Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəhazırlıq qrupunda zamana görə səmtləşmə



Yüklə 2,56 Mb.
səhifə61/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   57   58   59   60   61   62   63   64   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

16. Məktəbəhazırlıq qrupunda zamana görə səmtləşmə.
Kiçik yaşlı qrupdan başlayaraq uşaqlarda zamana görə səmtləşməni inkişaf etdirirlər. Məktəbəhazırlıq qrupunda zamanın səhər, gündüz. Axşam, gecə, həftə müddətləri haqqında bilikləri möhkəmləndirirlər, aylar haqqında təsəvvür edirlər, uşaqlar ayların adlarını yadda saxlayırlar.
Zamana görə səmtləşmə möhkəm hissiyata, yəni zaman müddətini cürbəcür fəaliyyətlə sıx əlaqədə, emosional cəhətcə rəngarəng, həmçinin təbiət hadisələrini, ictimai həyat hadisələrini müşahidə etməklə yanaşmağa əsaslanmalıdır. Uşaqların öz nitqlərində zaman anlayışlarının adlarını nə qədər tez-tez işlətmələrinin böyük əhəmiyyəti vardır.
Sutkanın hissələri və onların davam müddəti haqqında bilikləri möhkəmləndirməyi davam etdirirlər. Tərbiyəçi uşaqlara “Bizim gün” oyununu oynamağı təklif edir.
Uşaqları müxtəlif peşə adamlarının əməyi ilə tanış edərkən onların sutkanın hansı vaxtında işlədiklərini göstərmək faydalıdır. Bunun üçün didaktik oyunlardan istifadə edilir. “Gündüz kimlər işləyir?”, “Axşam səyahəti”, “Gecə səyahəti “ və s. Uşaqlar həmin oyunları oynayarkən müvafiq məzmunlu şəkillər seçirlər və yaxud sutkanın müəyyən vaxtında kimin işlədiyini deyirlər.
Uşaqların. Insanların adətən gün adlandırdıqları sutkalar bir-birini əvəz edir və onların öz adları var. 7 sutka həftəni əmələ gətirir. Hır həftənin günlərinin ardıcıllığı həmişə eynidir. Uşaqlar hər gün həmin günün, həmçinin, bundan əvvəlki və bundan sonrakı günün adını deyirlər.
Burada vacib cəhət uşaqlaeda vaxt münüsibətlərini müəyyən etməyə, sabah, bu gün, dünən, əvvəlcə, sonra. Buna qədər,bundan sonra sözlərinin tez-tez işlədilməsinə sövq etməkdir.
Şifahi oyun-çalışmalarından istifadə olunmasının daha böyük əhəmiyyəti vardır. Məs. “Həftənin günləri”, “Davam etdir”, “ Tərsinə” və s.
Məktəbəhazırlıq qrupunun uşaqlarını carı ayın adı ilə tanış edirlər. Onlar tədriclə ayların adlarını. Onların ardıcıllığını yadda saxlayırlar.
Ümumiyyətlə. uşaqlarda zaman hissini tərbiyə etmək, yəni zaman müddətlərinin qavranılmasını inkişaf etdirmək, zamanın dönməzliyini dərk etməyi tərbiyə etmək vacibdir. Ancaq bu əsasda uşaqlara vaxtı qiymətləndirməyi və qorumağı öyrətmək mümkündür. Bu qrupda uşaqları saatla da tanış edirlər. Tərbiyəçi uşaqlara deyir: “Bütün saatların sənin kimi üzü var. Ona siferblat deyirlər. Siferblatın üzərində dairəvi 1-dən 12-ə qədər rəqəmlər düzülüb. Bu rəqəmlər saatın miqdarını bildirir.Saatın vaxtinin göstərilməsinə iki qol kömək rdir. Lakin bu qollar müxtəlif uzunluqdadır: bir qol uzun, o biri isə qısadır. Onlar saatın əqrəbləri adlandırılır.Uzun əqrəb dəqiqələri, qısa isə saatı göstərir. Saatın əqrəbləri həmişə eyni istiqamətdə hərəkət edir. Belə bir ifadə də işlədirlər, “saatın əqrəbi boyunca” Bir saatı göstərmək üçün dəqiqənin əqrəbi, yəni uzun əqrəb 12 dənə rəqəmin hamısının üstündən keçməlidir.” Ümumiyyətlə bu qrupda saatın quruluşundan başqa bir saat və yarım saatı tapmaq uşaqlara öyrədilir.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin