və taqətlər gətirib,
yenə pozulmadılar. Bavicudi ki, polkovnik Karyagin dəxi yaralı olub və
Kotlyarevski həm yaralı olub, qoşunun yarıdan çoxu qınlıb və zəxmdar
olub, üç yüzə yavuq soldat ancaq qalıb, onlar da əksəri yaralı və susuz
(idilər). Qızılbaş qoşunu ətrafdan səngərlərə yavuq yeriyib batalyonu
məşəqqətə və müşkül hərə-kətə gətirdilər. On bir gün keçdi, bir yerdən
kömək olmadı. Məlik Vanya o vaxt da yüzbaşı idi və batalyonun içində
olurdu. Pyotr Stepanoviç ona şəfəqqətlər və məhəbbət etməyinə görə
qulluq edərdi. On birinci gecə bələdçilik edib, əlhəq o səfər yaxşı qulluq
edib, batalyonu və yaralı soldatları götürüb, gecə vaxtı səngərdən çıxıb və
topxananı da götürüb birahədən Şahbulaq tərəfinə rəvanə oldu. Hərçənd
ki, çox piyadə Qızılbaş qoşunundan Şahbulaq qalasında qoymuşdular ki,
Rusiya qoşunu gəlib, qalaya daxil olmasınlar. Amma qoçaq bahadur
namdar Kotlyarevski bavicudi-zəif və yaralı ki, dava umurunda səramənd
idi, yürüş edib, qalanın qapısını dağıdıb, daxili-qala oldular. Qızılbaş
qoşunundan ələ düşəni öldürüb və mabədisi qaladan yerə töküb,
Əmirastan adlı sərkərdə dəxi qaladan yıxılıb
199
vəfat etmişdi. Sabahı Abbas Mirzə gəlib İran ləşkəri ilə qalanı mühasirə
edib, adamlar göndərib ümid və nəvidlər verdi ki, guya Pyotr Stepanoviç
və polkovnik hər ikisi yaralıdırlar. Qoşun dəxi cüzvi və əksəri yaralı və
aclıq dəxi qoşunda var. Bəlkə polkovnik rəyə gəlib, Abbas Mirzəyə itaət
edə. Xəyalı xam idi. Rus qoşunu tamam acından qırılsa da, şöylə zillət ilə
itaət etməzdi. Polkovnik cavabı-mülayim və vədeyi-fərib verib, üç gün
orada məqs edib, soldatlar və yaralılar bir qədər aram hasil edib, yenə bir
gecə Vanya yüzbaşı bələdçilik edib, tədbir ilə qaladan çıxıb xəlvət yol ilə
Çöləbörd mahalının möhkəm və düşvar olan Cermuq dərəsində olan
qalaya iki günədək gətirdi. Bir gecə, yolda qoşunu bir möhkəm dərədə
şöylə xəlvət saxlamışdı ki, bir gün bir gecə qızılbaş əsgərləri nə qədər
batalyonu axtarmışdılar və səy-təlaş ilə cüstəcu etmişdilər tapa
bilməmişdilər. Məlik Vanya gedib dağlarda sığınaqlardan subay adamlar
gətirib Çiləbördün kəndlərində quyulardan taxıl çıxarıb, özünün həm nə
qədər buğdası varsa, çıxarıb un edib batalyona verib, cüt öküzlərini və
camışlarını da onlara verib aclıqdan çıxartdı. Cermuq dərəsində üç-dörd
gün qalıb, soldatlar dürüst fəraqət elədilər. Ondan suxarı və ət tədarük
edib, Murov dağınm xəlvət yolları ilə Məlik Vanya batalyonu Gəncə
şəhərinə gətirmişdi. Şul ilin haman günlərində Fətəli şah bu əzmə ki,
bəlkə bir əlac edə, Şuşa qalası Rusiya qoşununun əlinə düşməyə, təmam
qoşunu ilə Arazdan keçib, gəlib Quru çay üstə, Dizaq mahalında təxti-
tavus müsəmma olan mənzildə ki, Şuşa qalasının altı ağaclığında vaqedir,
düşüb ordu elədi. Qarabağ xalqına küllü ənamlar verib, hüzuruna apardı
ki, bu əhvalat və güzaridatı Tiflis şəhərində sərdari-əzəm Sisianov eşidib,
qoşun ilə Tiflisdən çıxıb, Fətəli şah və Abbas Mirzənin müqabilində
Qarabağa azim oldu. Ta, gəlib Tərtər çayına yetişənədək, Fətəli şaha
daldan xəbər gəlmişdi ki, Rusiya qoşunu dövlət tərəfindən məmur olub,
dəryayi-Xəzərdən keçib Talış və Rəşt-Ənzəli tərəfindən İrana gəlib
davaya başlayıblar. Buna görə şah buradan Ərdəbil səmtinə qayıdıb
getmişdi. Xüsusən, sərdar Sisianovun həm gəlmək əhvalını eşidib, onunla
rubəru cəng etməyi məsləhət bilmədi. Abbas Mirzə naibüssəltənə dəxi
səmtini xali görüb, polkovnik Karyagin Gəncə şəhərinə gedəndən sonra
Şahbulaq ətrafında bir müddət ordu eləmişdi. Sonra Tiflisi çapıb və qarət
etmək məqsədilə köçüb Gürcüstan tərəfinə Axısqa
200
çayınadək getmişdi. Oradan dəxi Tiflisə getməyi məsləhət bilməyib,
İrəvan vilayətinə getmişdi. Mayor Lisaneviç də ki, qalada idi, batalyonu
götürüb Mehdiqulu ağa ilə Zəngəzur mahalına gedib, orada var idilər.
Əbülfət xan ki, o vaxtlarda Qapan mahalından köçüb Arazın o tərəfinə
keçmişdi. Bəd əz an Qapan və Zəngəzur və sair o tərəflər təmamən yenə
Qarabağ hakimi İbrahim xana müti oldular. Sərdar Sisianov dəxi Xanaşen
mənzilinə gəlib məlum oldu ki, Fətəli şah köçüb gedibdir. Oradan geri
qayıtmalı oldu. Bu əsnada Məhəmmədhəsən ağa varisi-Qarabağ İbrahim
xanın əmri ilə gedib oradan sərdar Sisianovu qalaya götürdü. Lazımeyi-
çeşn və qonaqhq və şadyanəlik əmələ gətirdilər. Çünki sərdara məlum
olunmuşdu ki, İbrahim xanın əmizadələri Mirzə Əli bəy, Feyzi bəy və
Məhəmmədhəsən bəy və onlara tabe olanlar Əbülfət xana maildirlər.
Hərçənd onu xan edib; və ona itaət etməyi zahirən özlərinə xiffət
bilirdilər ki, İbrahim xanı və Məhəmmədhəsən ağanı tərk edib, Əbülfət
xanı böyük edib, ona baş endirələr. Amma müstəqillən sahibi-hörmət
olmağın istərdilər. Onu Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya
həmçeşm qərar verdilər. Ona görə sərdar Sisianov qalaya varid olan
vaxtda Mirzə Əli bəyi və Feyzi bəyi tutdurub, buyurdu ki, gərək
evlərinizi götürüb, köçüb Tiflis şəhərinə gedəsiniz. Axırül-əmr İbrahim
xan xahişmənd olmağa görə onlan buraxıb, amma Mirzə Əli bəyin böyük
oğlu Behbud bəyi və Feyzi bəyin bir oğlu ki, qulluqçudan olmuşdu 15
yaşmda, hər ikisini zaval alıb Gəncə şəhərində Məhəmmədhəsən ağanın
oğlu Şükrulla ağa ilə zaval saxladı. Ondan sonra bir para bəylərə ki,
Əbülfət xana meyil idilər, onlara təhdid və pareyi-itab-xitab və qadağan
eylədi. Bir para qərardadlar bina edib, haman üç nəfər dəxi qızılbaş
xanlarından ki, İbrahim xan yanına Fətəli şah tərəfindən yuxarıda məzkur
olunan mətaliblərdən elçiliyə gəlmişdilər, onlan da tutub; Qarabağdan
kəmali-razı və xoşhallıq ilə yola düşüb Gürcüstana və şəhri Tiflisə rəvanə
oldu.
201
İYİRMİ BİRİNCİ FƏSİL
MƏHƏMMƏDHƏSƏN AĞANIN VƏFAT
ETMƏYİN VƏ SƏRDAR SİSİANOVUN
BADKUBƏ SƏMTİNƏ GETMƏYİN VƏ
ORADA QƏTLƏ YETMƏYİN BƏYAN EDƏR
Çün salari-əzəm knyaz Sisianovun ümdə fikirləri bu imiş ki, Böynəlnəhreyn
əldə ola və ətrafı guşadə qıla, ta tərəddüdinam hər iki dəryadan müyəssər ola. Bu
səbəbə Meqril (Minqreliya) torpağında Yeddiqat qalasını və Qara dəryanın
kənarında bina elədi. Ondan sonra əzmi bu oldu ki, sahəti-Badkubəni təsərrüfə
gətirsin. Elə ki Qarabağdan darüssürur Tiflisə müraciət qıldı, ondan ləşkər
münəqid edib ciyuş və bəhri-şuriş və əsakiri-cövşənnuş ilə Badkubə təsxirinə
azim oldu. İbrahim xandan dəxi kömək istəmişdi. Xan da buradan oğlu
Mehdiqulu ağanı pareyi-Qarabağın bəyzadələri ilə və qoşunu ilə sərdarın
hüzuruna göndərdi ki, orada əsakiri-padşahi üə müttəfiq olub, müqərrər olunan
xidmətlərə canfəşanlıq ilə qiyam və iqdam edələr. Pəs haman ilin qış
mövsümündə Gürcüstandan çıxıb gəlib Şəkiyə və Şəki hakimi Səlim xan dəxi ki,
İbrahim xanın damadı idi və dövlətə müti və münqad idi, o da sərdara görə
lazımeyi-ixlas və iradət və yaxşı peşkəşlər və tədarüklər edib Şəki vilayətindən
yola saldı. Çünki sərdarın əzmi əvvəl Şirvan vilayətini təsxir edib və Mustafa
xan şirvanlını itaətə gətirmək idi. Sonra Badkubəni və Qubanı və Dərbəndi
müsəxxər eləmək idi. Pəs Şəkidən keçib, Şirvan sahətinə varid olub, Mustafa
xanı itaətə təklif qıldı. Mustafa xan dəxi əgərçi əvvəl dəfə də bir para öz
dövlətinə və möhkəm olan məqamlarına etimad edib sərdara görə məğruranə
cavablar və hərəkətlər eləmişdi, ləğv cavablar söyləmişdi
1
. Amma sonra
müşahidə etdi ki, şöylə ləşkəri-əzimə və Şəkinin və Qarabağın qoşunlarına və
müxalifətinə müqavimət etməyə qadir ola bilməyəcəkdir. Əlavə Qarabağ qoşunu
Şirvanın kəndlərini çalıb-çapıb və qarət qılmağa əl açdılar. Axırül-
1
Hələ 1804-cü ildə və 1805-ci ilin yazında Sisianov Mustafa xandan Şirvanın Rusiyanın
himayəsinə daxil olmasını istəmişdi və rədd cavabı almışdı. 1805-ci ilin oktyabrında razılıq
vermişdisə də, Sisianovun ayağına gedib, orada müqaviləyə qol çəkməkdən imtina etmişdi.
202
əmr Mehdiqulu xanın və Səlim xanın dəlalətləri ilə o da itaətə gəlib necə
ki, İbrahim xan və Səlim xan əhdnamə yazıb qərardad bina etmişdilər.
Haman qərar ilə o da əhdnamə yazıb, zahirdə itaət qılıb, Rusiya dövləti-
əleyhi-Rusiya təhtinə daxil oldu1. Bu əsnada general-mayor
Məhəmmədhəsən ağa - İbrahim xanın böyük oğlu ki, qəleyi-Şuşada
sahibi-azar və naxoş idi, vəfat edib, mərhum oldu. Elə ki bu məlalətamiz
qəziyyə Qarabağda vaqe oldu, əhaliyi-vilayəti-Qarabağ üçün çox yəsi-
tamam və pərişanlıq və qəmginlik üz verib, ənduh və məlali-külli əmələ
gəldi. Pəs o şəxslər ki, batinən Rusiya dövlətinin itaətinə razı deyildilər
və bəziləri də ki, Əbülfət xana mayil və raqib var idilər, Məhəmmədhəsən
ağa vəfat edəndən sonra ki, onu çox sayardılar, həqiqətdə biqüsur əmir idi
və hər vilayətdə avazəsi var idi. Və sərdar Sisianovun da ona çox etimadı
və meyli-məhəbbəti var idi. Və hər gunə səlahdidini pəsənd etmişdi, onun
bu cür qəziyyəsinə görə və həm də Mehdiqulu ağanın vilayətdən kənar və
uzaqda olmağına binaən İbrahim xan da ki, qoca və müsini və kəmqüvvət
və naxoş və pərişanhal olmuşdu. Haman şəxslər cari olub, bir para
əhdnaməyə müxalif olan hərəkətlərə başladılar. Pəs bu əhval vaqiat
sərdari-əzəm knyaz Sisianov hüzuruna və Mehdiqulu ağaya yetişəndən
sonra sərdar səlah görüb, Mehdiqulu ağanı və Qarabağ qoşunlarını
mürəxxəs edib, ezaz və ehtiram ilə və layiq olan ümidi-nəvid və ənam ilə
Qarabağa rəvanə elədi. Dəxi necə ki, mərhum general Məhəmmədhəsən
ağaya kamali-məhəbbət və ülfəti-səmimi qəlb ilə mehribanhğı var idi.
Çox ənduhi-tamam və böyük təəssüf ilə onun oğlu, hörmətli general-
mayor Cəfərqulu ağaya təziyənamə yazıb kəmali-dilsuzluq və
mehribanlığı və təəhüdati-pərəstarlıq etmişdi. Elə ki Mehdiqulu ağa
bəyzadələr ilə və qoşun ilə Qarabağa gəldi və pədəri-mehribani İbrahim
xanın xidmətinə varid oldular və sərdarın məhəbbətamiz nəvidatını və
peyğamlarım yetirdilər. Bundan sonra şərarət kiş və bədəndiş kəslərin dəf
və rəfinə və dövləti-əleyhinin ixlas və iradatının istehkam qəvaidinə
məşğul oldular. Dəxi bir az günlər bu müqəddimədən keçmişdi ki, xəbər
yetişdi ki,
_______________
1
Rus qoşunları Mustafa xanın Fit dağındakı qərargahına yaxınlaşarkən Şirvan xanı
onlara qarşı müharibə etməyin çətin olduğunu görüb, 27 dekabr 1805-ci ildə Şirvanın
Rusiyaya tabe olması haqqında müqaviləyə qol çəkməyə məcbur oldu.
203
sərdari-əzəm Badkubədə məqtul oldu. Pəs bu qəmli xəbər dəxi mərhum
İbrahim xanın və onun övladının və əhaliyi-vilayəti-Qarabağın
xatirələrinin pərişanlığına dübarə səbəb və bais oldu. Təfsili-məqal bu ki,
çün sərdari-əzəm Sisianov Badkubə vilayətinə gedib yetişiblər.
Hüseynqulu xan hakimi-Badkubə bənayi-məkr və hiylə qoyub, əvvəla
zahirdə itaət məqamına gəlib, vədə ediblər ki, bir gün sərdari-əzəm
qəleyi-Badkubənin həvalisinə gələ, Hüseynqulu xan dəxi hüzura varid
olub, əhd və itaətin güftü gusunu təmam edələf. Heç vaxt sərdari-əzəmin
xatirinə gəlməz idi ki, Hüseynqulu xandan və onun tabelərindən şöylə
xəlaf və şəni əfal əmələ gələ. Qəzadan sərdari-əzəm iki nəfər bəyzadələri
ilə ki, birisinin adı Ənbərbar knyaz imiş, Gürcüstan knyazlarından və
birisi dəxi bəyzadə imiş və sərdarm hüzurunun müqərribləri ola.
Mükalimə məqamına təşrif aparırlar. Bir İbrahim bəy adlı ki, Hüseynqulu
xanın əqvanından idi, iki nəfər də əlahiddə adamlar ilə məxfi pusquda
imişlər, nagah namərdlik edib, güllə atıb, sərdari-əzəmi rüfəqaları ilə
qətlə yetirib
1
, ədavət nəğməsini və müxalifət təbilini büləndavaz elədilər.
Dəxi bu sani-həni Qızılbaşiyə dövlətinə xədamati-cəlilə və xülusi-
cəmilədən hesab edib dərhal yel qanadlı çaparla bu əhvalı Qızılbaş
dövlətinə irsal və izhar elədilər və o dövlət tərəfindən dəxi təcili-tamam
ilə böyük qoşun və əyilməz ləşkər gəlib, səhrayi-Badkubə qoşun ilə
doldu. Elə ki Rusiya qoşunu bu qəzayaları görəndə dəxi Gürcüstana
qayıtmağı məsləhət bilməyib, oradan riayati-ehtiyat ilə gəmilərə minib
Hacıtahirxan (Hacı Tərxan) vilayətinə keçib getmişdilər.
1
Sisianov Hüseynqulu xanın xalası oğlu İbrahim bəy tərəfindən 8 fevral 1806-cı ildə
öldürülmüşdür.
2
Əslində isə rus qoşunları gəmi ilə Xəzər dənizindəki Sara adasına getmişdilər.
204
İYİRMİ İKİNCİ FƏSİL
MEHDİQULU XANIN QARABAĞDA VARİS VƏ
VƏLİƏHD OLMAĞINI VƏ PADŞAHİ-İMPERATOR
FƏRMANI İLƏ ONU XANLIQ VƏ VARİSLİK VƏ
HÖKUMƏTDƏ TƏSDİQ QILMAĞINI VƏ
İBRAHİM XANIN MALKARLIĞINI
BƏYAN EDƏR
Çün yuxarıda səmti-güzariş tapdı ki, İbrahim xan sərdari-əzəm
Sisianov ilə əvvəl Kürək çayında mülaqat edib, əhdnamə yazıb, dövlətə,
itaəti-möhkəm etdikləri zamanda, çünki Məhəmmədhəsən ağa xanın
böyük oğlu və nəzərkərdəsi idi, varislik və vəliəhdlik onun adına hesab
olunurdu. O səbəbə onun oğlu Şükrulla ağam sərdari-əzəmə girov və
zaval rəsmi ilə vermişdilər ki, Gəncə şəhərinə aparmışdı. Çün general-
mayor Məhəmmədhəsən ağa general-leytenant mərhum İbrahim xanın
hali-həyatında vəfat etdi. Ondan sonra Mehdiqulu xan İbrahim xanın
oğlanlarının böyüyü olduğuna görə və o zamanda dəxi hərçənd ki,
Məhəmmədhəsən ağa varis hesab olunurdu, amma dürüst sərahətən adı
vəliəhd yazılmışdı. Həmçinin qeyd olmuşdu ki, İbrahim xandan sonra
böyük oğlu varisdir. Qəzadan iş ki, bu növ oldu və böyük oğlu
Məhəmmədhəsən ağa özündən əvvəl vəfat elədi. Pəs İbrahim xan o ildə
ki, səneyi-islamiyyə 1220-ci il hicridə idi zilhəccə ayının 4-cü günündə
1
1 varislik və vəliəhdlik kağızı yazıb və möhür eləyib və tamam Qarabağ
bəylərinin və əyan və əşxasm möhürləri üstündə, öz hali-həyatında cənab
general-mayor Mehdiqulu xana verib, onu varislik və xanlıq xitabı ilə
müxatəb elədilər. Bəd əz an ki, İbrahim xan vəfat etdi. Mayor Lisaneviç
bu kağız ilə sərdarm canişini olan general-mayor Nesvetayev hüzuruna
yazmışdı ki, təklif olub imperaturi-əzəm Aleksandr Pavloviç tərəfindən
qızda bəzənmiş və ələmi-padşahi və Qarabağın xanlıq və hökumət
fərmanı miladi 1806-cı tarixdə olanda, yəni sentyabr ayının onuncu
günündə yazılıb və verilib general-mayor mərhum
1
Hicri 1220-ci il, zilhiccə ayının 4-ü, miladi 1806-cı ilin fevral ayının 24-nə təsadüf edir
205
Mehdiqulu xana (fərman) gəlib yetişdi və (Mehdiqulu xan) Qarabağın
əyalətinə mənsub oldu.
Sərdar Sisianov ki, Badkubədə məqtul oldu. Bu tərəflərin xəlayiqi çün
dövləti-əleyhi-Rusiyanın qanun və zabitəsinə xəbərdar deyildilər, şöylə
təsəvvür eylədilər ki, Rusiya dövlətinin nizam və qaydalarına xələl
gətirir. Vaxt keçdikcə çoxlu iğtişaşlar və qarışıqlıq olur. İran şahı və
Qızılbaş qalib (gələcək) və buralara şəksiz malik olacaqdır. İransayağı
güman və təsəvvür edirdilər. Çünki İranda əgər şöylə sərdari-əzəm və
hakim, sərdari-müəzzəm vəfat etsə, bir müddət nizami-ləşkər və qanun-
qayda vilayətlər üçün tamamilə pozulur. Bunu bilməmişdilər ki, əgər
neçə nəfər sərdar və sərkərdələrdən düşmənlər ilə müqatilə edən zamanda
məqtun və ya hakimi-vilayətdən neçəsi vəfat qılsa qətiyyən dövləti-
behiyeyi-Rusiyanın zakon və nizami-məhkəminə xələl və qəvaidi-
vilayətinə iğtişaş və zərər hasil olmaz. Sərdar Sisianov vəfat edəndən
sonra yenə general Nesvetayev canişin var idi. Tiflis şəhərində qoşunun
və vilayətin nizam və intizamıyla iştaqal edərdi və sərdarhq ümuratını
dolandırardı. Xalqa ürək-dirək və təsəllilər verib, Gürcüstanda Pənbəkdə
əyləşmişdi. İbrahim xanın elçisi və səmimi məktubları gedib və gəlirdi.
Hər halda xatircəmlik hasil olurdu. Pəs, haman 1806-cı ildə bahar fəsli
olan kimi naibüssəltəneyi-İran Abbas Mirzə qoşunlar cəm edib və
tədarüklər görüb. Qarabağa köçmək binasmı qoydu. Haman dəmlər Mirzə
Əli bəy, İbrahim xanın əmizadəsi xandan xəlvət adam göndərib, oğlu
Behbud bəyi ki, sərdar Sisianov zaval aparıb Gəncə şəhərində qoymuşdu,
oradan oğlunu götürüb və Rusiya dövlətindən əl çəkməyi zahir edib və
Feyzi bəy də ki, Mirzə Əli bəyin qardaşı oğlu idi və Mirzə Əli bəydən heç
vaxt da ayn olmazdı, köçüb Qarabağdan Qızılbaşa və Arazın şul tərəfinə
getdilər. Bəd əz an rəxnə düşüb xırda-xırda xalqdan çəpavül və qarət
qorxusundan Qızılbaşiyyə canibinə azim olmağa başladılar. Tiflis və
Gürcüstanda dəxi bir sərdari-məşhur olmamağa görə İbrahim xan
mülahizə elədi ki, əgər Qızılbaş qoşunları Qarabağa gəlsə, mayor
Lisaneviç bir batalyon ilə qaladan çıxıb, onlara cavab verə bilməz.
Qarabağın şöylə ümdə bəyləri dəxi Qızılbaşa getdilər. Çoxusu dəxi üz
rugərdanlığa mayil idilər. Aşikara, Əbülfət xan tamam xalqı və əhaliyi-
Qarabağı
206
köçürüb aparacaqlar. Hər kəs də getməsə, (evini) çalıb-çapıb xarab
edərlər. İlat və dihati-Qarabağ tamam pamal və qarət olar. Qəllə
məhsulunun dəxi vədəsi yetişirdi. İbrahim xan Qızılbaş ilə müdara etməyi
lazım və səlah bildi. Hər gunə ümurat və məsləhətlər mayora dəxi hali
edərdi. Mayor da bu tədbiri səlah bilib, xana ürək-dirək verirdi ki, tezlik
ilə dövlət tərəfindən qoşun bu tərəfə gəlir. Vədə və təəhhüdlər edirdi.
Əlhəqq, qoşunun gəlməyi dəxi çox təxib və taliq oldu. Qızılbaş əsgərləri
və Abbas Mirzə naibüssəltənə dəxi gəlib, Arazı keçib qalanın iki
ağaclığına varid oldular. İbrahim xanı itaətə dəvət qılıb, xan da mayora
məsləhət elədi. Mayor dedi ki, sən müdara etgilən, şimdi sərdarm yerində
general Nesvetayev olur ki, Tiflisdə canişindir, ənqərib Qarabağın
mühafızətinə qoşun gəlir. Bu növ ilə müdara olunub İbrahim xan Abbas
Mirzəyə cavab verdi ki, mən İran dövlətindən bilmərrə məyus deyiləm.
Əgər xatircəmlik olsa, itaətimdə varam. Əlhasil, be heynlərdə İbrahim
xanın evi və külfəti Xan bağında olurdu. Oradan köçüb, qalanın iki
verstliyinə gəldilər. Xan orada evində idi. Mehdiqulu xan ki, xidmətində
idi. Bir gün irəli qalaya göndərib, vədə elədi ki, sübhdən oradan xan özü
həm külfəti ilə köçüb qalaya gələlər. Pəs, şul gecə şeytanlıq peşəsi olan
şər adamlar mayora şərarət edib, deyiblər ki, İbrahim xanın Qızılbaşla
güftü gusu var. Bu gecə xanın yanında çox cəmiyyəti-külli və qoşun var
ki, Qızılbaşdan gəlib, hazırdılar. Bu gecə gedəcəklər. Qərəz şul gecə,
şeytan və bədxah adamlar mayoru fərağət qoymayıblar. Xüsusən,
Miraxor adlı bir gürcü böyüyü var idi ki, mayorun yanında olurdu. O çox
bais olmuşdu. Əlqissə, haman gecə, sabaha üç saat qalmış, mayor iki rədə
soldat ilə qaladan çıxıb, xanın evi olan məkana gedirlər. Xəlvət xanın
mənzilinə yavuq olub, mülahizə edirlər ki, görələr nə qədər cəmiyyət var
və nə işlədirlər. Baxıb görüblər ki, tamamən rahat və fərağət yatıblar. Bir
əlavə qoşun və biganə adam da yoxdur. Orada mayor gəlməkdə dəxi
peşman olub, xan bidar olub rus qoşununun orada gəlməyindən xəbərdar
olub, acıqlanıb, səslənib mayora ki, bu nə qismi gəlməkdir ki, bu gecə
vaxtında övrət və uşağı qorxudursan. Bu əhvalat xanın yanında olan
adamların içinə inqilab və vahimə düşüb, sərasimə yerindən qalxan hər
kəs bir tərəfə qaçmağa başlayıblar. Əz qəza o ki, müqeddər olmuşdur,
olacaqdır. Bu
207
əsnada mayor əmr eyləyib, soldatlar atəş açıblar. Tökülüb ələ düşəni qətlə
yetiriblər. Qalan adamlar qaçıb xilas olub, xanın evini tarac etmişdilər.
Xana əvvəl bir güllə dəyib, yıxılıb, bir övrəti ki, Səlim xan şəkilinin
bacısı idi və bir Nəcibə qızı ki, Bikə ağadan olmuşdu və bir oğlu ki,
Göhər ağanıv anasından olmuşdu, bir nəcib oğlan idi. On üç yaşında
orada qətlə yetişib, övrəti və qızı yaralı qalaya gəlib, qalada mərhum
oldular. Onlardan əlavə 17 nəfər bəy və bəyzadə və mirzə və nökər qətlə
yetişmişlər ki, adları bu təfsil ilədir:
- İbrahim xan özü, Tubu bəyim - şəkili Hüseyn xanın qızı - Hərəmi
xan, Səltənət bəyim-səbiyeyi-xan, Abbasqulu ağa-fərzəndi-xan, Hacı
Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, Hümmət bəy Cavanşir,
Həsənağa Gülməli bəy Sarıcah, Mirzətağı Əfşar, Əli-pənah-pişxidmət,
Xacə Həsən Əcəm oğlu Kəbirli, Qaranm iki oğlu, başqa iki nəfər, birinin
adı Teymur, iki nəfər də şuşalı.
Mehdiqulu ağa və sair xanlar bu müqəddimədən bixəbər, qalada asudə
və fəraqət vardılar. Sübhə bir saat qalmış bu faciəli hadisə üz verib və
mayor Lisaneviç xanın divanxanasına gəlib, qala xalqını cəm edib,
Mehdiqulu ağanı xanlığa mənsub edib, bir para təkib elədi. Mehdiqulu
xan dəxi Qarabağın vilayət əhlinə ki, səhrada idilər, mahal bemahal
təliqələr yazıb, o tövr vəhşətki olmuşdu, fərağət olmağa hökm eylədi,
hamılara təsəlli və xatircəmlik verirdi. O halda, Cəfərqulu ağa varislik
barəsində zahirən bir cavab demədi. Amma batinən dilxor idi. On beş gün
bu müqəddimədən keçmişdi ki, general Pyotr Petroviç Nebolsin qoşun ilə
gəlib, Əsgəran yanında düşüb, ordu elədi. Mehdiqulu xan dəxi Qarabağın
bəyzadələrindən yaxşı atlılardan götürüb, generalın hüzuruna getdi.
Mayor (Lisaneviç) qalada qaldı. İki-üç gün general Əsgəranda var idi.
Naibüssəltənə həm qoşun ilə Ağoğlanda ordu eləmişdi. General gördü ki,
Abbas Mirzə döyüş meydani-rəzmə qədəm qoymağa hərəkət eləməz.
Qoşun ilə o səmtə hərəkət edib, Xanaşen mənzilinə yavuq Abbas Mirzə
qoşunu ilə müqabilə gəlib bir şiddət ilə əzim dava oldu. Pyotr
Stepanoviçin bahadur şul mənzildə hər yerdən qoçaq soldatlar ilə
qabaqda davada var idi. Yeddi saat qədəri dava olub, 30-40 nəfərdən
ziyadə soldat və 4-5 əfsər məqtul və zəxmdar oldular. Pyotr Stepanoviç
də özü dəxi o davada qıçmdan zəxmdar oldu. Axırül-əmr Qızılbaş əsgər-
208
ləri məğlub olub, fərar ixtiyar etdilər. General dallarınca Quru çayın
Təxti-tavus mənzilinədək gedib, məlum oldu ki, naibüssəltənə Arazı
keçib, Arazın şul tərəfində ordu edibdir. Elə ki bu xəbər məlum oldu,
Əbülfət xan və sair Qarabağın Qızılbaş dövlətinə gedən bəyləri ki,
Zəngəzur və Qapan səmtlərində var idilər, yaylaqdan Qarabağın tamam
ilatmı və dihatını həm bəzilərini Naxçıvan və Ordubad tərəfinə köçürüb
aparmağa məşğul oldular. Buna görə, cənab general-mayor Cəfərqulu ağa
mayor Lisaneviç ilə soldat qoşunu və ilatın yaxşı məlum və namlı
atlılarından həm götürüb, Qarabağın ellərini qaytarmaq üçün Zəngəzur
mahalatına azim oldular. Gecə-gündüzə baxmayıb, səyi-tamamilə ilqar
etdilər. Qapanın böyük olan dağlarında Cəfərqulu ağa atlıları ilə qabaqca
gedib, Qızılbaş qoşunlarına yetişib, çünki soldat piyada olmaqlarına görə
dalda qalmışdılar. Qarabağ atlıları ilə general Cəfərqulu ağa Qızılbaş ilə
davaya başladılar. Orada bir yaxşı mərdanə savaş edib, iki min qədəri
səvarə və piyada Qızılbaşdan basıb və sındırıb zir-zəbər elədilər. Əksərin
lüt və qarət edib, daldan soldat həm gəlib çatdılar. Qızdbaşı basıb,
dağıdıb, Ələngəz adlı böyük yaylaq dağdan ki, Ordubadın üstüdür,
oradan ilatı qaytarıb götürüb Qarabağda yenə öz yurd və yaylaqlarından
sakin və cabəca və fəraqət eylədilər. Həqiqət orada Cəfərqulu ağa xeyli
rəşadət isbat etmişdi. Əlqissə, general Nebolsin Quruçay və Dizaq
tərəfindən qayıdıb gəlib, qoşun ilə qala səmtindən keçib, yenə Əsgəran
yanında ordu elədi. Özü oradan Şuşa qalasma Mehdiqulu xana qonaq
gəlib, iki gün qalada var idi ki, Mehdiqulu xan kağız ilə yazıb, general
hüzuruna hali etdi ki, çün mayor Lisaneviç İbrahim xanın haqqında bu
tövr nahəqq iş elədi ki, özünü və övrətini və oğlu və qızmı yeddi nəfər
yaxm adamları ilə qətlə yetirdilər. Təmam evi və əcnası qarət olundu.
Ehtiyat edirəm ki, bu hərəkətə görə Qarabağın cahil-cühulundan bir yerdə
mayora zərər hasil ola. Ya qətlə yetirələr. Səlah budur ki, bir qeyr
hüznlük batalyona böyük ola, onu buradan kənar etməyə binagüzarlıq
edəsiniz. Pəs, general Nebolsin qəbul edib, hökm yazıb, Lisaneviçi məzul
etdi. Pyotr Stepanoviç Kotlyarevskini batalyona böyük elədi. Çün mayor
Lisaneviç Kotlyarevski ilə çox yeganə dost idilər. Pyotr Stepanoviç bu
səbəbə Mehdiqulu xan ilə ədavət və rəncidəliklər elədi. Onu məzul
etdirmək istədi. Cəfərqulu ağa ilə
209
dostluq edib, onu təhrik etdi. Mehdiqulu xan ilə ədavət və küdurət
başlayıb, iddia qıldı ki, varislik mənim haqqımdır. Amma, çünki
Lisaneviç necə ki, yuxarıda məğrum oldu, əvvəl dəfə ərizə yazıb, general
Nesvetayevə təqdim eləmişdi ki, İbrahim xan öz həyatında
Məhəmmədhəsən ağanm vəfatından sonra Mehdiqulu ağanı kağız ilə
varis və vəliəhd edibdir. Nesvetayev ki, canişin və əvəzi-sərdar idi,
padşah hüzuruna yazmışdı. Dəxi orada iş təsdiq olub, qurtarmışdı. Buna
görə Cəfərqulu ağanın iddiası məqbul olunmadı. Əlqissə, bu ilin qış
mövsümündə ki, sərdari-əzəm knyaz Sisianovun məqtul olmaq
müqəddiməsindən yeddi-səkkiz aydan ziyadə keçmişdi. General
feldmarşal qraf Qudoviç sərdarlıq əmrinə mənsub olub gəldi. Hənuz
Tiflisə yetişməmiş yoldan Mehdiqulu xana kağız yazıb, məlum eləmişdir
ki, imperaturi-əzəm Aleksandr Pavloviçdən fərmani-hümayun sədr olub
sizi Qarabağın əyalət və hökumətinə mənsub edibdir. Mən darüssürur
Tiflisə varid olandan sonra sizi Tiflisə çağınram. Gərəkdir ki, padşahın
ələminin altmda qəsəm yad etdirib fərmanı sizə və Qarabağın əhlinə
təqdim edəm. Pəs bu xəbər məlum olan kimi Cəfərqulu ağa tədarük
görüb, Mehdiqulu xandan irəli, qraf Qudoviç sərdar Tiflisə gəlməmiş
Tiflisə getdi. Qudoviçin gəlməyi bir ay müddəti təxir oldu. Cəfərqulu ağa
o biri ayı orada məəttəl qaldı. Qudoviç Tiflisə varid olan günü Cəfərqulu
ağa istiqbal etməmişdi. Qraf hörmət edib, buyurmuşdu ki, Mehdiqulu xan
sizi nə mətləb üçün buraya göndərib? Cəfərqulu xan demişdi ki, mən
özüm gəlmişəm. Məni Mehdiqulu xan göndərməyib. Sərdara məlum
olmuşdu ki, mətləbi özgədir. Pəs buyurmuşdu ki, mayor Lisaneviç sizi on
yeddi yaşında yazıb varisliyə layiq bilməmişdi. Şimdi imperaruri-
əzəmdən fərman sadir olub, dəxi bərhəm etmək mümkün olmaz. Pəs, qraf
Tiflisə varid olandan sonra bir mötəmid müqərrər buyurmuşdu ki, gəlib
Mehdiqulu xanı apara. Ona binaən Mehdiqulu xan tamam Qarabağ
bəylərini və əyanlarını, hətta kənd yüzbaşılarını dəxi özü ilə bir yerdə
aparıb, Tiflis şəhərinə daxil oldu. İki gündən sonra qraf ümumi məclis
qayırıb, Mehdiqulu xana aman verdirib, Qarabağın hökumət fərmanını ki,
xanın adına və əhaliyi-vilayəti-Qarabağa yazılmışdı orada təslim elədi.
Pəs Cəfərqulu ağa əhvalı belə görəndən sonra orada sərdara məlum elədi
ki, xan mənə 36 para kənd verdi. Mən artıq təmənna
210
elədim. Şimdi o hal ilə qalır. Qraf da xandan dil cavabı təvəqqe etdi ki,
şul kəndləri Mehdiqulu xan Cəfərqulu ağaya maaş güzəran versin. Bu
şərtlə ki, Cəfərqulu ağa və şul kəndlər Mehdiqulu xanın ixtiyarından xaric
olmayıb, cüzvi divanların Cəfərqulu ağa kəssin. Amma ümdə təqsirlərinə
yenə xan yetişib, qət qılsın. Tövci məsələlərin dəxi xanın əmri ilə əncam
və məmun etsinlər. Hərçənd Cəfərqulu ağa israr edib, xahişmənd
olmuşdu ki, təmam onun tabelərin ixtiyarı məhz öz əlində ola. Sərdar qraf
razı olmamışdı ki, bir vilayətdə iki hökm ola bilməz. Cəfərqulu ağa
qayıdıb, oradan Qarabağa gəldi. Mehdiqulu xan dəxi bir neçə gündən
sonra Qarabağa gəlib, öz hökumətində müstəqil olub əyleşdi. Altı aydan
sonra dəxi Mehdiqulu xana imperaturi-əfxəm tərəfindən cavahir qılınc və
ələm mərhəmət olub, qraf sərdar yolladı, gəldi. Mehdiqulu xana kağız
yazmışdı ki, Cəfərqulu ağaya vədə elədiyi kəndlər ki, bundan əqdəm
Məhəmmədhəsən ağanın əlində olarmış və ixtiyarında imiş, onları
Cəfərqulu ağaya versin. Çün, Mehdiqulu xan ilə Cəfərqulu ağanın
arasında əzim, ədavət və küdurət var idi, dəxi kəndləri verməyib, xan
bəhanə və dəstaviz qayırdı ki, şul kəndlər Məhəmmədhəsən ağanın əlində
və ixtiyarında olmayıb, mən özüm ona verərdim ki, mənə itaət və xidmət
edə. Şimdi ki, razı olmadı, mən də vermənəm. Bu növ ilə şərir və bədxah
adamlar bayislik edib, Cəfərqulu ağanı qızışdırıb, arada söz-söhbət
gəzdirib, küdurətlər saldılar. Lazım idi ki, çün varislik olmadı, bari
xoşhallıq ilə 36 para kəndləri ki, ümdə mədaxil idi, alıb, xoşgüzəranlıq və
rəfəhət edərdi. O tövr daimi savaş və küdurət arada olmayıb, şeytanət pişə
adamların dilxahmda rəftar etmiyəydi. Çe fayda ki, küdurətdən bir nəfı
olmadı ki, zərər və nidamət hasil oldu. Dəxi haman küdurət və dava-dalaş
bais olub, Cəfərqulu ağaya və qardaşı Xancan ağaya ki, mütləqa
ağlagəlməz idi ki, Qızılbaş dövlətinə gedələr. Çünki Qarabağın Urus
dövlətinə itaət etməyinə səbəb və bais Məhəmmədhəsən ağa idi. Fətəli
şahın dəxi ümdə rəncidəliyi və qəzəbi ona idi. Axır şöylə oldu ki,
Mehdiqulu xanın küdurəti səbəb oldu ki, onlar hər ikisi Qarabağdan fərari
olub Qızılbaşa getdilər.
211
İYİRMİ ÜÇÜNCÜ FƏSİL
Dostları ilə paylaş: |