Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   ...   14   15   16   17   18   19   20   21   22

 
XƏVANİNİ-MƏRHUMEYNİN 
MÜDDƏTİ-HÖKUMƏTLƏRİNİ VƏ 
QARABAĞDA OLAN TƏMİRATLARINI VƏ 
MÜDDƏTİ-HÖKUMƏTLƏRİNDƏ 
ASAR VƏ ADƏTLƏRİNİ BƏYAN EDİR 
 
Çün səneyi 1160/1747 tarixi-islamiyyədə Nadir şahı Xorasanda qətlə 
yetirdilər. Pənah xan mərhum ki, neçə il ondan irəli Nadir şahdan qaçıb 
Qarabağa gəlmişdi. Məxfı dağlarda və meşələrdə quldur sayağmda 
dolanıb, övqat keçirirdi. Elə ki haman ildə Nadir şah məqtul oldu, Pənah 
xan qorxudan çıxıb, bənayi-hökumət xəyalına düşdü. Haman ildə, Bayat 
qalasını bina qoyub, xanlıq iddiasına başladı. Nadir şah məqtul olandan 
sonra Cavanşir və qeyri ellər ki, Nadir şah buradan onları köçürüb 
Xorasan məmləkətinə və Sərəxs torpağına aparmışdı. Pənah xanın evi və 
əyalı  dəxi onların içində idilər. Təmamən köçüb birgə öz məkanları  və 
vətənləri Qarabağa gəldilər. Xorasanda dəxi Nadir şahın qardaşı  oğlu 
Əliqulu xan cülus edib, özünə Adil şah ləqəb qoyub, Nadir şahın 
məsnədində əyləşdi. Əmiraslan xanı hakim və sərdar edib, Azərbaycana 
mənsub edib, gəlib Təbriz  şəhərində oturdu. Onun Pənah xan ilə ülfəti 
vaqe olub, vəsatət etdi. Adil şahdan Pənah xana xanlıq fərmanı verilib, 
1161 (1748)-ci ildə Qarabağda hökumətə başlayıb,  ətraf və  əknaf 
mahalati-Qarabağı  təsərrüfə götürməyə avaz etdi. Bir az zamanda 
Qarabağa təsəllüd tapıb, müddəti - 12 il Qarabağda istiqlal və hökumət 
etdi. 1168 (1755)-ci ildə Pənah xan Bayat bazarı mülkünü əsil malikləri 
Behbudəli bəy və  Pənahəli bəy övladi-Sədrəddin sultan vələdi-
Məhəmməd xan sultandan satın alıb, 1168-ci ilin zilhiccə ayında qəbalə 
həm yazılıb, qəbaləsi Mehdiqulu xan evində bu dəqiqə durur. Ondan 4 il 
Bayat qalasında oturub, sonra isti və aran zəmin olduğu üçün orada 
güzəran düşvar olmağa görə köçüb, Tərnəkütə  gəlib və 1165 (1751) 
tarixdə  dəxi  Şahbulaq adlanan məhəldə  Tərnəküt qalasını bina və  təmir 
edib, orada sakin oldu. Ondan sonra istiqlal və ixtiyarı  və calalı artıq 
olub, mahalati-xəmseyi-əraminə və qeyri ilat və dihati-Qarabağ ona müti 
oldular. Bəd  əz an 1170 sənədə  Vərəndə  məliki Məlik  Şahnəzərin və 
pareyi- 
 230

əkabir və  əyanın məsləhətləri ilə  Şuşa qalasını  məsihiyyə ili 1753-də 
təmir və bina edib, şəhər qayırıb, kamali-istiqlal və istiqrar ilə hökumətə 
əyləşdi. Çünki az müddətdə Adil şahı Xorasanda Nadir şahın nəvadəsi 
Şahrux mirzə  qətlə yetirdi. Özü təxti-səltənətə  çıxdı. Onu dəxi bir az 
müddət keçməmiş, qətlə yetirdilər. Pəs məmaliki-İran məqşuş və pərişan 
olub, hərc-mərc oldu. Hərə bir iddiaya başladı. Pənah xan dəxi Qarabağda 
Şuşa qalasında aram və istiqlal ilə oturub, hökumət qıldı.  Şul vaxtlarda 
Şuşa  şəhərinə  Pənahabad müsəmmi edib, Pənah xan adına orada sikkə 
çalınırdı ki, indi də məşhur və dillər əzbəridir. Pənah xan 12 il müddəti 
ki, 1161 (1748) tarixdən, ta 1174 (1760) ilədək
1
 Qarabağda hökumət 
edibdir. 
 
İMARƏT VƏ ASAR Kİ, QARABAĞDA 
PƏNAH XANDAN QALIB 
 
Əvvəl Bayat qalasıdır ki, bişmiş kərpic ilə barı və bürc və imarət və 
hamam və bazarı  təmir olunmuşdur. Xarab edib, kərpicin həm aparıb, 
qeyri yerlərdə  məsrəf ediblər. Qarabağın Kəbirli mahalında vaqedir. 
Dağılıb, indi cüzvi asar və nişanəsi vardır. 
İkinci - qəleyi-Şahbulaqdır ki, daş  və  əhəng ilə çeşmə başmda təmir 
edib. Çarsu və bazar və məscid və hamam qəsəbə şəhər kimi qayırmışdı, 
indi dağılıb. Hasarı hənuz möhkəm və baqidir. 
Üçüncü - Şuşa qalasıdır ki, onun köhnə barısını bina edib və bu halda 
olan  şəhərin üçdən bir hissəsinə möhkəm hasar çəkmişdi. Qalanın bir 
kənarmda özünə imarət yapmışdı. Qalaça tək bürc və barılı idi və böyük 
oğlu  İbrahim xana yenə bir təpə üstə öz evinə  bərabər imarəti-mərqub 
yapmışdı ki, düşmən qalaya gələn çağda, lazım yerləri mühafızət edə. O 
da bürc və barıhdır.  İkinci oğlu Mehrəli bəyə  və üçüncü oğlu Talıbxan 
bəyə dəxi qala içində imarət və ev təmir edib ki, bürc-barılıdır. Onlar da 
indi durur. Hasarı möhkəm məlumdur. Qalanın köhnə barıları dağılıb, 
şimdi  əmnai-dövləti-tazə bina etmişlər. Amma Pənah xanın hasarından 
bəzi yerlərdə yenə nişanəsi vardır. Pənah xan əsri Pənah xanın bacısı oğlu 
Lütfəli bəy idi. Əmisi
.
 
 
                                                 
1
 
Əsərdə miladi tarixləri səhv (1744, 1757) göstərilmişdir
 
 231

oğlanları  İsmayıl xan və Behbudəli bəy, Mirzə  Əli bəyin atası  sərkərdə 
idilər. Qarabağ Pənah xanın əsrinədək və o zamanda şəhərsiz mahalat və 
əksəri ilat var idilər. Pənah xan mərhum Şuşa qalasını ki, şəhər bina elədi, 
ondan sonra tamam Gəncə  və  Ərdəbil və Qaradağ  və Naxçıvan 
hakimlərinə hökmü işlədi. Ərdəbildə Dərgahqulu bəyi hakim qoymuşdu. 
Şul xanlarm övladlarından həmişə zaval rəsmi ilə hüzurunda gətirib, 
saxlardı. Pənah xan, Meğri, Güney mahalatını  Bərgüşad çayınadək 
Qaradağ hakimindən məxuz edib, təsərrüt etdi. Tatef və Sisyan 
mahallarını Naxçıvan hakimindən (ahb) ixtiyarına keçirdi. Zəngəzur və 
Qapanat (Qafan) mahallarının Təbriz bəylərbəyisindən xilas edib, öz 
itaətinə  gətirdi. Tərtər çayını  Uşacıq günbədindən yuxarı Göyçə 
sərhədinədək ki, Kolanı  məskənidir,  İrəvan hakiminə tabe olardılar, 
hakimi-İrəvandan əxz qılıb, zəbt elədi. Xudafərin körpüsündən, ta Kürək 
çayınadək Gəncə hakimlərinə aid idilər. Onları  həm Gəncə hakimindən 
mərxuz edib malik oldu. Bunlardan əlavə, ilati-Kəngərli dəstəsi bir 
minbaşıya tabe olar. Naxçıvandan gəlmədir və  Dəmirçi Həsənli həm 
Gürcüstanda olan Dəmirçi Həsənlidəndirlər, sahibi-rəiyyət və sahibiləva 
olmuşdular. Bir minbaşıya tabe vardırlar. Cinni tayfası dəxi bir minbaşıya 
tabe yenə Gürcüstandan gəlmişlər. Təmamisi Pənah xan mərhumdan izzət 
və hörmət və ədalət görüb, öz xahiş və rizaları ilə onun yanına gəlib və 
ona müti olublar. Onlara yurd və məskən, yaylaq və aran mühəyya edib, 
Qarabağda sakin olublar. İxlas ilə  Pənah xana xidmət edib, hamısı 
Qarabağlı  mənsub olmuşlar. Və illa Qarabağın  əsil ilatı dihatdan savayı 
Cavanşir və  Kəbirli və Otuzikililərdirlər. Qalanları tamam Pənah xan 
təxti ələ gətirdikdən (sonra) Qarabağ cümləsinə lahəq etmişdir. Mərhum 
İbrahim xanın  əyyami-hökuməti qırx yeddi ilə (yaxın) olub ki, min yüz 
yetmiş dörd tarixi-islamiyyədən, ta min iki yüz iyirmi bir tarixədək
1
 
Qarabağda hökumət edib. Əgərçi adı xan olub, amma balaca padşahlar 
kimi  əsası  və calalı  və ixtiyari-kamil olub, əyyami-hökumətində heç bir 
padşaha itaət etməyib, xərac verməyib, istiqlal və ixtiyari-təmam ilə 
hökumət qıhbdır. Ağa Məhəmməd şah Qarabağa qala üstə gəlməmişdən 
müqəddəm.  İbrahim xanın  şahlıq  əsası var imiş ki, əksər vilayəti-
Azərbaycana hökmü cari olub, Naxçıvan, 
 
 
                                                 
1
 
Miladi tarixi ilə 1760-1806-cı illərə uyğun gəlir
 
 232

Xoy,  Ərdəbil, Gəncə,  Şirvan, Talış,  Şahsevən, Marağa, Təbriz, hətta 
Qaplankuhədək İbrahim xana əksər vaxt müti olubdur. Şahverdi xan ki, 
Pənah xan əsrində  Gəncə hakimi idi. Pənah xana müti olub. O vəfat 
edəndən sonra onun oğlu Məhəmməd xan İbrahim xanın əmri ilə hakim 
təyin olundu. Əvvəl Tutu bəyim adlı bir bacısını İbrahim xana verib, iki 
qızı  şul həramdən olub, ondan o vəfat edib, ikinci bacısı Xurşid bəyimi 
yenə  İbrahim xan alıb ki, Mehdiqulu xan o Xur-şudbanu bəyimdən 
olubdur. O cümlədən Mustafa xanı  Şirvanda  İbrahim xan mənsub edib, 
Şəkidə  Səlim xanı  və qardaşı  Məhəmmədhəsən xanı yenə  İbrahim xan 
hakim mənsub eləyib, Talışda Mir Mustafa xanı  həm  İbrahim xan nəsb 
edib,  İbrahim xan mərhumun Qarabağda və sair vilayətlərin müti 
olanlarından əlavə, oruz beş minədək ev itaətində olub. On iki minədək 
dəftəri-məxsusi qoşunu var idi ki, həmişə zira-hökmündə və adları siyahı 
və  dəftərdə yazılmış qoşun idi. Amma zərurət vaxtı öylə  rəşid adamlar, 
çerik və tüfəngçi hazır olardılar. Dağıstanın Avar hakimi Ümmə xanın 
bacısı Bikə  ağanı da almışdı, çox şirin qohum idilər. Hər vaxt xahiş 
edəndə, Dağıstandan və ləzgi qoşununu götürüb bir yerdə düşməni olsa, 
onlara tənbeh və siyasət edib, özünə müti edərdi. İbrahim xan əlavə çox 
xanların qızların alıb və qız verib qohum olmuşdu. O cümlədən Şahsevən 
xanı  Nəzərəli xanın bacısını  əvvəl almışdı ki, ondan üç qızı olmuşdu. 
İbrahim xanın calal və hökuməti həmişə artıq olub, ta ki, Ağa Məhəmməd 
vaxtıvadək. Elə ki Ağa Məhəmməd  şah Qarabağa gəlib, bu vilayətləri 
xarab və aclıq etdi. Ondan sonra xarablıq olub, əksər xalq vilayətlərdə 
əfsurdə olub dağıldüar. Pərişanlıq əmələ gəlib, xanın calalı və hökuməti 
və ümuru və vilayəti bir az kəsir və qüsur və  nəqs və fütur hasil etdi. 
Amma Fətəli  şah  İranda cülus edəndə yenə  İbrahim xana hörmətlər və 
mərhəmətlər çox edirdi. Qızı  Ağa Bəyim ağanı alıb, qohum olmuşdu. 
Qaradağın vilayətinin təmam mədaxilini İbrahim xana vermişdi. Qarabağ 
dəxi təmam özunün xalisəsi idi. Ta ki, İbrahim xan Rusiya imperatoru 
Aleksandr Pavloviçə itaət edənədək, Qaradağ hakimlərini yenə  İbrahim 
xan təyin edirdi. 
 233

  
ASAR VƏ İMARƏT Kİ, MƏRHUM 
İBRAHİM XANDAN QALIBDIR 
 
Əvvəl, Şuşa qalasının sabiq divan və bansı idi ki, üç il müddəti yaxşı 
mühəndis peşə ustadları  tərəfindən təmir olub, 1198 (1783-84)-ci ildə 
itmam bulmuşdu. Sonra əmnai-dövləti-Rusiya pozub əlavə yaxşı 
möhkəm bina və  təcdid etdilər. Amma yenə  bəzi məhəllələrində xanın 
təmiratından əsər və nişanəsi hənuz baqi qalmışdı. 
İkinci, qalada vaqe böyük məscidi-camedir ki, daş və əhəng ilə səneyi 
1182 (1768-69)-ci tarixdə  təmir etmişdi. Amma sonra köhnə olmuşdu. 
1281 (1864-65)-ci ildə öz mükərrəmə  qızı Gövhər ağa təcdidi-imarət 
qılıb, yaxşı artıq möhkəm səliqə ilə təğdidən təmir elədi və iki ali minarə 
müzəyyid elədi. Əlavə bir qeyri məscid dəxi Gövhər ağa mərhumə qalada 
tikib. O hər iki məscidə dünyadan gedəndə çox kəndlər və  əmlak və 
mədaxil və pul vəqf edibdir ki, indi də şul vəqfiyyat davam edir. Gövhər 
ağadan sonra haman xərc ilə Gövhər ağanın ikinci məscidini mühəndis 
Kərbəlayı  Səfi xan Qarabağinin səy və  sənəti ilə  əlavə, xoş  səliqə ilə 
möhkəm təmir edirlər. Bu 1290 (1873)-cı ildə çox mərqub və pəsəndidə 
olubdur. 
Üçüncü,  İbrahim xanın təmiratında iki mərqub imarətlər idi ki, öz 
evləri idi. Birisində Xurşidbanu bəyim, Mehdiqulu xanın anası sakin 
olardı. Birisində Ümmə xan Dağıstanlının bacısı Bikə ağa olurdu. Onların 
birində şimdi Mehdiqulu xanın evi sakindir. Birisində Əhməd xan evidir. 
Sonra təcdidi-imarət ediblər. Xanın divanxana evini dəxi  şimdi qoşun 
kilsəsi edib, mərqub kilsə bina ediblər. 
Dördüncü, Ağdam kəndində bağlar və hasarlar və üç günbəzi-alidir ki, 
Pənah xanın və sair övladlarının qəbirləri üstündə bina etmişdi. Böyük 
çarsu damları var ki, Pənah xanın atası İbrahimxəlil ağanın qədimi ocağı 
və evidir ki, yonma daş ilə tağbənd təmir olunmuşdu. Amma Ağa 
Məhəmməd şah gələndə o səmtdə ordu eləmişdi. Tiflis təsxirinə gedəndə 
günbəzləri və evləri xarab etmişdilər. Sonra mərhum Mehdiqulu xan 
irəlidən yaxşı təmir elədi. Dəxi bir ehsan bağı orada təmir olunub. Ətrafı 
hasar və barılı və bir böyük buzxana həm təmir olub. Yenə ehsan üçün və 
o məqbərələrə vəqf olunub ki, səhra xalqı ilat və dihat yay mövsümü və 
biçin vaxtlarında aparıb, sərf edərlər. Arazlılara götürüb məsrəf edirlər. 
Əlbəttə ki, min yük 
 234

buz və  bəlkə ziyadə  məsrəf olur. Yaxşı ehsandır. Bunları  mərhum 
Mehdiqulu xan təcdidi ziyadə edibdir. 
Beşinci, Xan bağmdakı imarətlərdir ki, qəleyi-Şuşanm bir ağaclığında 
vaqedir. Bağlar və tövlələr və buzxana və dəyirmanlar və arxlar bina edib 
qayırmışdı. Nəhayət, 1826-cı ildə  Qızılbaş qoşunu gəlib, tamam onlan 
yandınb, xarab etmişdilər. Amma sonra fərzəndi-ərşədi Mehdiqulu xan 
ziyadə  səliqə ilə  təmir edib, yaxşı karvansara və dükanlar həm orada 
təmir etmişdir. 
Altıncı,  İbrahim xanın bir ümdə  əsəri dəxi  Əsgəran dağının iki 
qalasıdır. Çünki Şirvan və Şəki və Dağıstan xalqı Pənah xan ilə düşmən 
idilər. Ehtiyatən vəsiyyət elədi ki, hərgah mənə fürsət olmasa, gərək 
mənim oğlum İbrahim Xəlil bu iki dağın arasında iki qala təmir edə ki, 
düşmənçilik vaxtında Əsgərandan, ta Şuşa qalasınadək iyirmi səkkiz verst 
olur. Və  ətraf möhkəm meşə  və qayalı dağlardır ki, böyük dərələr və 
səhralar vardır.  İlat xalqı o dağlarda və  dərələrdə  sığınaq edib, Əsgəran 
qalalarında qoşun və tüfəngçi qoysalar, düşmən keçib qala üstə müşkül 
gələ bilər.  Əgər gələ bilsələr də, çəpavül edib, mal-məvaşi qarət edib, 
apara bilməzlər. Ona əsasən İbrahim xan iki qala - biri məşriq tərəfindən 
və birisi məğrib tərəfindən əhəng və daş ilə bürc və barını möhkəm təmir 
elədi. Belə ki, Ağa Məhəmməd şah qala üstən köçüb Tiflisə gedən vaxtda 
o qalalardan keçib gedə bil-mədi.  İyirmi gün müddəti  Şuşa qalası ilə 
Əsgəran arasmda şahın qoşunu məəttəl qaldı. Nə  qədər ki, böyük 
toplarını o qalaya atdı, bir zərər edə bilmədi. Orada çox adamlar qətlə 
yetişdi. Çox zərər və nöqsanlar oldu. Axırül-əmr, İbrahim xan əmr eylədi, 
qoşun oranı boşaldıb,  Şuşa qalasına gəldilər. Ondan sonra şahın qoşunu 
oradan keçib gedib, Qarqar çaymın kənarında yavuq ordu elədilər. 
Yeddinci, Şuşa çayının Xəzinə qayasında, qayanın ortasında qırx-əlli 
sajin yer, eni və uzunu olan məqamda ki, oradan çaya yüz sajin və ondan 
yuxarı qayanın başına beş yüz sajin iltifa olub, otaqlar təmir etdirir ki, 
məhz qayanın arası ilə o otaqlara bir nazik yol gedir. O da piyada 
yoludur. Qalan yerləri tamam qayadır. Yol yoxdur. Qalanın içindən  şul 
imarətlər olan yerə qayanın başından tüfəng atsalar, çətinlik ilə yetişir. 
Qayanın üstündən şul yerə daş və qaya salsalar, o imarətləri görməz, çaya 
gəlir. Yenə onun qənşərində  Şuşa qalası  tərəfində bir böyük mağara 
vardır ki, dərinliyi məlum olmaz. Onun 
 235

ağzına yavuq Məlik Şahnəzər özünə otaqlar və evlər tikdirib ki, xanın o 
imarətləri ilə qabaq-qabağa ki, düşmənçilik vaxtı olanda o imarətlərdə 
olanlar bir-birinə himayət edib, düşməni qoymayalar və aralarından Şuşa 
çayı axıb gedir ki, çayı  və suyu düşmən kəsə bilməz. Belə ki, 1826-cı 
məsihiyyə ilində naibüssəltənə Abbas Mirzə qoşun ilə Qarabağa, qala 
üstə  gələn vaxtda Şuşa kəndinin xalqı o Məlik  Şahnəzərin mağara 
ağzmda olan imarətlərində  sığınaq etmişdilər. Qalaya gəlib-gedirdilər. 
Qoşunun və  şəhər  əhlinin taxılını aparıb, un edib, gətirirdilər. Çaydakı 
dəyirmanları onların səbəbinə Qızılbaş qoşunu ala bilmədi. Qalaya külli 
nəfi oldu. 
 
MƏRHUM MEHDİQULU XANIN 
ƏYYAMİ-HÖKUMƏTİ 
 
General-mayor sahibi-həmail mərhum Mehdiqulu xan 17 il Qarabağda 
xanlıq və hökumət edibdir. Belə ki, çün mərhum İbrahim xan məqtul oldu 
mayor Lisaneviç pristavit etməyinə görə 1806-cı ilin sentyabr ayının 19-
cu günü imperaturi-əzim Aleksandr Pavloviç peyrəvidən fərmani-
hümayun sadir olub, Qarabağın əhlinə yazıhb ki, Mehdiqulu xanın xanlıq 
və hökumət  əmrinə  mənsub etdim. Onun itaətində olasımz. Xan dəxi 
haman ildən hökuməti-Qarabağa mənsub olub, müddəti - 17 il və bir neçə 
ay ziyadə hökumət qılıb, ta ki, 1823-cü ildə ki, məğşuşluq olub, Arazın o 
tərəfınə  Qızılbaşa qaçdı. Ondan vilayəti-Qarabağ dövləti-Rusiya 
ixtiyanna yetişdi. Zakon və zabitə qeyri səyaq olundu. Mehdiqulu xan 
çox səxavətli və güzəştli və  kərim kimsənə idi ki, əyyami-hökumətində 
tamam Qarabağda olan nücəba və nüğəvalara və qeyrilərə  kəndlər və 
rəiyyətlər verib və qürəbalara və üləmalara və fuqəralara ehsan və iltifat 
çox eyləyibdir. Dəxi  əhvalat riyasəti-dəftərlərdə  və dillərdə  mənkur və 
məlumdur. 
Xofı-tətvil üçün ziyadə yazılmadı. Mehdiqulu xana imperator Nikolay 
peyrəvidən həmail nişanı  və hörmət fərmanı 1838-ci ilin oktyabr ayının 
30-cu günü verilib, yetişmişdi. 
 236

 
  
 
 
 
 
 
 
 
 
RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU 
PƏNAH XAN 
VƏ İBRAHİM XANIN 
QARABAĞDA 
HAKİMİYYƏTLƏRİ 
VƏ O ZAMANİN HADİSƏLƏRİ 
 
 237

RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU 
 
Rzaqulu bəylə Mirzə Camal oğlu Vəzirovun həyatı yaxşı 
öyrənilməmişdir. Mənbələrdən məlumdur ki, o, XIX əsrin  əvvəllərində 
Tiflis  şəhərində praporşik vəzifəsində  işləmişdir. Adolf  Berje Mirzə 
Camalın "Qarabağ tarixi" əsərini ruscaya tərcüme edib 1855-ci ildə 
"Kavkaz" qəzetində çap edərkən Rzaqulu bəydən atasının tərcümeyi-
halını almışdır. A.Berje yazır ki, onu Rzaqulu bəylə Mirzə  Fətəli 
Axundov tanış etmişdir. 
Rzaqulu bəy özü yazdığı kimi atası Mirzə Camalın "Qarabağ tarixi"ni 
xülasə etmiş və əsərə bəzi əlavələr etmişdir. Rzaqulu bəy ədəbiyyat tarixi 
üçün elmi maraq doğuran daha iki əsər yazmışdır: 
1. "Müqəddimati-keyfiyyəti bəzi  əhvalat və  sərgüzəşti Axund Molla 
Əlipənah Vaqif təxəllüs". 
2. "Müqəddimati-sərgüzəşti Qasımbəy Zakir təxəllüs mərhumun bəzi 
əhvalatları". Rzaqulu bəy Mirzə Camal oğlu Vəzirovun oxuculara təqdim 
olunan həmin  əsəri Azərbaycan SSR EA-nın  Əlyazmaları  İnstitutunda 
mühafizə olunan (B-470 nömrəli  şifrli, inv.
  № 
2088) farsca əlyazma-
sından tərcümə olunmuşdur. 
  
 
  
 238

...Əql və bilik sahiblərinə gizlin və örtülü deyildir ki, hər vilayətin 
keçmiş vaqiələrini, hadisələrini, vəziyyət və keyfiyyətini bilib, onlardan 
xəbərdar olmaq məlumatın artmasına səbəbdir. Xüsusən bu, qüdrətli 
hakimlər üçün çox faydalıdır. 
Ona görə  də bu həqir fədakarın atası Qafqaz məmləkətinin məşhur 
adlı-sanlı alimləri və Rusiyamn şövkətli dövlətinin qədim sədaqətli 
işçilərindən olan Qarabağ vilayətinin xanları dövründə  həmişə 
səlahiyyətli kargüzar olub, yüksək və şövkətli dövlət başçılarının yanında 
xidmət etmiş, əziz və möhtərəm tutulan vəzir Mirzə Camal bəy Cavanşir 
dövlət başçılarma öz məhəbbət və  bəndəliyini göstərmək məqsədilə 
Qarabağ vilayətinin  əhvalatını doğru və dolğun bir tarix şəklində yazıb, 
onların şanlı hüzurlarma təqdim etmiş, lütf və ehsanə nail olmuşdu. 
Şərafətli və yüksək nəslə  mənsub olan hökmdar, şahzadə Velikii 
knyazın - onun yüksək olan calalı daimi olsun - vücudu bu ölkelərin 
ümidvar və başıuca olmaq istəyən  əhalisi üzərinə  şahın iltifat nurunu 
saçdığı  sədaqətli bir dövrdə bu fədakar praporşik Rzaqulu bəy mərhum 
Mirzə Camal bəy oğlu yuxarıda adı çəkilən öz atasının yolu ilə getməyi 
vacib bilərək, onun yazdığı tarixi, oxucunun şövqini artıran xoş və qəşəng 
ibarələrlə xülasə edib, əlahəzrət  şövkətli və  şərufetli  şahzadəyə - onun 
yüksək olan calalı daimi olsun - hədiyyə etdi ki, yazdığı bu tarix 
vasitəsilə bu fədakarın yüksək və  şövkətli dövlətə qarşı olan qədim 
sədaqətli və bəndəliyi onun günəş əsərli nəzərinə çatsın. Xoşlayıb qəbul 
edəcəyinə və hədiyyənin kiçikliyinə göz yumacağına ümidvaram. 
 
B ey t: 
Bağışlamaq Süleymana bir çəyirtkə ayağın 
     Eyb olsa da, lakin bu iş qarışqa üçün hünərdir. 
 239

  
QARABAĞ VİLAYƏTİNİN VƏZİYYƏTİ, 
SƏRHƏDLƏRİ VƏ İQLİMİ HAQQINDA 
 
Qədim tarixlərdə yazıldığı üzrə Qarabağ vilayəti Araz çayının 
Xudafərin körpüsündən, indi Qazaxla Dəmirçi Həsənli (kəndi) arasında 
sərhəd olan və Rusiya dövlət başçılarının Qızıl körpü və ya Krasnıy most 
dedikləri Sınıq körpüyə  qədər olan məsafədən ibarətdir. Qərb tərəfi 
Qarabağ dağları, Gəncə, Şəmsəddin, Qazax mahalıdır. Cənub tərəfi Araz 
çayı; şimal tərəfi Kür çayı, Şərq tərəfi isə Cavad kəndidir ki, burada Kür 
və Araz çayları birləşərək, gedib Xəzər dənizinə tökülür. 
Nəhayət, vilayətdə baş verən iğtişaşlarla əlaqədar olaraq İran, Rum və 
Türküstan padşahları buralara gəlib bu vilayətləri ələ keçir-dikdə əlahiddə 
sərhədlər qoymuş, qalalar tikdirmiş və onlara ayrı-ayrı adlar vermişlər. 
Hal-hazırda, Qarabağın müəyyən edilmiş sərhədi cənub tərəfdən Araz 
çayı  və  şimal tərəfdən Gəncə  sərhədində olan Kür çayıdır. Qarabağ 
vilayətinin eni bu iki çay arasındakı  məsafədən ibarətdir. Xanlar 
dövründə ölçülüb hesablandığı üzrə 26 mildir (1 mil 7 verstdir). Şərq 
tərəfdən Cavad kəndi və qərb tərəfdən Güşbək, Salvartı və Ərikli adlanan 
Qarabağ dağlarıdır. Qarabağ vilayətinin uzununu təşkil edən bu dağların 
boyu 39 mildir. 
Qarabağ vilayəti Aran məmləkəti vilayətlərindən biridir. Nuh 
peyğəmbərin tufanından uzun müddət keçdikdən sonra Kür və Araz 
çayları arasında Tiflis, İrəvan, Gəncə, Naxçıvan, Ordubad, Qarabağ 
torpağında olan Bərdə  və  Bəyləqan (indi Bəyləqan  şəhəri xarabadır və 
Bərdə  şəhərinin yerində  Bərdə  rəiyyətindən bir kəndin  əhalisi qədər 
camaat qalmışdır) şəhərlərindən ibarət nə qədər vilayət və şəhərlər varsa, 
hamısma Aran demişlər. Nuhpeyğəmbərin övlad və  nəvələrindən Aran 
adlı birisi bu vilayətlərdə hökmranlıq etmiş və özünün adını bu mülkə və 
vilayətlərə qoymuşdur. 
Qarabağda ilk əvvəl bina olunmuş  şəhər Bərdə  şəhəri və qalasıdır. 
Bərdə  Tərtər çayının başında, cənub tərəfdən Kürün 3 verstliyindədir. 
Lakin hicri 36-cı (miladi 656-657-ci illərdə) bəniümeyyə  xəlifələrinin 
Dəməşqdə  xəlifəlik etdikləri dövrdə  Bərdə  şəhərinin  əhalisi müsəlman 
oldu. 
 
  
 240

Ondan sonra Bəyləqan  şəhəridir. Bu şəhəri  İran və Fars 
padşahlarından Qubad padşah, təxminən 1500 il bundan əvvəl bina 
etdirmişdir. Araz çayınmdan bir böyük arx çəkdirmişdir. Bu arx, 
Köndələn çayından tutmuş Qarqar çayına qədər Bəyləqanın təxminən 6 
ağacdan ibarət olan geniş  səhrasını suvarırdı. Qubad padşah bu səhrada 
kəndlər saldırmış, rəiyyətlərə yer və məskən vermişdi. Bu yerlər başdan-
ayağa əkin və bağ idi. Haman arxın adı qədim tarixlərdə Barlas idi, indi 
isə Kovurarx adı ilə  məşhurdur. Bu şəhər, kəndlər və arx Çingiz xanın 
dövrünə qədər abad idi. 
Monqol Çingiz xanın qoşunu hicri 635-ci, miladi 1239-cu ildə
1
 gəlib 
buranı mühasirə etmiş  və bir neçə aydan sonra şəhəri tutaraq bütün 
xalqını  qırdı. Bu vilayətin kəndliləri isə Qarabağ  və  Şirvan dağlarına 
dağıldılar. Bəyləqan şəhəri və haman böyük arx, Teymurun Türküstandan 
Rum vilayəti üzərinə hücum edərək müharibədə oranın hakimi Soltan 
Bayazidə qalib gəlincəyə  qədər xaraba halında idi. Teymur oradan 
qayıtdığı zaman Bəyləqanı yenə əvvəlki kimi abad etdi. Oraya çoxlu əhali 
topladı  və haman arxı  təkrar  şəhərə  çəkdirdi. Bir müddət bura abad idi. 
Səfəvi padşahları və Nadir şah dövründə qoşunların Gürcüstan və Şirvan 
tərəflərinə yürüşündən və Tiflis, Gəncə, Qarabağ,  İrəvan və Naxçıvanı 
zəbt etmiş osmanh dövləti qoşunları ilə edilən müharibədən Bəyləqan 
təkrar viran oldu və əhalisi dağıldı. İndi arx xaraba halındadır. 
Doğrudan da bu çox mənfəət verən böyük bir arx idi. Bu arxdan 
suvarılan taxıl, çəltik və pambıq  əkinləri, ipək qurdu üçün salınmış tut 
bağları və başqa bitkilərin zəmiləri bol məhsul verə bilər. Demək olar ki, 
bir çetvert
2
 buğdadan 20 çetvertdən artıq məhsul  əldə etmək olar. 
Xüsusilə, çəltik və darı əkilərsə, təxminən bir çetvertindən əlli çetvertdən 
artıq məhsul götürmək olar. Əkməyi də asandır. Belə ki, bu işi iki baş 
öküzlə yaxşıca görmək olar. Əgər bu yerlərdə qayda-qanunla arxlar 
çəkilsə, yəqin ki, 5-6 min ailə özləri üçün kəndlər və bağlar salaraq gen-
bol yaşaya bilərlər. 
Bu böyük arxdan başqa, qədim zamanlarda Araz çayından Bəyləqan 
şəhəri çölünə bir neçə arx da çəkdirilmişdi. Hər arxın başında 
                                                 
      
1
 Hicri 635 - miladi 1237-1238 
2
Bir çetvert-250 puddur. 
 
 241

 
100-200 evdən ibarət böyük və abad kəndlər var idi. Bu kəndlər taxıl, 
çəltik, ipək və pambıq məhsulundan çoxlu mənfəət əldə edirdilər. 
Bəyləqan şəhəri 300 il bundan əwəl xarabalıq olduğuna baxmayaraq, 
mərhum Pənah xan və  İbrahim xan hakimiyyətinin ilk dövrlərində bu 
arxlar abad idi, mərhum xanlar bu arxların gəlirindən faydalanırdılar. 
Arxların adları belədir: 
1. Kürək arxı; 2. Luvar arxı; 3. Meymənə arxı; 4. Gəmiçi arxı; 5. Sarı 
arx; 6. Ayaz arxı; 7. Qaşqay arxı; 8. Xan arxı. 
Doğrudan da Qarabağ vilayətinin abı-havası yaxşılıqda, təmizlikdə və 
gəlirdə cənnət kimidir və olduqca məhsuldardır. Əgər Qarabağ vilayətinin 
rəiyyətləri sair vilayətlərin rəiyyətləri kimi gəlir  əldə etməyə  və  əkin 
işlərinə  səy və  cəhd etsələr, həddindən artıq varla-narlar. Camaatın 
tənbəlliyinə baxmayaraq, Qarabağ vilayəti Rusiya dövlətinin himayəsi 
altına daxil olandan və İran dövləti ilə sülh bağlandığı tarixdən etibarən 
hər tərəfdə rahatlıq və asudəlikdir. 
Yüksək olan Allaha şükür olsun ki, Rusiyanın mərhəmətli böyük 
imperatorunun və  əziz xaqanının  əbədi olan dövlətinin bərəkətindən 
burada çoxlu bağlar salınmış, zəmilər  əkilmiş, arxlar çəkilmiş, mal və 
heyvan misli görünməmiş bir dərəcədə artmışdır. Adamlar çox zaman, 
qədim vaxtlardan bəri Qarabağa mənsub olan ata-baba yaylaqlarına və 
qışlaqlarına yiyələnə bilmirdilər.  Şükür olsun Allaha, indi onlara sahib 
olub, tam xatircəmlik və firavanlıqla yaşamağa nail olmuşlar. Onların 
dövləti, mülkü, mal-qarası ildən-ilə artmaqda və yaşayışları 
yaxşılaşmaqdadır. O cümlədən  Şuşa  şəhərini göstərmək olar. Şuşanın 
bazarı, küçələri və ali imarətləri böyük imperatorun əbədi dövlətinin 
sayəsində həddindən ziyadə genişlənmiş və artmışdır. Şuşa şəhərinin xoş 
havası  və qalasının möhkəmliyi məşhurdur. Onun misli heç bir 
məmləkətdə görünməmişdir. 
Allah rəhmli və  ədalətli padşahın mərhəmətini bu yerin əhalisinin 
başının üstündən  əskik eləməsin.  Əlahəzrət böyük imperatorun və  əziz 
vəliəhdin rəhm və mürvətini ümum sədaqətli nökərlərinə  və 
xidmətçilərinə aid eləsin. Padşahın vilayətinin  əhalisinə  bədbəxtlik və 
səadətsizlik nəsib etməsin. Amin. 
 
  
 242

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin