Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Qarışıq yaş qrupunda riyaziyyat məşğələlərinin keçirilməsi



Yüklə 2,56 Mb.
səhifə65/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   61   62   63   64   65   66   67   68   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

2.Qarışıq yaş qrupunda riyaziyyat məşğələlərinin keçirilməsi.
Qarışıq yaş qrupu dedikdə-müxtəlif yaşlı uşaqların bir qrupda təlim və tərbiyə alması nəzərdə tutulur. Məs. kiçik qrup və orta qrup uşaqları, yəni 2 yaşdan 4 yaşa qədər olan uşaqlar və yaxud böyük qrup və məktəbəhazırlıq qrup uşaqları (4-6 yaşlılar) tərbiyə alırlar. Bu qruplarda sadə riyazi təsəvvürlərin inkişafı üzrə məşğələlər adi qruplarda istifadə edilən metod və üsulların köməyi ilə keçirilir. Ona görə də biz məşğələlərdə hansı metoddan istifadə olunması üzərində dayanmırıq. Ancaq tərbiyəçinin belə qruplarda rast gəldiyi çətinlikləri və onları aradan qaldırma yollarını göstərəcəyik.
Qarışıq yaş qrupunda riyaziyyat məşğələləri ya ayrıca yarım qrup ilə. Ya da ki, bütün uşaqlarla keçirilir. Yaxşı olardı ki, mövzu ayrı-ayrı yaş qruplarına ayrılıqda keçirilsin, lakin biliklərin möhkəmləndirilməsi və məşğələnin yekunu bütün uşaqlarla birlikdə aparılsın.
Qarışıq yaş qrupunda uşaqların qarşılıqlı münasibəti üçün əlverişli şərait yaradılmalıdır. Lakin bunun üçün heç olmasa kiçikyaşlı uşaqlar elementar riyazi təsəvvürlərə malik olmalıdırlar. Məs. Böyük qrup uşaqlarını ümumi məşğələyə cəlb etmək üçün heç olmasa onlar say və ədəd haqqında sadə təsəvvürlərə malik olmalıdırlar. Uşaqların say haqqında təsəvvürlərinin formalaşmasında 2 əşya qrupunun müqayisəsi böyük əhəmiyyət kəsb edir. Məs. uşaqlar hər dovşan üçün 1 kök qoyurlar və onların bərabər olduğunu müəyyənləşdirirlər.
Bundan əlavə tərbiyəçi uşaqlara izah etməlidir ki, əşyaların sayı onların ölçüsündən, formasından və yerləşməsindən asıləı deyildir. Qeyd etmək lazımdır ki. uşaqlar çox vaxt tərbiyəçinin verdiyi tapşırığı yerinə yetirərkən onun nəticəsini görmürlər, bu da onların müstəqil fəaliyyətinə, yaradıcılığına mane olur. Uşaqlara əşyaları ölçülərunə görə fərqləndirməyi öyrədərkən onlara izah etmək lazımdır ki, əvvəlcə ya ən böyük, ya da ən kiçik əşya götürülməlidir.
Riyaziyyat məşğələləri uşaqların başqa fəaliyyətlərində möhkəmləndirilir. Məs. Fəzada səmtləşmə bacarığını inkişaf etdirmək üçün fiziki mədəniyyət, musiqi məşğələlərindən istifadə edilir. Həndəsi fiqurlar haqqında uşaqların təsəvvürlərini möhkəmləndirmək üçün quraşdırma və təsviri sənət məşğələlərindən istifadə etmək olar.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin