II mərhələ. Idman dəqiqəsi keçirilir.”.
“Bir, iki, üç, dörd, beş”
Saymağı biz bilirik,
İstirahət etməyi də-
Əllərimizi arxaya aparaq,
Başımızı yuxarı qaldıraq
Yüngülcə nəfəs alaq.
Pəncəmiz üstə qalxaq
Neçə dəfə?
Düz sizin əlinizdəki,
Barmaqlarınız dəfə.
Bir, iki, üç, dörd, beş
Ayaqlarımızı tappıldadaq.
Bir, iki, üç, dörd, beş
Əl çalaq və oynayaq.
Sonra uşaqlara paylama materialı ilə iş verilir. Uşaqlarda 3 sırası boş olan kartoçka və içərisində həndəsi fiqurların modelləri olan qutu vardır.
Tərbiyəçi deyir: “Uşaqlar, siz indi müxtəlif əşyaları bərabər sırada düzməyi öyrənəcəksiniz. İndi 3 sıraya istədiyiniz həndəsi fiqurları düzəcəksiniz. Mən müxtəlif sırada oturmuş uşaqlara müxtəlif ədədlər deyəcəyəm. Çalışın. Sizə hərəsindən neçə fiqur seçib ayırmaq lazım olduğunu yadda saxlayasınız. Unutmayın ki, hər bir sıraya ancaq eyni fiqurları qoymaq lazımdır. İşə ancaq mən işarə etdikdən sonra başlamaq lazımdır. Tapşırığı dinləyin: Birinci sırada oturanlar hərəsindən 8 fiqur, ikinci sırada oturanlar hərəsindən 6 fiqur, üçüncü sırada oturanlar hərəsindən 7 fiqur, dördüncü sırada oturanlar hərəsindən 5 fiqur qoyacaqlar”.
Tərbiyəçi hər sıradan 1 uşaq çağırır və onlardan xahiş edir ki, müxtəlif oyuncaqların hər birindən neçəsini seçib ayırmaq lazım olduğunu desinlər.
Uşaqlar tapşırığı yerinə yetirdikdən sonra tərbiyəçi hər sıradan bir-bir uşaq çağırır və onlara nə etdiklərini söyləməyi təklif edir. O, uşaqların bütün növdən olan fiqurların adlarını demələrini və ümumiləşdirmə aparmalarını izləyir.
Daha iki analoji tapşırıq verir.
Uşaqlar tapşırığı yerinə yetirdikdən sonra tərbiyəçi onlarla “Ardını say” oyununu keçirir.
Tərbiyəçi axırda qeyd edir ki, müxtəlif əşyaların hər birindən istənilən sayda bərabər götürmək olar.
III mərhələ. Uşaqlar düymələri bir əldən o biri ələ ötürərkən toxunmaqla saymaqda çalışırlar. Dörd-beş uşaq çağırılır. Başqa uşağa düymələrin sayı qədər hərəkət etməyi təklif edirlər.
Məşğələdən kənar vaxtda üstündə 6-dan 10-a qədər düymə tikilmiş kartoçkadan istifadə etməklə “Getdik,getdik ha getdik” oyununu aparmaq olar.
Tərbiyəçi uşaqları qruplara ayırır:
Dostları ilə paylaş: |