Böyük qrup üçün məşğələ nümunəsi. Mövzu: Uşaqların 5 rəqəmi haqqında biliklərini möhkəmləndirmək, 4 və 5 ədədlərini müqayisə etmək, əşyaların formasını həndəsi fiqurlarla tutuşdurmaq. Cəld və yavaş anlayışını möhkəmləndirmək.
Məqsəd:5-ə qədər sayma bacarığını möhkəmləndirmək, ədədi əşyaların miqdarı ilə əlaqələndirmək, müxtəlif yerdə yerləşmiş əşyalar arasında bərabər əşya qrupu yaratmağı öyrətmək, ətrafdakı əşyalar arasında həndəsi fiqurları görməyi öyrətmək, konkret misallar üzərində “cəld”, “yavaş” anlayışını öyrətmək.
1. Oyun“Say və ədəd”. Hər bir uşağın 1-dən 5-əqədər ədəd dəsti var.
Tərbiyəçi növbə ilə müxtəlif sayda əşyalar təsvir edilmiş kartları uşaqlara göstərir (1,2,3,4,5).
Uşaqlar uyğun rəqəm olan kartı göstərməlidirlər.
2. Oyun “Say və ədəd”. Tərbiyəçi uşaqlara tapşırıq və suallar verir:
*hər cərgədəki fiqurları soldakı rəqəmə əsasən rənglə.
*neçə oval rənglədiniz? (5)
*niyə? (ona görəki solda 5 rəqəmi yazılıb)
*neçə kvadrat rənglədiniz? (4)
*niyə? (çümki solda 4 rəqəmi yazılıb)
3. Oyun “Əşya nəyə oxşayır” Tərbiyəçi uşaqlara tapşırıq və suallar verir:
*Əşyaların adını deyin (top, saat, soyuducu, papaq, xiyar)
*Həndəsi fiqurların adını deyin (dairə, kvadrat, düzbucaqlı, üçbucaq, oval)
*Xətlə həndəsi fiqurlara oxşar əşyaları birləşdirin
*hansı fiquru hansı əşya ilə birləşdirdiniz? (saatı-kvadratla, topu-dairə ilə, düzbucaqlını-soyuducu ilə, üçbucağı-papaqla, xiyarı-ovalla.)
4.İdman dəqiqəsi: O.Zülfüqarovun “İdman”mahnısının sədaları altında . 5.Oyun “Say və rənglə” Uşaqlara tapşırıq və suallar:
*Yuxarı zolaqda neçə qoza var? (4)
*Aşağı zolaqda neçə qoza var? (5)
*Aşağı və yuxarıdaki qozaların miqdarı haqqında nə demək olar? (yuxarı zolaqda qozalar azdır, aşağıda isə çoxdur)
*Nə etmək lazımdır ki, hər zolaqda qozaların sayı bərabər olsun. 5 dənə.
*Yuxarı zolaqda 1 dənə də qoza çəkin.
*İndi qozaların sayı haqqında nə demək olar? (onlar bərabərdirlər.)
Aydınlaşdırın: baxmayaraq ki, qozalar bir-birindən müxtəlif məsafədə yerləşmişdilər. Lakin onların sayı bərabərdir.