Sadiq bəY ƏFŞar şEİRLƏr baki 2010



Yüklə 396,44 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix03.02.2017
ölçüsü396,44 Kb.
#7384
1   2   3

PAŞA KƏRİMOV,

filologiya elmləri namizədi

Ə D Ə B İ Y Y A T

1.  Əfşar Sadiq bəy. Qanun-üs-süvər.  Giriş,  farscadan

tərcümə,  qeyd və şərhlər:  sənətşünaslıq doktoru Adil

Qazıyevindir. Bakı: «Elm», 1971.

2. Əfşar Sadiq bəy. Məcməül-xəvas. Müqayisəli mətnin

tərtibi,  tərcümə,  transfonoliterasiya,  ön söz,  izahlar və

adlar göstəricisi: Əkrəm Bağırov. Bakı: «Elm», 2008.

3.  Əfşar Sadiq bəy. Türkcə şeirlər.  Külliyyat.  Əlyazma

(Fotosurət). Təbriz Dövlət Kitabxanası. №3616.



4.  Füzuli Məhəmməd. Əsərləri.  Altı cilddə.  I Cild.  Bakı: 

«Şərq-Qərb», 2005.



32

5.  Ganjei T. Sadiki-i Afşar'ın Türkçe şiirleri».  Türkiyat

Mecmuası.  XVI.  İstanbul.  Edebiyat Fakültesi Basımevi, 

1971.

6. Kərimov Kərim. Sadiq bəy Əfşar. Bakı: İşıq, 1987.

7.  Quliyeva Mahirə. Klassik Şərq poetikası və orta

əsrlər Azərbaycan poeziyası.  Filol.e.d.-diss.    …nın

avtoref.

8.  Quluzadə

Mirzağa.

Füzulinin

lirikası.  Bakı: 

Azərbaycan SSR EA Nəşriyyatı, 1965.



9.  Muradova Məntiqə. Sadiq bəy Sadiqinin həyat və

yaradıcılığı. Bakı: Elm, 1999.



10.  Nağıyeva Cənnət. Azərbaycanda Nəvai.  Bakı: 

«Tural-Ə»  Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2001.



11.  Navoiy Alişer. Xazainül-maaniy.  I cild.  Qaraibus-

siqar.  Taşkent:  Özbekistan SSR Fanlar Akademiyası

Naşriyeti, 1959.

12.  Nəsrabadi Məhəmməd Tahir. Təzkireyi-Nəsrabadi. 

C.1.Tehran, 1378.



13. 

Tərbiyət

Məhəmmədəli.

Danişməndani-

Azərbaycan. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1987.

QƏSİDƏLƏR

İrişdi vəqt  ki, rəf ola etidali-həva,

Ç əkə büsati-çəməndən ayağ nəsimi-səba.

Ç əmən zərifləri künci-inzivayə girib,

Mürəttəb etdilər əsbabi-bəzmgahi-cəfa,


33

Mətai-məxzəni-bustanı etdilər tarac,

Hücumi-sərsərdi-bürdbürd badi-fəna.

Füsürdə oldu çəmən bəzmi çıxmağa bir kəs,

Səbayə guşeyi-çeşm ilə eylədi ima.

Degil xəzan vərəqi lövn-lövn gülşəndə.

Biri kəbudü biri əsfərü biri həmra.

Mürəttəb etdi sədəflər zəmanə nəqqaşı

Ki, ola güllərə fəsli-bahar çöhrəguşa.

Dağıtdı seyrəfiye-dey şükufə dirhəmini,

Rəvac tapdı tilsimati-Bu Əli Sina.

Şükufə olsa pərişanü müztərib, nəşekoft,

Ç inarü söyütü ki, bidəstü pa edər sərma.

Yeritməz oldu çəmən içrə cuybar suyun,

Daş oldu möcüzi-sərma ilən bu əjdəha.

Yetişdi şiddəti-bürudətlə öz cərasinə,

Bənəfşə ilə müqabil duran zəbani-nəfqa.

Həvayi-gülşən üçün ruzigar memarı,

Hübabdən yasadı öylə üstüvar bina

Ki, yoxdur ona xələl ruzigar babından,

Yıxılsa fərşi-zəmin üstə bargahi-səma.

Ç avurdu gül yüzünü qibləgahi-gülşəndən,

Cəfadən olsa müsəlman əcəbmidür tərsa.

Hicabi-çöhreyi-gül kəsdi əndəlib dilin,

Nə bərg qaldı çəmən bəzmgahında, nə nəva.


34

Kəsildi rəsmi-təvəllüdləri kim, etməzlər,

Müvasilət həvəsin ümməhat ilən aba.

Səvadi-səbzədə su şəhnəsi sibqət ilə,

Müqimi-gülşən ilə bəs ki, eylədi qovğa.

Həva xonək hərəkatilə söylədi ki, dağ,

Ç əmən cəmaətinə hökmin eyləyə içra.

Həva bənəfşə ilən öylə rəşədar etdi

Kim, üstüvar degil bir nəfəs əlində əsa.

Hərəmsarayi-çəməndə lətif cariyələr

Ki, dar idi bari gülçöhrəvü səmənsima.

Dəmi-təsərrüfi-sərma ilə yox onlarda,

Bu gün bənəfşəvü reyhan təfavüti əsla.

Həva hədiqəvü büstanın eylədi xali,

Bu vəchilən mütəğəyyir olur vücudi-xəla.

Nişat ilən çəmən ətfalı getdilər bir-bir,

Məgər bənəfşə kim etdi həca oxur da xəta.

Kəbud etdi binaquşi müəllimi-dey,

Ona tapançeyi-bərd ilə bəs ki, urdu qəfa.

Həva təhərrükindin biqərardur, ey sər

Ki, sürət ilə rəvan eyləyə hürufi-heca.

Bu dəmdə gülşəndə basdım qədəm məni-

məhzun,

Bəli, təbiətimi etdi münhərif sevda.



35

Hərifi-gülşənin gördüm nişatdən xali,

Vücuddən mütəərriz müqimi-kuyi-fəna.

Demə hədiqə muna, bir səvadi-kişvəri-Lut,

Demə çəmən muna, bir bisəbat köhnə səra.

Üburi-ləşkərdi, mülkin eyləmiş viran,

Hücumi-badi-fəna rəxtin eyləmiş yəğma.

Olub nəsimi-səba gülbənə təvəhhüli-hal,

Tutub səmum məzacın həvayi-ruhfəza.

Xonək ədalərilən qönçə könlüni yığmış,

Bəsi xonək görünür əhli-xalidin bu əda.

Demə səba muna, bir köhnə möhtəsib şagird,

Demə nəsim muna, bir hərifi-cövrü cəva.

Gördün, gördün bu əsəspişələr miyanındin,

Töküb piyalə gülü qönçə, sındırıb mina.

Füsürdə hər biri bir guşədə, pərişanhal,

Nə nəşv mənzili munlarda, nə təriqi-nüma.

Bu halət içrə gözüm tutdu peyrovi-azadə,

Biri-birinə münasib tərakibi-əcza.

Təriqi-cilvəsi həvəsi-mülayimül-hərəkət,

Ədası, nazü dili, xürrəmü-qədi rəna.

Təəccüb ilə sorub istədüm, dedim ki, neçün,

Həvası xəzan bir cəmaətdin etdi müstəsna.

Nədən sana bu cəmaət edər səhiduni,



36

Nədən sana bu rəayət edər rəğmi-səba.

Zəbani-hal ilə ayıtdı ki, ey məğbulhal,

Həngamə eyləyə əhadisi-hadisati-qəza.

Bu dövrü belə məni dur etdisə məaf,

Bu dövri-səbəb məni əyyam eylədisə səva.

Gəh bari-müşabehəti…. qamətə kim,

Urar unətü naz ilə çərxə istiğna.

O kim, bəla ilə zəxmi-canə tökdü nəmək,

O kim, səbah ilə mehrü mahə verdi səba.

O kim, üzarı salır gülşəni-lətafətə od,

Səvadi-xətti edər müşki-Ç in yüzini qəra.

O kim, məhəbbət ilə etdi o dəliri əsir

Ki, var məhabət qəhri məhaliki-əda.



* * *

… ŞAHI-VILAYƏTI ƏLI ƏLI SULTAN

HƏR BIR BIŞƏ KIN ŞIRI-GIRI-BƏZMI-HICA

Şekoft imas ki, nəsimi-səxavət ilə bu gün,

Bənəfşə qamətidin getsə əzayi-əna.

Əcəb degil ki, əgər qılsa zərrəpərvərlik,

Yetə üruc məqamında aftabə səha.

Nə söz əgər diləsə xatiri təvazö ilə,

Edər sipehr sərəfraz qamətini düta.

Şüayi-şöleyi-tiği, lütfi-iclali,



37

Müqəvvi tutar azərü nümayişi-ma.

Şicaətü kərəmü lütf xülqdür bizzat,

Kişi neçün edə şərhi-sifatini inşa.

Bu gülşən içrə olursa həzar dastan tək,

Nəvayi-mədhi ilə Sadiqi sürudsəra.

Yəqin ki, acizi-mədhi-ədanı mədhidir,

Onun ki, edə kəlamın duası birlə əda.

Həmişə ta ola dərdmənd sərsərdi,

Müdam ta edə fəsli-bahar ona dəva.

Gül səadətinə irməsün nəsimi-xəzan,

Bahari-mərtəbədən olmasun nihalı cüda.



* * *

Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,

Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.

Sevdigim,  gər biqərarəm,  ahu əfğandur işim, 

şadəm

Ki, hər saət tutub seyr eylərəm bir səhni-gülzarı.



Degil hər qanda isə bəhri-əşkim gövhəri zaye,

Qoyarlarmı bəsirət əhli yerdə dürri-şəhvarı.

Əgərçi dağdarəm qərib ilə çərx hər saət,

Mana mənzur edər hər qanda bar bir lalə rüxsarı.

Əgərçi təlxkaməm, möhnət ilə hər zəman eylər,

Zəmanə həmzəban kamimcə bip ləli-çəkərbarı.

Qərari-istiqamət vermədüm öz ixtiyar ilə


38

Ki, əldən ixtiyarım eyləyib bir şux rəftarı.

Bana cövr eylədükcə qeyri-canan mərhəmət

eylər.


Ola tək Tarı yar, əda olur ə'vani-ənsari.

Məni bu qəhr ilən hər yar görsə, mehribanımdur,

Bəli, hər ruzinə tutar xurşid ənvarı.

Bana yar olmasaydı xublər mehri bu qürbətdə.

Şəmatət yolundin kim, döndərərdi çərxi-qəddarı.

Könül şad eylərəm bir söz ilə növhə budur,

Qaçan azad olur qəm qeydidin qürbət giriftarı.

Əgər qürbətdə xarəm,  izzətim yox,  ariyəm

qəmdən.

Anınçün kim, qürbətin xarlığındin yoxdur ari.



Bu istedad ilə dövran bəni eylərmidi mövcud, 

Əgər bilsəydi bu canbin cəhanda var xiridarı.

Bəni xar etmək üçün qürbü vəsli qeyrə tapşırdı,

Ç əmən içrə, bəli, bihudə dehqan bəkləməz xarı.

Məni-üftadəni,  ey dəhri-dun,  hər dəm basıb

keçmə,


Qəribin gərçi deyərlər pəst olur hər yerdə divarı.

Səzavari-məhəbbətdür ədu bəzmi-fəraqətdə,

Mənimi gördün, ey çərxi-fələk, möhnət səzavarı.

Cəfa çox eylədün,  dövran,  mana,  ərz eylərəm

imdi

Ona dərdi-dilim kim, vardur, əhldir qəmxarı.



39

* * *

O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı,

O kim əvan olur şər'i-nəbiullah göftarı.

Zehi şahi-cahanarayi-adil, mürşidi-kamil,

Münasibdür süluki-qürbi-həqqə cəm'i-ətvarı.

Olur ə'davü istedaddin etmək rüb'i-məskunum,

Sayılsa qətreyi-baranivü övraqi-əşcarı.

Cəhanarayi-təxti günbədi-əflak bünyadı,

Nişatəfzayi-təxti bünyeyi-islam memarı.

Şəha, sən xabgahi-kamə salgil məsnədi-işrət

Kim, etdi çərx dərgahində hadis bəxt bidarı.

Yetişdi ol yerə ədlin ki, rəsmi-istiqamətdə,

Özinə tabe eylər istəsə çərxi-sitəmkarı.

Cəhanda küfr zülmün sən yox etdün, varmış

derlər,

Sənin


dövründə

möhkəm


küfri-islamın

yox


dəvvarı.

Üqabi-tizpərdin özgəsidə eyləməz rəğbət,

Himayət eyləsə səyyad əmrin kəbki-kühsarı.

Səhih irmasdur Əflatun hədisi bu bir ayindir,

Sənin şanında etmiş dəxi nazil elmi-ədvarı.

Hicabliqdin pərdeyi-xiclətdə qalmışdı,

Çıxardı pərdə şəxsi-halın bikri-əşarı.

Elə xar elədi təb'i-kərəmin simü zər cinsin



40

Ki, mərdudi-təbaye etdi dirhəm birlə dinarı.

Degilsə sən bilən şər'i-nəbi ehkaminə qabil,

Olur zöhd əhlinin boynundakı təsbihi-zünnarı.

Əzəldən gər işarət olsaydı təb'i-fəyyazın,

Ç əkərdi bir söz ilə sərhəd ara əmri-küffarı.

Şəha, şəfqət şüara sahiba dərdi-dili çoxdur,

Nə izhar eyləyim, yaxşı degil dərdi-dil izharı.

Fələk kim, rəsmi-fitridür, ona tigi-cəfa birlə.

Müdam azürdəxatir etmək üşşaqi-diləfkarı.

Məni sərgəştəlikdən hərgiz idbar sanmışdı,

Xəti-rahət çadırdı çevrəmə iqbal pərgarı.

Sana gəldüm dili-bitaqət bir arzu birlə

Ki, varsan binəvalər sərvəri, əhli-hünərbarı.

Qərəz, tuli-məkan, qibleyi-məqsudum sənsən,

Degildür haşallah, Sadiqi dünya pərəstarı.



* * *

Dəhr dərmandələrdən müşkili asan eylər,

Hicr ilə dərd birdir, vəslilə dərman eylər.

Gəh xəzan birlə çəmən nəqdini eylər qarət,

Gah gülbərgilə bustanı zərəfşan eylər.

Gah verür gərdiş ilə nərgisə dövri-qədəhi,

Gəh nəsimi-səhəri saqiyi-dövran eylər.

Bağ ara səbzə büsatı salıb cay be cay,



41

Qönçə ətfalinə tərbiyəti-dəbistan eylər.

Rəhl şah üzrə açar qönçeyi-gül dəftəri,

Bülbüli-nadirə göftari səbəqxan eylər.

Bağ tərəfində çəkər abi-rəvan cədvəl salıb,

Gör nə zinət ilə zibi-xəti reyhan eylər.

Bülbüli məzhəkədür kim, şəcər zi şax be şax,

Bu rəviş birlə görün gülləri xəndan eylər.

Yandırar lalə çırağını məgər gülşən ara,

Bağ həmdəmlərinə şəm'i-şəbistan eylər.

Bağban gülşən ara suyə veribdür rüxsət

Kim, gəzər suy besuy, gəşti-gülüstan eylər.

Ç ənd, ey fələk birgə feyzi-əsərin,

İstəsə bağü taşı ləli-dirəxşan eylər.

Bəhr ara əbr tökər gər qətreyi-dust kərəmin,

Sədəf ağzunda onu lölöyi-qəltan eylər.

Hikmətin tərbiyət etmək dilər bağü amin,

Heç şək yox ki, Ərəstu ilə Loğman eylər.

Bəlkə «Qanun», «Şəfa» birlə əgər rağib olub,

Qılsa təşxis, ölüm dərdinə dərman eylər.

Su verur təşnələb vadiyi-cəhan bəni,

Bəs neçün süxteyi-atəşi-cəhan eylər.

Gah edür möhnətü ənduhilə var səbri yox,

Gah az dərdimi cövrilə firavan eylər.

Dəhr ara gülşəni ümmid olun şaxləri,


42

Sındırır sərsəri əyyamü pərişan eylər.

Qorxuram kim, verə tufanə həyatım rəxtin,

Böylə kim, cövrimin didəmi giryan eylər.

Qorxuram cism ola badi-fəna həmsəfəri,

Böylə kim, ahi-dəmadəm yeli tüğyan eylər.

Kaş ki, tən qəfəsindin çıxa mürgi-nəfəsim,

Ç ün yerim cüğdsifət guşeyi-viran eylər.

Ey fələk, eyləmə çox cövr könül kişvərinə,

Həzər et böylə ki, dil naləvü əfğan eylər.

Mənşur naləsi ol bəhri-səxa səm'inə kim,

Rəyi-rövşən bilə hər müşkülün asan eylər.

Ol kərəmdir səxapişə ki, çün dəstü dili,

Xazəni-məxzəni-ənamına fərman eylər.

Bavücudi-kərəmi-bəhr ilə kan ol ikisin,

Bir kimin bəxşişi şərməndeyi-ehsan eylər.

Bir nomin əşcarın yürüdür sənə layiq,

Pərtövün təngi-kərəm, cigərin qan eylər.

Ol ki, gər tutsa bizə tərbiyəti-muri-zəif,

Əsəri-tərbiyəti muri Süleyman eylər.

Şahi-dərya dili-cəmca ki, çeşmi-bəd üçün,

Yoluna çərx həməl qoçini fərman eylər.

Təb'i-fazilə kim, söz suyinə verdi həyat,

İstəsə çeşmeyi-heyvanı süxəndan eylər.



43

Nəzəri cismə iksiri-bəqadır, nə əcəb,

Qara torpağı əgər çeşmeyi-heyvan eylər.

Gətür dirə hərimi-hərəmini şəm'i üçün,

Demə kim, şami-fələk şəm'ini pünhan eylər.

Div əgər busə edər rayiz əmrini qəbul,

Oturub məsnədi-izzətdə çü divan eylər.

Baxsa kəc həzmi-həsədpişə, əgər bəzmi barsa,

Həm onu edər baxışı kurü peşiman eylər.

Əzmi-meydan qılubən çıxsa səmənd üzrə fələk,

Bəbəyi ilə kuyi guy ilə çovgan eylər.

Ey sərəfrazi-fələk, rayinə qonmuş gərdun,

Eyləməz kim ki itaət, sana üsyan eylər.

Əridür xəsm cəfapişə yar qəzəbin

Kim, dürüşt olana aqça vəqtini suhan eylər.

Sərvəra, Sadiqi dəsti-cəfadən kərəmin,

Bir yari-lətif ilə tutarsa, nə nöqsan eylər.

Bəxşişün lütfilə qaldırmasa toprağdan onu,

Zə'f tale qara torpağ ilə yeksan eylər.

Tusəni-dövlət gər cilvəgər olsun, ya Rəb,

Ta səməndi-fələkün dəhrdə cövlan eylər.

* * *

QƏZƏLLƏR


44

Hər nəfəs gündin yədi-beyza edər izhar sübh,

Belədür dəvayi-ecaz etsə Musavar sübh.

Mehridin guya ki, bir xurşidvəş yüz göstərir

Kim, nisar eylər həzaran lölöyi-şəhvar sübh.

Guyiya gəlmiş kənarına ömrünün günü

Kim, qılır hər dəm əyan mundaq sarıq rüxsar

sübh.


Ta edə rövşən cəhan əhlinə dağ sinəsin,

Hər səhərgahını neyçün yakasın yırtar sübh?

Kəsrəti-şəbnəmlə olmuşdur libası cümlə yaş,

Günə qarşu hər dəm anınçun açar dəstar sübh.

Sadiqi, aldanma dəhrin zövqi-sübhü şamına

Kim, gedər besyar şamü həm gəlür besyar sübh.



* * *

Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı,

Başa urmaqdan əlimdə ixtiyarım qalmadı.

Səndə yandırdı ahım etdigin ədəkləri,

Yandım onun üçün ki, bir dilsüvarım qalmadı.

Dərdmənd oldum qərari-çarə etdigin şükr üçün,

Ç arə qıl kim, vaqi bu dərdə qərarım qalmadı.

Tə'n eyləməyibdir min günün bietibar

Kim, yanında itcə etibarım qalmadı.

Xoşdiləm sinəndəki qatı xədəngi-zəxminə,



45

Meyli-gülgəştü həvayi-laləzarım qalmadı.

Bar idi cəm'iyyətim, eşqinlə də kim ruzigar,

Seylə verdi olduğum ol ruzigarım qalmadı.

Bəs ki, yaxdı, Sadiqi, ahım odu həmdəmləri,

Şəm tək yanımda bir dilsuz yarım qalmadı.



* * *

Dün urub vaşilə bən xəstədili şad etdün,

Yaxşı bardun ki, bozuq könlümü abad etdün.

Yox vəfa cövrü cəfadin bəni  məhrum etmə,

Ç ünki cövr ilə cəfayə bəni mötad etdün.

Verdin əğyar əlinə meylini, yıxdın evimi,

Dad əlindən sənin, ey şux, nə bünyad etdün?

Hər nəfəs sövti-vəfa birlə edirsən nalə,

Ey könül, ol səgi-kuyini məgər yad etdün?

Eylədün, Sadiqi, təndin xali cananə fəda,

Yaxşı vardun, bu qəfəsdən onu azad etdün.

* * *

Yardin kam istəmək eşq əhlinə düşvar imiş,

Aşiqə məşuqdən məqsud bir didar imiş.

Gözlərindin günimi aldım, öpərdüm ləlinə,

Bilməz idüm ol daği edən tiri-xunxar imiş.

Tə'n edə təsbih ilə zahid bənim zünnarimə,

Eylədüm biruluq ol daği birər yar imiş.

Abi-kövsərdin bəni asudə qıldı cami-mey,



46

Heç şək yoxdur ki, xiffətxanə xümmar imiş.

Deyərdim hicran ilə olsam daği vəsli-səmən,

Neyləyim ki, çareyi-dərd istəmək naçar imiş.

Qeyrə zari-eşqimi demişdilər, bildin, rəfiq,

Bilməz idüm kim, mənə yardan deyən əğyar imiş.

Nəqdi-can verdüm ki, ta aldum mətai-vəslini,

Sadiqi, bu eşq sevdası əcəb bazar imiş.



* * *

Driğa, dilbərim halım pərişan olduğun bilməz,

Könül quşun əsiri-dami-hicran olduğun bilməz.

Gəzər ləli xəyal ki, kor edə gah könlümdə,

Buların arəsində ol məgər qan olduğun bilməz.

Bizi aşiq dad iman yox, zahid oxur kafər,

Nə cahildür kim, kafəri iman olduğun bilməz.

Bəni hicran bilə öldürən əsiri-yar müşküldir,

Məgər yüz göstərüb öldürən asan olduğun bilməz.

Gəzər könlüm evin, istər ki, mehrin alələr təkəllümdən,

Behəmdüllah ki,  mehri canda pünhan olduğun

bilməz.


Ç əkibdür xəncərin bədgu söz ilə yar qılmaqçün,

Bəni bu öldürür ruzigar,  axır peşiman olduğun

bilməz.

Verür ləliyə nisbət Xızr suyin Sadiqi yarın,



Nə qafildür, onun əslini heyvan olduğun bilməz.

47

* * *

Müşk yolunda can tökən qəlb olması yəqinimdür,

Səvadi-cövhərimin xətti-lövhi cisminimdür.

Driga, heç kim qürbətdə bimar olduğum bilməz,

Bəla

həmsöhbətim, 



qəm

yarü


möhnət

həmnişinimdür.

Gözündən özgə yoxdur ağzıma süd əmizdirən,

Gözüm yaşım silən, dilim tutan yara sitəmimdür.

Nə yerdə olsa əğyar, eyləməz tərki-mülaqatın,

Yeridür gər desəm təri bu çeşmi-pakimdür.

Həlal et bənə söz sehrini, ey Sadiqiyi-dövran,

Deyəndən bərli canan şairi-əqrəbinimdir.



* * *

Yenə nə bərq idi kim, saldı eşq canımğa

Ki, tüşdü şəm kibi məğzi-üstüxanımğa.

Yenə nə seyl idi kim, yıxdı səbr bünyadın,

Gətürdi rəxneyi-qəm mülkü xanümanımğa.

Yenə nə şövq idi kim, kəsdi rişteyi-canım,

Buraxdı dami-bəla cismi-natəvanımğa.

Yenə nə gülbüni-vəsl idi kim, şüküftə bolub,

Bahar verdi xəzan bərli bustanımğa.

Yenə nə bərq idi, ey Sadiqi kim, oldu əyan

Ki, etdi şölə füzun atəşi-nihanımğa.


48

* * *

Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,

Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.

Məgər məsti-meyi-vəsl ola könlüm bəzmi-işrətdə,

Vəgərnə ol qədər keyfiyyəti yox badeyi-minanın.

Degilsə qiblədən məqsud qədü qamətin görmək,

Nədür

bəs


sana

qarşudur


zövqi-məscidə

mehrabın.

Mana fərmanın olmaq urdu lütf qılma eylərsən,

Nədəndü iltifatı o taqi-fərmanə qəssabın.

Mənim tək çərx əlindən hər zəman dönüb fəğan

eylər,


Keşişdən bir havadardur məgər başında dolanın.

Nə nan kənar basar xublar mənim tək aşiqə talib,

Əcəmidədir tələbkarı çox olsa cinsi-kəmyabın.

Cünundin Sadiqi ol bəzmi-eyşin padşahidür,

Kim, onda fərq yox xakistəri-gülxənlə sübhanın.

* * *

Dərddin xanəvü beyt tutdum eymən cananın, 

Xəncərin çəkdi miyanından ki, budur dərmanın.

Bəni-qəribi səgi-kuyin eşigindən qavdı,

Bu vilayətdə məgər qədri budur mehmanın?

Sinədən gör yolu tutdu sirişkim yerinə.



49

Dəmbədəm suzi-dilimdən iritin peykanın.

Qaşların payi xəm olduqca dəgər sinəmə ox,

Olmayımmı məni-sərgəştə sənin qurbanın.

Gözlərin mərdümi mərdümlük edib mane olur,

Hər qaçan qətlim üçün tiğ çəkər müjganın.

Kərəm etdin qəmu əğyarə vüsalın nəqdin,

Padşahım, qanı dərvişlərə ehsanın?

Biqərar etdi fələk dönə-dönə Sadiqini,

Şimdi bildim ki, qərarı yox imiş dövranın.



* * *

Gözə ol şəh yolidin özgə gubari bolmasun,

Məndin özgə kimsəgə andin güzari bolmasun.

Gülşəni-kuyində kim, sərvi-qədi məvasidür,

Hər tərəf əşkimdin özgə cuybari bolmasun.

Köyməsün könlüm evün bivəch, ya Rəb, hicr odu,

Təndə bərqi-vəsldin özgə şərarı bolmasun.

Məndin özgə bolmasun məhrəm hərimi-bəzmdə,

Tən nəmidin özgə onda pərdədarı bolmasun.

Müntəzir bol kim, gəlür qətlünğə dersən, ey rəfiq,

Hər nə bolsa-bolsun, əmma intizarı bolmasun.

Dedi kim, bəzmində bolsun pərəstkarı, Sadiqi,

Leyk meyli-işrətü busü kənarı bolmasun.

* * *


50

Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün

Kim, edər yüz min cəfa hər dəm bana əğyar üçün.

Ayrılığ zə'fi bilən bəs kim, ölürmən dəmbədəm,

Tutdular yüz min kərəz

1

matəm məni-bimar üçün.



Yox sana lütfivü var əğyara dersən, ey rəfiq,

Necə bir könlüm məlul olsun bu yoxü var üçün.

Müşkili-düşvari-eşqə etmə tədbir, ey həkim,

Eyləməz tədbir ……… bu müşkili-düşvar üçün.

Bir qədəh mey birlə dün bəzmində rəf' oldu qəm,

Can fəda bolsun anın tək həmdəmi-qəmxar üçün.

Sadiqi, azürdə istər hər zəman canan səni,

Guiya xəlq eylədi xaliq səni azar üçün.



* * *

Ç arə kimdür ələmi biçarə olmuş könlümü,

Qandadur bir cəm edən sədparə olmuş könlümü.

Cənnətü cuyi dil bəni avarə qıldı, bilməzəm,

Qanda, ya Rəb, istəyim avarə olmuş könlümü.

Etmə, zahid, vaizü təsbihə talib Tanruçün,

Mən' əsiri mübtəla zünnarə olmuş könlümü.

Yağıleydi nafə tək qan əşki-gülgün kaş ki,

Payvənd ol zülfi-ənbərbarə olmuş könlümü.

                                                

1

Кяря, дяфя.



51

Sadiqi tək yandurun ey ahi-atəşbarını,

Arsızlıqda müti əğyarə olmuş könlümi.

* * *

Müddəi qövlilə çün kim salmadın gözdən bəni,

Saxlasun,  ey sevdügim,  Tanrı yəman gözdən

səni.


Bənə dağ eylədi puşidə üryan cismimi,

Neylərəm, ey həmnişin, şimdən geri pirahəni.

Keçdi dün damən keşan səndin baxam çak,

Eyb olmaz çün kim, əlimdən getdi dövlət daməni.

Mehrin,  ey məh,  eyləməz ta mehriban könlümğə

seyr,


Edəməz hərçənd kərəm olsa quyaş bəzm ahəni.

Göz üzün gördü, fəqihə eylədi tərki-səlah,

Ey gözüm mərdümləri, əhli-səlamət rəhzəmi.

Müddəilə aşiqi bixanüman sanman ki, var,

Guşeyi-qəm mənzili, künci-məlamət məskəni.

Sadiqi, Qarun vəqt urmaqda eşqilən ki, yar,

Sinəyə getməz gənci-məhəbbət məxzəni.


Yüklə 396,44 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin