ŞAGİRDİN Ümumi psixoloji-pedaqoji xarakteriSTİkasi



Yüklə 91,5 Kb.
səhifə1/2
tarix20.06.2022
ölçüsü91,5 Kb.
#61846
  1   2
ŞAGİRDİN ÜMUMİ PSİXOLOJİ 2021 onlayn


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

_________________________________ fakultəsinin


________qrup tələbəsi_______________________


aktiv pedaqoji təcrübədə olarkən


________________ sinfində oxuyan

____________________________ haqqında yazdığı


müqayisəli xarakteristika

ŞAGİRDİN ÜMUMİ PSİXOLOJİ-PEDAQOJİ XARAKTERİSTİKASI




I.Şagird haqqında ümumi məlumat
(Şagirdin soyadı,adı,atasının adı)

(Yaşı,oxuduğu sinif və məktəbin №-si)


(hazırda hansı içtimai işi aparır)


Saglamlığı, fiziki inkişafı, fiziki mədəniyyəti (lazım olanın altından xətt çəkin)
a)sağlamdır, fiziki cəhətdən inkişaf edib, səhər idmanı ilə, turizimlə məşqul olmağı adət edib, boy buxunu yaxşıdır.
b)saglam deyil, fiziki cəhətdən zəif inkişaf edib, tez-tez xəstələnir,səhər gimnastikası ilə, turizimlə məşqul olmağa adət etməyib.
Ailədə tərbiyə şəraiti.

Şagirdin qısa inkişaf tarixi: məktəbdən qabaq harada tərbiyə alıb;neçə ildir ki,bu məktəbdə


Oxuyur;bu illərdə nə kimi əhəmiyyətli dəyişikliklər olub.


II.Şəxsiyyətin istiqamətlənməsinin ümumi xarakteristikası


Şəxsiyyətin içtimai tələbatları (lazım olmayanı pozun)


a. Böyüklərlə və ya yoldaşları ilə ünsiyyətdə olmaq tələbatı;
b. Yeni tə’sir və yeni biliklər almaq tələbatı;
c. Dərs oxumaq tələbatı;
d. Siyasi-içtimai fəaliyyətə tələbat;
e. Bədii-estetik fəaliyyətə tələbat;
f. İdman və oyunlara tələbat;
g. Kollektiv əməyə tələbat;
h. Turizim, gəzintilərə və ekskursiyalara tələbat;
içtimai zidd hərəkətlərə ziyan verirmi?

Verirsə hansılardır?


Şagirdin nümunə götürdüyü şəxs, onun xüsusiyyətləri


Şagirdin maraqları (içtimai əhəmiyyətli və yaxud eqoistik, geniş və ya dar mə’nalı, möhkəm və ya zəif)
a. İçtimai-siyasi maraqlar:ölkənin və ya dünyanın içtimai hadisələri ilə maraqlanırmı: bu
qəzet, jurnal və kitab oxuyurmu və oxuduqlarını yoldaşları ilə müzakirə edirmi; daxili və
beynəlxalq həyatın faktlarının öyrənməsinə möhkəm maraq göstərirmi?



  1. İdrak maraqları. Hansı sahələrlə və nə dərəcədə maraqlanır;

Elmin hansı sahələri ilə?


Hansı texniki sahələr ilə?


Kolleksiya yığmaq ilə məşqul olurmu?


Musiqi və rəssamlıq ilə məşqul olurmu?





  1. Estetik maraqlar (verilən suallara cavab verin və cümlələri tamamlayın):

Təbiətin gözəlliyinə maraq göstərirmi?


Bədii ədəbiyyatı sistematik olaraq oxuyurmu?


Teatıra, konsertlərə, şəkil qalereyalarına, sərgilərə gedirmi?


Oxuduğu, gördüyü, eşitdiyi fikirlərə, məsələlərə maraq göstərirmi?


Öz həyatını və insanlar ilə ünsiyyətini estetik qaydaya salmağa çalışırmı?


Tə’limin motivləri: yüksək əxlaqi ideal, müsbət nümunə, biliyə yiyələnmək; sinfi, məktəbi ucaltmağa çalışmaq; yarışlarda qalib gəlmək; gələcək sənət üçün, gələcək iş üçün bilik qazanmaq; valideyinləri kədərləndirməmək; cəzalanmaqdan qorxmaq; başqalarından seçilməyə can atmaq; özü üçün xeyir tapmaq və s. (lazım olmayanı pozun)


İçtimai işdə iştirak motivləri: cəmiyyətə,məktəbə, kollektivə xeyir gətirməyə can atmaq; faydalı bilik, bacarıq, vərdişlər əldə etmək (lazım olmayanı pozun)
Özünü tərbiyyəetmənin motivləri:müsbət nümunə və yüksək əxlaqi ideal, başqalarından seçilməyə can atmaq, ancaq özü üçün fayda almaq arzusu və s.(lazım olmayanı pozun)
Əmək fəaliyyətinin motivləri: yüksək əxlaqi ideal, müsbət nümunə; yoldaşlarının daxil olduğu kollektivə, məktəbə fayda vermək üçün sə’y göstərmək;əmək vərdişləri və bacarıqları əldə etmək;gələcək sənətə hazırlıq, başqalarından seçilməyə can atmaq və s.(lazım olmayanı pozun)

III. Fəaliyyətin əsəs növlərinin ümumi xarakteristikası


Fəaliyyətin hansı növlərini; təhsili, əməyi, içtimai-faydalı işi, idmanı, bədii-estetik,oyunu,texniki-konstruktiv işi, turizmi üstün tutur:


Peşə seçməyə meyili necədir:


Hansı peşəni seçib, nə üçün bu qərərı alıb?


Tə’lim fəaliyyətində hansı qiymətlər üstünlük təşkil edir?

Hansı fənnlər ilə ən çox maraqlanır?


Hansı fənnlərdən bacarıqları yüksək səviyyədədir?


Hansılardan alçaq səviyyədədi?


Tə’limə necə yanaşır; işini vicdanla yerinə yetirir; o qədər də düz yetirmir; vicdansız yanaşır; maraqla oxuyur; oxumaq istəmir; dərs materialını arabir; müntəzəm, zəruri başa düşməyə çalışır, yaxud onu əzbərləməklə kifayətlənir (lazım olmayanı pozun)
Məktəbdən kənar bilik alırmı? (hə, yox)
Sinifdən kənar işlərdə; fənn dərnəkləriu və ya xüsusi dərnəklərdə (gənc texniklər, gənc şahmatçılar, gənc təbiətçilər) məşqul olurmu?
Elmi kütləvi ədəbiyyatı oxuyarkən əldə etdiyi biliklərə müsbət və ya mənfi yanaşır (lazım olmayanı pozun)

Tə’limin müvəffəqiyyətinə nə mane olur (lazım olanın altından xətt çəkin)?



  1. keçən illərin materiallarını bilməmək

  2. oxuya bilməmək

  3. oxumaq istəməmək

  4. zəif inkişaf etmiş diqqət, hafizəı, iradə

  1. passivlik, tənbəllik və s.____________________________________________________

Oxumaq ehtiyaca çevrilib ya yox?__________________________________________________


Tə’limdə yaradicılıq elementləri var ya yox?__________________________________________


IV. Əmək fəaliyyəti və oyun.


Əməyin hansı növlərini:tə’limi, içtimai işi, məişşət-təsərrüfat, istehsalat və s. əməyi üstün tutur?


Əməyə necə münasibət bəsləyir:əməyi sevir, ümumiyyətlə maraq göstərir, əməyi sevmir, əməyə biganədir (lazım olmayanı pozun)


Əməyin hansı növlərində fəallıq, təşəbbüs və yaradıcılıq göstərir?


Hansı əşyanı düzəltməyi sevir?


Ətrafdakı adamlara xeyir gətirmək arzusu nə dərəcədədir?


Yeni əmək vərdişlərinə və üsullarına yiyələnmə sür’əti necədir: sür’ətlə, ləng,çətinliklə?


Şagirdin oynadığı oyunların adanı çəkin


Hansı oyunları üstün tutur: cəld, yaradıcı, stolüstü, idman oyunları?


Oyunlarda hansı rolu yerinə yetirir:təşkilatçı, təşəbbüsçü, fəal icraçı, passiv iştirakçı?


Dərsdən kənar vaxtlarında nə ilə məşqul olmağı xoşlayır?


V. Şagirdin daxil olduğu qrupun xarakteristikası.


Şagirdin daxil olduğu qrupun adını göstərin(sinif, idman komandası, dərnək qrupu, küçə kampaniyası və s.). Göstərilən qrup bütövdür, yoxsa ayrı-ayrı qruplardan ibarətdir?


Qrupda birlik, qarşılıqlı kömək və qarşılıqlı tə’sir, aparıcı rol oynayan möhkəm aktiv varmı?


Bütün qrupun və ya ayrı-ayrı üzvlərinin müvəffəqiyyətə və ya müvəffəqiyyətsizliyə


Münasibəti, qrupda möhkəm içtimai rə’yi varmı?


Qrupun fəaliyyətinin məqsədləri və motivləri daha geniş olan təşkilatın(məktəb, düşərgə və s.) motivləri və məqsədləri ilə uyğun gəlirmi?


Göstərilən qrupun başqa qruplarla ümumi məqsədləri varmı, onlarla əməkdaşlıq edirmi,


Yaxud onlardan ayrılır və ancaq qrupun tələbatı ilə yaşayır?

VI.Şagirdin qrupda tutduğu vəziyyəti:


Şagird içtimai tapşırıqları necə yerinə yetirir: fəallıqla, təşəbbüskarlıqla, sə’ylə, səliqəliklə, enerjiylə, ölüvaylıqla, güclə, çətinliklə və ya yerinə yetirməyi rədd edir (lazım olanın altından xətt çəkin)


Kollektivdə tutduğu vəziyyəti aktivin tərkibinə daxildirmi?


Aktivin tərəfini saxlayır, yaxud passivdir?


Kollektivin fikri və maraqlarının qədrini bilirmi?

Kollektivin şərəfini qoruya bilirmi?


Qrupun və ya onun bir hissəsinin rəğbətini qazanıbmı və ya qazanmayıb?


Möhkəm dostları varmı?


Dostluqda nə kimi rol oynayır, aparıcı və yaxud tabe olan?


Dostluqda həmin qrupun üzvləri ilə kifayətlənir yaxud qrupdan kənara çıxır?


Qrupdan kənar möhkəm dostları varmı?


Yoldaşlarına əmr edə bilir, ya yox?


Əksər hallarda qrupun üzvləri ilə ümumi dil tapır, yaxud konfliktə gedir?


Yoldaşlıq və ya dostluq haqqında onun təsəvvürü?


kollektivci xasiyyətinə malikdirmi?


Kollektivin müvəffəqiyyətsizliyini öz uğursuzluğu kimi qəbul edirmi?


Təqsirkar olanda boynuna alırmı, yaxud öz dediyinin üstündə inadkarlıqla durur?

Yoldaşları ilə mehribandır, yaxud tənhalığı sevir?


Yoldaşlarına qəlbini açır, yoxsa qaradinməzdir?


Başqalarında hansı keyfiyyətləri qiymətləndirir?


Ona nəyə görə hörmət edirlər və ya etmirlər?


Yoldaşları arasında nüfuzu varmı?


Təşkilatçı funksiyasını (rəhbərliyi, başçılığı, komandirliyi) aparır və ya aparmır, hansı qrupda


(sinifdə, idman cəmiyyətində, küçə kompaniyasında), yaxud bir neçə qrupda eyni vaxtda?

Vəzifəsinə görə təşkilatçıdır (məs: seçiblər, tə’yin ediblər) və ya təşəbbüsü ilə təşkilatçı olub?


Təşkilatçının tipi (təşəbbüsü, zəkalı, fərasətli və s.)


Təşkilatçılıq fəaliyyətini necə yerinə yetirir, aktiv, təşəbbüslə, zirəkliklə, fərasətlə,


operativliklə, inadkarlıqla və ya ancaq sadəcə icraçılıq göstərir?


Müstəqil təşkilatçı fəaliyyətinə qabildirmi? Bu fəaliyyət üçün şərait varmı?


Harada, nə vaxt təşkıllatçılıq işini öyrənib (məktəbdə, düşərgədə)?


Təşkilatçılıq işini kimdən öyrənib (böyüklərdən, həmyaşıdlarından, öz təcrübəsindən)?


Mədəni davranış vərdişləri:_______________________________________________________


Şəxsi gigiyenasının tələblərini yerinə yetirməyi bacarır, insanlara ədəblə yanaşır?

Özünü süfrə qırağında və içtimai yerlərdə apara bilir?


Və’d etdiyi və tapşırılan sözü dəqiq yerinə yetirir?


Heç yerə gecikmir? Yaxşı adətlərə, mədəni nitqə malikdir?


Təmizliyi və səliqəni gözləyir?


VII. Diqqətin, hafizənin, nitqin, təfəkkürün qısa xarakteristikası.


Diqqət möhkəmdir ya yox? Diqqətini cəmləşdirə bilir və ya dalğındır?

Bir şeydən o birisinə tez və ya yavaş keçir?


Diqqətin hansı növü üstünlük təşkil edir: ixtiyari və ya qeyri-ixtiyari?


Hafizəsi necədir? Hafizənin hansı növü üstün gəlir: mexaniki və ya mə’nalı?


Yaddasaxlamanın və ya yadasalmanın səmərəli üsüllarına yiyələnib ya yox?


Təfəkkür və nitqi nə kimi xüsusiyyətlərlə fərqlənir?


Düşünməyi, əsaslandırmağı, sübut etməyi, öz nöqteyi nəzərinə və insanların hərəkətinə tənqidi


baxmağı, müstəqil nəticələr çıxarmağı bacarırmı?


Təfəkkürün hansı növləri üstünlük təşkil edir: obrazlı, əyani-əməli, mücərrəd təfəkkürümü?


Müşahidəçiliyi, düşmənçiliyi, bilik həvəsi necədir?


Şagirdin nitqində zəngin lügət ehtiyatı, obrazlılığı, mə’nalılığı,emosionallığı,inadkarlığı necədir?


Şagird öz fikirini aydın ifadə edir ya yox?


Onun nitqində vulqar sözlər varmı?


VIII. Şagirdin hissləri və onların qısa xarakteristikası.


Hansı əhval üstünlük təşkil edir?

Sevinc, kədər, qorxu təzahür edən effektlər olurmu?Tez-tez və ya gec-gec?


Şagird çox vaxt nə cür hal keçirir: şad, gümrah, canlı, güləyən, sakit, aciqla, qəmli, ağlayan?


Öz hisslərinə nəzarət edə bilirmi?


IX. Şagird şəxsiyyətinin dinamik xüsusiyyətləri.


Cəlddir və ya ləngdir? Hərəkətlərində və əməllərində sakitdir və ya coşqundur?

Mimikası və pantomimikası ifadəli və mə’nalıdırmı?


Müxtəlif faktlara və hadisələrə reaksiya tezdir və ya zəifdir?


İşdə dözümlüdür, səmərəni aşağı salmadan, fasiləsiz işləyə bilirmi, yaxud fasilə lazımdır,


fasilə lazımdır, uzun müddət gərgin işləyə bilmir?


Çətin, çıxılmaz vəziyyətlərdə o özünü itirməməyi bacarırmı və ya itirir, hirslənir, təslim olur?


İş tempi necədir? Eyni tempdə işləyir və ya coşqunluqla? Yeni fəaliyyətə sür’ətlə başlayır,


asanlıqla, həvəslə, yaxud çətinliklə və yavaş-yavaş? Zirəkdir yoxsa tənbəl?


Yeni situasiyaya tez və asanlıqla uyğunlaşır və ya çox çətinliklə öyrənir?


Yeni bilikləri, əməlləri, vərdişləri asanlıqla və tez mənimsəyir, ya çətinliklə və yavaş-yavaş?


Emosional cəhətdən həssasdır və ya kütdür, mübarizdir, əzmkardır, tə’kidlidir, sakitdir, dincdir,


və ya emosional ruhlanmaya, hirslənməyə meyli var.

Bu və ya digər psixi hallarda çox və ya az müddət ərzində davam edir.


X. Şagirdin ümumi və xüsusi qabiliyyətləri.


Ümumi zehni fəaliyyətə, əmək fəaliyyətinə, idman fəaliyyətinə,



Yüklə 91,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin