Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəqədər müəssisə ilə məktəbin ruyazi təsəvvürlər üzrə birgə işi



Yüklə 2,56 Mb.
səhifə67/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   61   62   63   64   65   66   67   68   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

2. Məktəbəqədər müəssisə ilə məktəbin ruyazi təsəvvürlər üzrə birgə işi.
Uşağın məktəbəqədər yaş dövrü onun inkişafında başlanğıc mərhələni təşkil edir.Məktəbəqədər tərbiyə təhsil sisteminin ilk mərhələsidir. O. uşaqların hərtərəfli inkişafının özülünü qoyur və onları məktəbə hazırlayır.
Tərbiyəçilər məktəbdə I sinif şagirdlərinə verilən pedaqoji tələbləri yaxşı bilməli və buna müvafiq olaraq uşaqları məktəbdə təlim prosesinə hazırlamalıdır. Uşağın məktəbə gəlməsi ilə onun həyatında mühüm dövr başlanır. Uşaq bağçasından fərqli münasibətlər şəraitinə düşür.
Uşaq bağçası ilə məktəb arasında varislik təlim metodlarının seçilməsində özünü göstərir.
Məktəbdə dərs və uşaq bağçasında məşğələ bir sıra özünəməxsus xüsusiyyətlərə malik olsa da, onların bəzi ümumi cəhətləri da var. Başlıcası budur ki, onların hər iksi təlim mahiyyəti daşıyır. Sübut olunur ki. məşğələ və dərs ardıcıl bir prosesdir. Uşaq bağçasında məşğələ təlim prosesinin elementləri üzərində qurulur və əqli fəaliyyətin inkişafı üçün şərait yaradır.
Uşaqların məktəbə hazırlığı bağçanın kiçik qrupundan başlayaraq, ardıcıl həyata keçirilən tərbiyə və təlim işinin məqsədyönlü nəticəsidir. Uşaq bağçasının məktəbəhazırlıq qrupuna məktəbə hazırlığın əsas pilləsi kimi baxılır, çünki məktəb bu yaşlı uşaqlar üçün ən yaxın gələcəkdir.
Uşağın gələcək inkişafı məktəbdə müəllimdən, xüsusilə uşaqların bağçada qazandıqları keyfiyyətlərin necə inkişaf etdirilməsindən çox asılıdır. Birinci sinif müəllimi uşaq bağçasının məktəbəhazırlıq qrupunun uşaqları ilə müntəzəm əlaqə saxlamalıdır.
Bildiyimiz kimi, uşaq bağçasının kiçik qrupundan məktəbəhazırlıq qrupuna qədər uşaqlara sadə riyazi təsəvvürlər haqqında anlayışlar verilir. Onlara orta qrupdan başlayaraq miqdar və say, kəmiyyətlər arasında əlaqə, həndəsi fiqurlar, vaxt və fəza münasibətləri haqqında müəyyən biliklər verilir. Məktəbəhazırlıq qrup uşaqlarını sadə hesab məsələləri, toplama, çıxma, bərabərlik haqqında biliklər öyrədilir.
İbtidai siniflərdə təlim kurikulum proqramı ilə tədris olunduğu ilə əlaqədar olaraq uşaq bağçalarında da məşğələlər bu proqrama əsasən keçirilir,yəni tərbiyəçilər məşğələlərdə interaktiv təlim metodlarından istifadə edirlər.
Uşaq bağçası ilə məktəbin işində ardıcıllığın mühüm cəhətlərindən biri də tərbiyəçinin birinci sinifdəki, müəllimin isə uşaq bağçasındakı işin məzmunu, formaları, rejimlə tanışlığıdır. Tərbiyəçilər və müəllimlər təlim zamanı müxtəlif əlaqə formalarından istifadə edirlər:
*dərslərdə və uşaq bağçasında məşğələlərdə qarşılıqlı iştirak etmək, bayramlarda və səhərciklərdə olmaq və sonradan onları müzakirə etmək, uşaq bağçası tərbiyəçilərinin öz yetişdirmələrini məktəbdə müşahidə etməsi, uşaq yaradıcılığı işlərindən ibarət sərgilərdə olmaq və s.
Məktəblə bağça arasındakı əlaqələrin mahiyyəti odur ki, onlardan biri digərini tamamlayır.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin