MƏRHUM İBRAHİM XANIN HÖKUMƏT VƏ
İSTİQLALI HAQQINDA
Hicri 1174 (1756)-cü ildən
1
hicri 1221 (1806)-ci ilə qədər mərhum İbrahim
xan İran və Türkiyə padşahlarına tabe olmadan Qarabağ hökumətinin taxtında
oturmuş və onun hökmü və əmri Şəki, Şirvan, Gəncə, İrəvan, Xoy, Naxçıvan,
Qaradağ, Təbriz və Ərdəbil, hətta Marağa, İraq və Azərbaycanın sərhədi olan
Qaplanguhə qədər işləyirdi. Vilayətlərin xanlan onun əmri ilə təyin edilir və ya
vəzifəsindən çıxarılırdı. Dağıstan vilayətinin valisi Nüsal xanın oğlu Ümmə
xanın möhtərəm bacısını alaraq onunla qohum olmuşdur. Lazım olan zaman
Dağıstan və ləzgi vilayətindən qoşun istəyirdi. İbrahim xan Ümmə xanın və
başqa sərkərdələrin başçılığı ilə Qarabağa gələn qoşunu öz övladları və Qarabağ
qoşunu ilə birlikdə lazım olan yerlərə göndərir, istədiyi adamı tənbeh edir və öz
itaəti altına çəkirdi. Habelə Şahsevən, Qaradağ, Xoy və Gəncə vilayətlərinin
xanları ilə qohum olmuşdu. Bunların hamısı istər zor və istərsə qohumluq
vasitəsilə mərhum İbrahim xanın hakimiyyətini canbaşla qəbul etmişdilər. O
hətta Təbriz və Qaradağ vilayətlərinin bəzi mahallarını özünün adlı-sanlı
sərkərdələrinə bağışlamışdı ki, onların gəlirindən faydalansınlar.
Mərhum İbrahim xan padşah deyildisə də, onun dövləti və calalı İran
padşahlarınkına çatmışdı. Yuxarıda adları çəkilən vilayətlərdən xanların oğul-
uşaqlarını gətirdib, həmişə Şuşa qalasında girov saxlayırdı.
Kərim xanın vəfatından sonra Məhəmmədhəsən xanın Şirazda girov saxlanan
oğlu Ağa Məhəmməd xan oradan qaçıb hakimiyyət iddiasına düşdü. Bir neçə il
çalışdıqdan sonra İraq və Fars vilayətlərini əlinə keçirib Tehran şəhərini özünə
paytaxt etdi. Hicri 1207 (1792-1793)-ci ildə Azərbaycan vilayətinə gələrək
İrəvan və Talış vilayətlərindən başqa Araz çayının cənubunda olan bütün
vilayətləri zəbt etdi. Ağa Məhəmməd xan mərhum İbrahim xana əvvəlcə qılmc,
xələt və qızıl yəhərli at göndərib, onu özünə tabe olmağa çağırmışdı. Mərhum
İbrahim xan da zahirdə ona itaət edəcəyinə söz vermişdi. Arada elçilər gedib-
gəlirdi.
1
Hicri 1174-cü il miladi 1760-1761-ci illəre düşür. Lakin müəllif səhv edir.
İbrahimxəlil xan Qarabağda xanlığa 1759-cu ildən başlamışdır.
255
Mərhum İbrahim xan özünün əmisi oğlu Əbdüssəməd bəyi, bacarıqlı və
şirindilli Baharlı Mirzə Vəli ilə birlikdə girov olaraq Ağa Məhəmməd xanın
yanına göndərdi. Ağa Məhəmməd xan onları öz yanında artıq hörmət və ehtiram
ilə saxlayırdı.
Bu arada Ağa Məhəmməd şah Kirman vilayətində şahlıq iddiasına düşmüş öz
düşməni olan igid və səxavətli Lütfəli xan Zəndə qalib gələrək Kirmanı tutdu və
bürün əhalisini qırdı. 1209 (1794-1795) hicri ilində Ağa Məhəmməd şah mərhum
İbrahim xana bir para çətin təkliflər etdi və əlaqənin pozulmasma səbəb ola
biləcək işlər üz verdi. Əbdüssəməd bəy və Baharlı Mirzə Vəli neçə nəfər nökərlə
Ağa Məhəmməd xanın yanından qaçdılar. 20 gün yol getdikdən sonra Qızıl Özən
çayına çatdılar. Şahın göndərdiyi adamlar onlardan qabağa düşüb Sərcəm
kəndinin əhalisinə xəbər vermişdilər. Yolları kəsmiş piyada və atlılar
Əbdüssəməd bəyə rast gələrək vuruşdular. Bu davada Əbdüssəməd bəyin dizinə
güllə dəyib yaralandı. Yaralı Əbdüssəməd bəyi, yoldaşlarını və Mirzə Vəlini
tutdular. Əbdüssəməd bəy, orada həmin güllə yarasından öldü. Başqa tutulanları
şahın yanına apardıqdan sonra Tehran şəhərində həbs etdilər.
Ağa Məhəmməd şah Şuşa qalasının ətrafında olan zaman onunla İbrahim xan
arasında elçilər vasitəsilə danışıq gedirdi. Bir dəfə mərhum İbrahim xanın
sifarişlərindən qəzəblənib, fərman yazdı. Ona əsasən Mirzə Vəlini Tehranda
topun ağzına bağlayıb atdılar. Yerdə qalan on nəfər dustağı da öldürüb, bir
nəfərini belə salamat qoymadılar. Allah onlara rəhmət eləsin.
Ağa Məhəmməd şah Şuşa qalası ətrafında olan müddətdə davalarda və
yollarda onun o qədər xanı və əmiri öldürülmüşdü ki, mərhum Əbdüssəməd
bəyin və Mirzə Vəlinin öldürülməsi, həqiqətən, onların mindən biri olmazdı. Elçi
öldürmək heç bir padşahın qanunda olmadığına baxmayaraq, Ağa Məhəmməd
şah, belə bir günahsız elçilərin öldürülməsinə fərman verdi. Allah xeyir işə
mükafat, şər işə isə cəza verər.
Nəhayət, haman ildə mərhum İbrahim xanla Azərbaycandan qayıtdıqdan
sonra özünə şah adı vermiş
1
Ağa Məhəmməd şahın arasında küdurət və inciklik
olduğuna baxmayaraq, zahirdə heç bir ədavət əlaməti görünmürdü. Fars və Şiraz
tərəflərində bir para inqilab
1
Ağa Məhəmməd xan 1796-cı ildə şah elan edilmişdi.
256
və iğtişaş üz verdiyindən Ağa Məhəmməd şah o tərəflərə gedib işlərini
islah və boyun qaçıranları itaətə gətirmək işi ilə məşğul idi.
1210 (1795)-cu ildə Ağa Məhəmməd şah Tiflis, İrəvan, Talış və
Qarabağ vilayətlərini istila etmək məqsədilə Azərbaycan tərəfə gəlib,
sərkərdələrinin ən böyüyü olan Şahsevən Əliqulu xanı bəzi xanlarla
birlikdə İrəvan qalasını almağa göndərdi, özü isə bütün İraq, Fars,
Xorasan və Azərbaycan qoşunu ilə Şuşa qalasınm üstünə gəlib, onun bir
ağaclığında Govaxan adlı yerdə ordu qurdu.
Tiflis valisi şövkətli İrakli xan, İrəvan hakimi Məhəmməd xan və
Talış hakimi Mir Mustafa xan, mərhum İbrahim xanla birlikdə Ağa
Məhəmməd şaha itaət etməyəcəkləri və həmişə müttəfiq olub bir-birinə
kömək edəcəkləri haqqında and içmişdilər. Buna görə İbrahim xan
Qarabağ ellərinin bəzisini Tiflisə, bəzisini isə Şirvan tərəfə, özünün
Şirvana təyin etdiyi Mustafa xanın ixtiyarına göndərdi. Siyahıda və
dəftərdə qeyd olunmuş qalan elləri və qoşunu Qarabağın dağlarında və
qalanın içərisində yerləşdirdi. Qarabağın elləri və mahallarından çoxlu
atlı və piyada qoşun toplayaraq, qalanın mühafizəsinə lazım olan bütün
vəsaiti tədarük edib böyük və kiçik toplarla şaha qarşı müharibəyə
hazırlaşdı. Ağa Məhəmməd şahın ordusu 33 gün qalanın ətrafmda
dayanıb, gücünün çoxluğuna baxmayaraq, qalanın beş verstliyində olan
çaylardan keçə bilmədi.
Qarabağın piyada və atlı qoşunu, kəndlərin və ellərin sərkərdələri
Vərəndə, Dizaq və Talış mahallarının məlikləri Qızılbaş qoşununu
meşələrdə, yollarda və keçidlərdə tutub qarət edirdilər. Onlar hər gün
vilayətlərdən ordu göndərilən at, dəvə, qatır və başqa tədarükat və taxıl
karvanlarını qarət edib, adamlarını əsir rutub mərhum İbrahim xanın
yanına gətirirdilər. İş bir yerə çatmışdı ki, o vaxtın pulu ilə bir qatır 4
manata, bir dəvə 6 manata və yaxşı atın biri 10 manata satılırdı. Ağa
Məhəmməd şah, Qarabağ qoşunlarının gecələr basqın etməsindən
qorxaraq, öz ordusunun ətrafında yaxşı və möhkəm bürclər düzəltdirdi.
Vərəndə mahalının piyadaları da Məlik Şahnəzər bəyin böyük oğlu
Məlik Cəmşid bəyin sərkərdəliyi ilə böyük işlər gördülər. Məlik Şahnəzər
bəyin ailəsi ata-babadan mərhum Pənah xana və İbrahim xana sadiq və
xeyirxah olub xidmət etmiş, mərhum Pənah xan və İbrahim xan da onlara
olduqca hörmət və mərhəmət göstərirdilər. Bunların məhəbbəti o
dərəcəyə çatmışdı ki, Məlik Şahnəzər bəy
257
məzhəbinin yol vermədiyinə baxmayaraq, qızı Hurizad xanımı İbrahim
xana ərə verdi. Bir gecə mərhum İbrahim xan tərəfindən Vərəndə
mahalına məlik təyin edilmiş haman Məlik Cəmşid bəyin əmri ilə
Vərəndə yüzbaşıları və piyada əhalisinin bir dəstəsi gedib Ağa
Məhəmməd şahın xüsusi tüfəngçiləri tərəfindən qorunan böyük bir bürcü
bir saatın içində rutdular. Onların tüfəngçilərindən 60 nəfərdən artığını
öldürdülər və iki-üç nəfəri diri tutub səhər açılan zaman mərhum İbrahim
xanın hüzuruna gətirdilər və İbrahim xanın bəxşiş və nəvazişinə nail
oldular.
Qarabağ qoşunları Qızılbaş qoşununa istər gecə, istər gündüz rahatlıq
vermirdilər. Şahın özü üç-dörd dəfə çoxlu qoşunla çaydan keçmək qəsdi
ilə qala tərəfə gəldi. Bu tərəfdən cəld piyadalar, qoçaq atlılar və adlı-sanlı
sərkərdələr qabağına çıxıb, mərdcəsinə dava etdilər və düşməni sındırıb
geri qaytardılar.
Bu zaman vaxtilə İbrahim xandan üz döndərib, Gəncə vilayətinə
gedərək oranın hakimi Cavad xanın yanında gün keçirən Çiləbörd
mahalının məliki Məlik Məcnun Cavad xanla birlikdə Ağa Məhəmməd
şahın yanına gəldilər. Ağa Məhəmməd şah onların məsləhəti üzrə böyük
bir məğlubiyyət və pərişanlıqla qalanın yanından köçüb, Gürcüstanı
tutmaq məqsədilə Tiflis tərəfə getdi. Mərhum İbrahim xan, bu xəbəri
şahın yola düşməsindən qabaq yuxarıda adı çəkilən şövkətli valiyə
çatdınb bildirdi ki, Ağa Məhəmməd şah qalanı almaqdan aciz qalıb
qoşununa və ordusunun heyvanlarına çoxlu zərər dəymişdir. Bu zərərin
əvəzini çıxmaq üçün Tiflisi tutmaq və Gürcüstan kəndlərini qarət etmək
xəyalına düşmüşdür. Onun fəsadını və hücumunu dəf etmək tədarükündə
olun.
Ağa Məhəmməd şah həqiqi mühasirə dövrü keçirmiş, heyvanlarını və
qoşununu rahat etmək üçün Ağdam yaxınlığında qərargah qurdurub bir
ay, bəlkə daha artıq istirahət etdikdən sonra Gürcüstan vilayətində və
Tiflis şəhərinə tərəf yola düşdü.
Cavad xanla Məlik Məcnunun hər yerdə qoşununun qabağmda gedib,
şaha bələdçilik edirdilər. Ağa Məhəmməd şah Tiflisə yaxınlaşıb, onu qısa
bir müddət ərzində tutdu. Şəhərin və ətraf kəndlərin əhalisini qarət və əsir
etdikdən sonra Tiflisi yandırıb Azərbaycan tərəfə qayıtdı. Kür boyu ilə
gedərək Cavad kəndi yaxınlığında, Muğanda qışlaq etdi.
258
Yaz vaxtı, İrəvan qalası hələ işğal olunmadığı halda yenə də Fars
vilayətində inqilab, Kirman və sair vilayətlərdə böyük iğtişaşlar üz
verdiyindən, şah o yerləri islah etmək niyyətilə Fars vilayətinə tərəf
hərəkət etdi.
Haman yaz fəslində, şah Fars vilayətində olduğu zaman, mərhum
İbrahim xan Gürcüstan valisinə də təklif edib, Dağıstandan qoşun gətirtdi.
Tiflisin xarab olmasına (Cavad xan) bais olduğu üçün Gəncə şəhərini
mühasirə etdi. Çox çəkmədi ki, Cavad xan yenə İbrahim xana tabe olub,
oğlunu və öz bacısını mərhum İbrahim xanın yanında əmanət qoydu.
Onun hökmündən və itaətindən boyun qaçırmayacağına söz verdi. Məlik
Məcnun bu davada öldürüldü.
RUSLARIN İLK GƏLİŞİ
Ağa Məhəmməd şah, hələ Fars və Xorasan vilayətlərində ikən böyük
sərdar general-anşef qraf Valerian Zubov əzəmətli imperat-riçə
Yekaterinanın əmr və fərmanı üzrə güclü və tükənməz qoşunla Dərbəndə
gəldi. Dərbənd qalasını rutduqdan sonra Şamaxıya gedib şəhərin
yaxınlığında ordu qurdu.
Mərhum İbrahim xan, oğlu Əbülfət xanı bir neçə nəfər Qarabağ
bəyzadələrinə qoşub peşkəş, sovqat və cins atlarla bərabər tam razılıq və
hüsn-rəğbətlə böyük sərdar general Zubovun yanına göndərib, Rusiya
dövlətinə ürəkdən itaət edəcəyini bildirdi. Eyni zamanda böyük
imperatriçəyə sədaqətini andıran bir ərizə də yazdı.
Böyük sərdar, Əbülfət xanın və sair Qarabağ bəyzadələrinin barəsində
lazım olan hörmət və ehtiramı göstərib, mərhum İbrahim xanın ərizəsini,
xanın etimadlı elçisi və özünün eşikağası ilə birlikdə Dərbənd və Qızlar
yolu ilə imperatriçənin hüzuruna göndərdi. Eyni zamanda bir knyazla
İbrahim xan üçün qiymətli sovqat və hədiyyələr göndərib, onu əzəmətli
padşahın əbədi mərhəmətinə ümidvar etdi.
Ətraf xanları, mərhum İbrahim xanın öz oğlunu böyük sərdarın yanına
göndərdiyi xəbərini eşitcək hamısı - Talış xanı Mir Mustafa xan, şirvanlı
Mustafa xan, gəncəli Cavad xan, hətta İrəvan, Naxçıvan, Xoy və Qaradağ
xanları mərhum İbrahim xanın yanına elçilər göndərib dedilər ki: “Biz
İbrahim xanın məsləhətindən çıxmırıq. Madam
259
ki, yüksək Rusiya dövlətinə itaət etməyi lazım bilmişlər, biz də mərhəmətli
Rusiya padşahına dostluq göstərib, ona itaət etməyi qəbul edəcəyik”. Mərhum
İbrahim xan adları çəkilən xanların məktublarını yenə də böyük sərdar Zubova
göndərdi.
Gürcüstan valisi Şirvan, Xoy və İrəvan xanlarına nisbətən daha böyük əzəmət
və calal, qədim ocaq, geniş vilayət və çoxlu dövlət sahibi olduğuna baxmayaraq,
bütün işlərdə mərhum İbrahim xanla məsləhət edir və onun göstərişindən kənara
çıxmırdı. Çünki, Avar hakimi Ümmə xan və Dağıstanın sair böyükləri mərhum
İbrahim xana yaxın və qohum olduqlarına görə ona itaət edirdilər. Gürcüstan
valisi ilə mərhum İbrahim xanın arasında düşmənçilik əmələ gəlsə idi Ümmə xan
və Dağıstanın sair xanları mərhum İbrahim xanın işarəsi ilə güclü qoşun götürüb
Gürcüstan üzərinə yürüş edərək, oraya böyük zərər vururdular. Məsələn, hicri
1199-cu ildə
1
Gürcüstan valisi ilə mərhum İbrahim xanın arasında düşmənçilik
törəmişdi. Avar hakimi Ümmə xan, çoxlu Avar qoşunu ilə Gürcüstan tərəfə
hərəkət edib, valinin Sığnaq qalasını və Gürcüstanı tutdu və çoxlu adam öldürdü.
Yerdə qalan arvad-uşağı əsir edərək, ətraf kəndlərin bir çoxunu soyub taladı.
Axıska vilayətinə, Süleyman paşanın yanına gedərək, qışı orada qaldı. Osmanlı
padşahından çoxlu bəxşiş və xələt alıb, yazda yenə Gürcüstan yolu ilə Dağıstana
tərəf hərəkət etdi.
Keçid və sərhəd üstündə olan Knyaz Abaşidzenin öz ailəsi ilə yaşadığı
möhkəm Vaxan qalasını mühasirə edib aldı. Qala əhalisindən çoxunu öldürdü.
Yerdə qalan arvad-uşağı əsir alıb mallarmı qarət etdi.
Knyaz Abaşidzenin bir qızmı peşkəş və sovqat kimi bəzi şeylərlə birlikdə
mərhum İbrahim xanın yanına göndərdi. Mərhum İbrahim xan o qızı aldı və
knyaz Abaşidzenin bu qızından İbrahim xanın bir qızı oldu. Haman knyaz
Abaşidzenin o biri qızını da Ümmə xan özü aldı. Belə işlərə görə də valinin
mərhum İbrahim xana çox ehtiyacı var idi. Şirvan, Şəki, Gəncə, İrəvan, Xoy,
Qaradağ, Naxçıvan, Talış, Təbriz, Şahsevən və Şəqaqi xanları mərhum İbrahim
xana itaət edərək, onun sözündən çıxa bilmədikləri kimi, Tiflis valisi də həm
səmimiyyət, həm də ehtiyat üzündən yüksək Rusiya dövlətinə itaət etməyə razı
olub, elçilər və ərizələr göndərmişdi.
1
Hicri 1199-cu il miladi 1784/85-ci illərə uyğundur. 258
260
Bunların hamısı yüksək Rusiya dövlətinə tabe olmağa hazırlaşdıqları
bir zamanda imperatriçə vəfat etdi. Böyük sərdar Zubov Əbülfət xanı
Qarabağ kəndxudaları və bəyzadələri ilə birlikdə izzət, hörmət və çoxlu
peşkəşlərlə yola salıb, mərhum padşah Pavelin əmrinə görə Rusiyaya
qayıdacağını mərhum İbrahim xana xəbər verdi.
Xan bu xəbərdən çox kədərləndi. O tərəfdən də Ağa Məhəmməd şahın
ədavəti artdı. Bəlkə də Ağa Məhəmməd şahın ürəyindən keçirdi ki, çoxlu
zərər görmədən, İbrahim xanı yumşaqlıqla özünə tabe etsin. Lakin
mərhum İbrahim xanın davasız, müharibəsiz əbədi Rusiya dövlətinə itaət
edib, səmimiyyət göstərməsi, islam və İran padşahından üz çevirməsi onu
olduqca qəzəbləndirib, yaz fəslində saysız-hesabsız qoşunla Azərbaycan
üzərinə getməyə vadar etdi.
Qarabağ vilayətində üç il tamam yağmursuzluq və quraqlıq olub, taxıl
və başqa dənli bitkilər bitmədiyindən bərk qəhətlik üz vermişdi. Taxılın
məzənnəsi o dərəcəyə qalxmışdı ki, hətta bir çetvert buğdanı o vaxtın
pulu ilə 45 manata çətinliklə almaq olurdu. Vəziyyətin belə bir
çətinləşdiyi vaxtında Ağa Məhəmməd şah Qızılbaş qoşunu ilə Araz
kənarına gəlib çatdı. Neçə illik qəhətlik və əziyyətdən sonra elə bir
padşahın qarşısmda qalada dayanınaq çətin olduğundan, İbrahim xan
çarəsiz qalıb, öz ailəsini, oğul-uşağını, qohumlarını, məşhur bəylərin
ailəsini və səmimi qulluqçularını götürüb Car və Tala tərəfə getdi ki,
orada dayanıb Dağıstandan, Gürcüstandan və sair vilayətlərdən kömək və
tədarük ala bilsə, Ağa Məhəmməd şahın qarşısına çıxsın. Yoxsa oradan
Dağıstana, qohumu Avar hakimi Ümmə xanın evinə gedib özünü Ağa
Məhəmməd şahın tənbehindən qorusun.
Mərhum İbrahim xanın yanında olan və ondan ayrılmaq istəməyən
xanlar sırasında kürəkəni mərhum Nəsir xan, Şahsevən Əta xan, yenə
kürəkəni olan Şəki vilayətinin hakimi Səlim xan, Şahsevən və Şəki
vilayətinin bəyləri və onların oğul-uşaqları da var idilər.
Ağa Məhəmməd şah, Araz çayı kənannda mərhum İbrahim xanın
qaladan çıxıb getdiyini eşitcək ona Gəncə yolunda və ya Kür kənarında
çatmaq üçün sərkərdələrilə iki min atlı göndərdi. Qızılbaş qoşunu Tərtər
körpüsünün yaxınlığında mərhum İbrahim xanın köçünə və adamlarına
yetişdi. Arada dava oldu. Köçə, külfətə və sair adamlara zərər dəymədi.
Onlar ancaq köçün bir para şeylərini qarət edib geri qayıtdılar.
261
Mərhum İbrahim xan, Kürdən və Şəkidən keçib, Balakən və Car
torpağına daxil oldu. Car, İlisu və Balakən əhalisi mərhum İbrahim
xandan uzun müddət məhəbbət və çoxlu bəxşişlər gördüklərindən və
həmişə mərhum xanın əmrlərinə itaət edib, xeyirxahı olduqlarından, Car
və Tala kəndxudaları və başçıları mərhum İbrahim xanı başqa xanlarla
Dağıstan tərəfə getməyə qoymamaları haqqında Ağa Məhəmməd xandan
fərman aldıqlarına baxmayaraq, ona lazım gələn ehtiram və
qonaqpərəstlik göstərərək, istədiklərini yerinə yetirdilər. İbrahim xan
Balakən torpağında 20 gün qalmışdı ki, Ağa Məhəmməd şahın Şuşa
qalasında öldürülməsi xəbərini eşitdi.
AĞA MƏHƏMMƏD ŞAHIN ÖLDÜRÜLMƏSİ
Ağa Məhəmməd şah Şuşa qalasına girib, bir həftə orada qaldıqdan
sonra bir gecə xoşu gəlmədiyi bir işə görə Səfərəli bəy və Abbas bəy adlı
iki nəfər yaxın qulluqçusuna acıqlanıb dedi: “Səhər açılan kimi hər ikinizi
cəzalandıracağam”. Qulluqçular şahın sözündə və buyruğunda dəyişiklik
olmadığını bildikləri üçün qorxularından səhər açılanadək şahı öldürməyi
lazım bildilər. Səhərçağı, hələ şah yuxuda ikən, əllərində iti və qan tökən
xəncər və qılıncla içəri girib, şahı öldürdülər. Qapıları bağlayıb, şahın
cavahirli bazubəndini, tac və həmailini götürüb, Şəqaqi Sadıq xanın
yanına getdilər və işin həqiqətini ona söylədilər. Sadıq xan, şahın
qorxusundan inanmadı. Şah tərəfindən əmin və xatircəm olmayıb, həmişə
öz canının qorxusunu çəkdiyindən o söhbətləri şahın hiyləsi təsəvvür etdi.
Nəhayət, onlara qəliz andlar verdikdən sonra yenə əvvəlki kimi qorxa-
qorxa Ağa Məhəmməd şahın yaşadığı İbrahim xanın böyük oğlu mərhum
Məhəmmədhəsən xanın evinə daxil oldu. Baş əyə-əyə, yavaş-yavaş, tam
bir ədəblə şahın yatdığı otağa girdi. Səfərəli bəyin ona ürək verməsinə
baxmayaraq, yenə də qorxurdu. Səfərəli bəy irəli gedib şahın başından
yorğanı götürdü və onun xəncərlə doğranmış cəsədini Sadıq xana
göstərdi. Sadıq xan tab gətirməyib, tez bazubəndi, tacı və həmaili
götürüb, öz mənzilinə qayıtdı. Şah məni Gəncə və Gürcüstan tərəfinə
göndərir deyə səs salıb, bütün öz tabelərini, Şəqaqi qoşununu və şahı
öldürənlərdən Abbas adlananı özü ilə götürüb qaladan çıxdı. Səfərəli bəy
isə qalada qaldı.
262
Sadıq xanın getməsindən iki saat keçməmişdi ki, şahın öldürülməsi
xəbəri qalanın içərisində yayıldı. Qızılbaş xanları özlərini itirərək, pərişan
bir halda, toplaya bildikləri adamları ilə dəstə-dəstə qaçmağa başladılar.
Şəhər əhalisi tökülüşərək, əllərinə keçəni soyub qarət edə-edə imarətə
girdilər. İmarət müxalifatı xah-gəbəsi, qızıl-gümüş qab-qacaq və şahın
cavahiratı qarət edildiyi zaman, şücaəti və igidliyi ilə məşhur olan
mərhum İbrahim xanın qardaşı oğlu gənc Məhəmməd bəy hadisədən
xəbər tutdu. Bir neçə nəfər qulluqçusu ilə imarətin qapısını kəsdi. Hər kəs
əlinə keçəni aparmışdısa da, qalan malları evdən bayıra çıxan adamların
əlindən aldı. Cavahirat, qızıl, qızıl və gümüş qablar, xalı və sair nağd pul
və cinsdən nə qalmışdısa hamısına yiyələnərək, mərhum
Məhəmmədhəsən ağanın evindən öz evinə daşıtdırdı.
(Məhəmməd bəy) qalanın içərisində hökumət və divan işlərilə məşğul
olaraq, Ağa Məhəmməd şahın kəsilmiş başını öz ərizəsilə birlikdə qədim
qulluqçularından birinin vasitəsilə Balakənə, mərhum İbrahim xanın
qulluğuna göndərdi.
Şahın başı Balakəndə mərhum İbrahim xana yetişdikdə şahın
öldürülməsi hamıya aydın oldu. Xan, nəcabət və ehtiramının tələbinə
görə şahın başını qüsl və kəfən etdirib, vacib və lazım olan işləri yaxşı
bilən mötəbər mollalarla Cara göndərərək böyük adamların basdırıldığı
qəbiristanlıqların birində dəfn etdirdi.
Bəzi maneələrə görə, İbrahim xan Qarabağa qayıda bilməyib, üç ay
Balakəndə qaldı. Bu müddətdə hər tərəfdən, xüsusilə Gürcüstan
valisindən, Gəncə hakimi Cavad xandan və şirvanlı Mustafa xandan
hədiyyələr gəlirdi. Onlar İbrahim xanla bir və müttəfiq olduqlarını
bildirdilər. Çünki qüvvətli düşmən olan padşah öldürülmüşdü.
Azərbaycanın başqa yerlərinin xanları da İbrahim xanın həmişə əzəmətli
və şövkətli və əmirinin hökmünün nüfuzlu olmasını bilirdilər və uzun
müddət görmüşdülər. Hamı istəyirdi ki, onun mübarək xatirini öz
xeyrindən ötrü hər kəsdən əvvəl ələ gətirsin və onunla möhkəm dost
olsun.
Məhəmməd bəy də, İbrahim xan gəlib yetişənə kimi Qarabağda
hökumət işi ilə məşğul olurdu. İbrahim xan Balakəndə bir ay qaldıqdan
sonra Avar hakimi Ümmə xan və Dağıstanın başqa sərkərdələri çoxlu
yeməli və geyməli şeylər və böyük qoşunla onun yanına
263
gələrək belə bir böyük əmirə layiq olan qohumluq və mehribanlıq və
qonaqpərvərlik şərtini yerinə yetirdilər. Onlar bu hörməti yalnız İbrahim
xana, onun igid oğul-uşağına və Qarabağ bəylərinə deyil, Şahsevən
xanları, onların övladlarına və bəylərinə də etdilər. Onlara xərclik və
ərzaq verməkdə heç bir qüsur qoymadılar. Ümmə xanın qoşun və
Dağıstan sərkərdələri ilə gəlməsindən iki ay sonra İbrahim xan, Şahsevən
və Qarabağ əhalisi ilə birlikdə Balakəndən Qarabağa yola düşdü.
Mərhum İbrahim xan Qarabağa yola düşməzdən əvvəl, o zaman hələ
Mehdiqulu ağa adlanan Mehdiqulu xanı bir neçə nəfər övladı və Qarabağ
bəyzadələri ilə (zəminə hazırlamaq üçün) Qarabağa yola saldı ki, xan
gəldikdə, Qarabağ əhalisi bir para xilaf işlərə girişməyib, hökmə tabe
olmamaq fikrinə düşməsinlər; habelə, Məhəmməd bəy, cavanlığının
gücünə güvənməkdən başqa, belə bir şahanə dövlət və vəsaitin əlinə
keçdiyindən şeytana uymayıb müxalifət göstərməsin və özündən başqa
kimsəni tanımıram deməsin.
Mehdiqulu xan bəyzadələrlə birlikdə Qarabağa daxil olduqda
Məhəmməd bəy zahirdə ona bəzi mehribanlıqlar göstərib, mərhum
İbrahim xanın əmrindən çıxmayacağına söz verdi. Səmimiyyət və
doğruluqdan dəm vururdusa da batində hakimiyyət başına keçmək
istəyirdi. Bir para oğru-əyrini və bəzi xain və qorxaqları başına
toplayaraq, hökuməti öz əlinə almaq fikrində idi. Mehdiqulu xan isə
vaxtın tələbinə görə onunla müdarə edib, işin üzərindən pərdəni
qaldırmağı, faydasız olduğu üçün hələlik məsləhət bilmirdi. Gah ətrafda,
gah da qalanın içərisində dolanaraq işin həqiqətini mərhum xana yazaraq,
gözləyirdi. Bu xəbər Kürün kənarında mərhum xana yetişəndə, ən böyük
oğlu Məhəmmədhəsən ağanı beş yüz nəfər ləzgi qoşunu və Qarabağ
sərkərdələri ilə birlikdə tam sürətlə qalaya göndərdi. Mərhum xanın
gəlməsi xəbərini eşidən Məhəmməd bəy Qarabağ ellərini, Araz kənarına
aparmaq və orada dayanıb müxalifət göstərmək fikrinə düşdü.
Məhəmmədhəsən ağa, Məhəmməd bəyin qoşunu və tərəfdarları
toplandığı yerə, qalanın üç ağaclığında olan Kirs dağına gəlib çatdı.
Bütün Qarabağ əhalisi, qoşunu və mərhum ağanı gördükdə dəstə-dəstə
onun qulluğuna gələrək əlini öpdülər. Ellərdən topladığı adamları təyin
etdiyi meşələrdə və səhralarda yerləşdirdi. Adam göndərib
264
Məhəmməd bəyi öz yanına çağırtdı. Məhəmməd bəy, əvvəl qorxdusa
da nəhayət, xatircəm olub, Məhəmmədhəsən ağanın yanına gəldi; əlindən
öpüb, onun yanında qaldı.
Məhəmməd bəyin müstəqil hakimiyyət dövründə qarışıqlığa bais olan
bir neçə nəfəri Məhəmməd bəyin gözü qabağında cəzalandırıldı.
Qalanın içində olan Mehdiqulu xan mərhum ağanın gəlməsini və
qoşunun qalanın qabağından keçdiyini eşitcək, əmisi oğlu Məhəmməd
bəyin adamlarını tutub həbsə aldı.
Mərhum Məhəmməd Həsən ağa Qarabağ ellərini xatircəm edib,
rahatlaşdırdı. Mahallara hökmlər göndərib, hamını öz işilə məşğul
olmağa və kasıbçılığını etməyə əmr etdi. Bir qədərdən sonra mərhum
İbrahim xan qalan qoşun və adamları, Şahsevən Nəsir xan və Əta xanla
birlikdə Qarabağa gəldi.
Dostları ilə paylaş: |