Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Qarışıq yaş qrupunda məşğələ nümunəsi. (orta, böyük, məktəbəhazırlıq qrupu yaşlı uşaqlar-3-6yaş)



Yüklə 2,56 Mb.
səhifə66/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   61   62   63   64   65   66   67   68   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

Qarışıq yaş qrupunda məşğələ nümunəsi. (orta, böyük, məktəbəhazırlıq qrupu yaşlı uşaqlar-3-6yaş)
Məqsəd: Orta qrup (3-4 yaşlı uşaqlara) 2 əşya qrupunu müqayisə etmək bacarığını məşq etdirmək. 4-6 yaşlı uşaqlara sayları, ədədləri müqayisə etməyi öyrətmək və saymağı məşq etdirmək. Onlarda fəzada səmtləşməni möhkəmlən­dirmək. (qabaqda, arxada, arasında, yanında)
Resurslar: Nümayişetdirici: 5 maşın, 5 qaraj, 4 göbələk; paylayıcı: 5 yolka, 5 göbələk.
Məşğələnin gedişi: I. 1) Tərbiyəçi stolun üstünə 5 maşın düzür və uşaqlardan soruşur: “Maşınları sürməyəndə harada saxlayırlar? Necə bilmək olar ki, bu maşınlar üçün neçə qaraj lazımdır?”
Böyük yaşlı uşaqlar maşınları sayırlar. O qədər də stolun üstünə qaraj qoyurlar. Sonra tərbiyəçi sual verir: “Necə yoxlayaq ki, qarajlar maşınlara çatacaq” 3-4 yaşlı uşaqlar hər qarajın yanına 1 maşın qoyurlar. Böyük yaşlı uşaqlar isə belə cavab verirlər: “maşınlarla qarajların sayı bərabərdir.5 maşın və 5 qaraj var”
2) Tərbiyəçi 4 göbələyi növbə ilə düzür. Uşaqlara təklif edir ki. qarşılarındakı 2 zolaqlı kartın yuxarı zolağına o qədər yolka və hər yolkanın altına isə 1 göbələk qoysunlar. Sonra uşaqlardan soruşur: “Gəbələk və yolkaların sayı eynidirmi? Necə yoxlamaq olar ki. onlar bərabərdir? Nə etmək lzımdır ki. göbələk və yolkaların sayı bərabər olmasın? “ Uşaqlar ya göbələklərdən birini götürür, ya da 1 əlavə edir.
Qrta qrup yaşlı uşaqlar oynamağa gedirlər.
II. 1) tapşırıq: Elə edin ki, 4 yolka, 3 göbələk olsun.
Sual: Göbələklərlə yolkaların sayı bərabərdir? hansı çoxdur?
Tapşırıq: Elə edin ki, 5yolka, 4 göbələk olsun .
Didaktik oyun: “Nə dəyişildi?”


VIII. UŞAQ BAĞÇASI İLƏ AİLƏNİN RİYAZİ TƏSƏVVÜRLƏR ÜZRƏ BİRGƏ İŞİ.
1. Məktəbəqədər müəssisə ilə ailənin riyazi təsəvvürlər üzrə birgə işi.
Ailə tərbiyəsi uşağın ictimailəşdirilməsinin bünövrəsidir. Insanın sonrakı ictimai inkişaf; bu bünövrədən asılıdır. Valideynlər məşğuliyyətindən asılı olmayaraq uşaqların tərbiyəçisi olmalıdırlar. Bugünki uşaqlar həyatda informasiya bolluğu ilə üzləşirlər. Bu dəyişikliklər uşaqlarda daim öyrənmək həvəsini artırır.
Məktəbəqədər ictimai tərbiyə uşaqların hərtərəfli inkişafına, onların sağlamlığının möhkəmləndirilməsinə, sadə praktik vərdişlərinin, məktəb təliminə hazırlığın formalaşmasına yönəldilib. Tərbiyəçilər gənc nəslin tərbiyəsinə məsuliyyətlə yanaşmalıdırlar. Uşaqların təlim-təebiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi tərbiyəçinin proqramı dərindən öyrənməsindən. Yeni texnologiyalara maraq göstərməsindən asılıdır.
Uşaq şəxsiyyətinin müvəffəqiyyətlə inkişaf etməsində başlıca şərt ailə və bağçanın birgə işinin zəruriliyidir. Ata və ana ən yaxın adamlar kimi uşağın şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir. Odur ki. uşağın ailədə hansı təsir altında yaşamasına laqeyd yanaşmaq olmaz.
Tərbiyəçi xüsusi biliklərlə silahlanmalı. Uşaqlara pedaqoji münasibətdə nümunə olmalıdır. Valideynlər tərbiyəçinin uşağa qayğıkeş münasibətini hiss etməlidirlər. O, hər bir uşağın fərdi xüsusiyyətini bilməlidir və ondan uşağın gücünə görə tələb etməlidir.
Valideynlər uşaqlarının gün ərzində bağçada fəaliyyətlərinin necə təşkil olunması ilə daim maraqlanırlar. Tərbiyəçi validen guşəsində hər qrupun gün rejimi, həftəlik məşğələlərin cədvəli və valideynlərə uşaqların təlim -tərbiyəsilə əlaqədar müxtəlif məsləhətlər qoyur. O, bundan əlavə uşaqların gündəlik məşğələlərdəki fəaliyyəti haqqında valideynlərlə söhbətlər aparır.
Məsələn, əksər uşaqlar riyazi anlayışları qavramaqda çətinlik çəkirlər. Tərbiyəçi valideynə uşaqla evdə bu sahədə necə məşğul olması haqqında məsləhətlər verir. Hamınıza məlumdur ki, yay aylarında əqli gərginlik tələb edən məşğələlər keçirilmir. Uşaqların aldıqları biliklər onların gündəlik fəaliyyətində, oyunlarında möhkəmləndirilir.
Tərbiyəçi may ayının sonu hər bir valideynə uşağının iş dəftərini verir ki, o, yayda uşaqla bu iş dəftərinə əsasən məşğul olsun.
Beləliklə, tərbiyəçinin valideynlə sıx əlaqəsi gələcəkdə uşağın məktəb təliminə də müsbət təsir göstərəcək.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin