Aktinomisetlər və ya şüalı göbələklər torpaqda, suda
və peyində geniş yayılmışdır. 1qram torpaqda aktinomisetlər
15…36 milyona, və ya 1 hektarda 500:700 kq-a qədər ola bilər.
Aktinomisetlər humusun (çürüntünün) əmələ gəlməsində fəal
iştirak edir.
Göbələklər –tipik heterotroflar, yəni hazır üzvü
maddələrlə qidalananlar hesab olunur. Göbələyin vegetativ
gövdəsi
mitseli adlanır.
Ali
göbələklərin
mitseliləri
çoxhüceyrəli olur.
Göbələklər
torpaqəmələgəlmə
prosesində
böyük
əhəmiyyətə malikdir, onlar mürəkkəb üzvi maddələri mineral
birləşmələrə qədər parçalaya bilir. Göbələklər özündən sonra
torpaqda suya davamlı struktur yarada bilən çoxlu humus
saxlayır.
Yosunlar. Yuxarıda göstərilən bitki orqanizmlərindən
fərqli olaraq yosunlar öz hüceyrələrində xlorofil saxlayır. Onlar
işıq şəraitində mineral birləşmələrdən üzvi maddələr yaratmaq
qabiliyyətinə malikdir (fotosintez).
Yosunlar torpaqda, ən çox torpağın üst qatında
hərtərəfli yaranıb. Torpaq səthinin nəmliyi yosunların əmələ
gəlməsi üçün mühüm şərait sayılır. İşıqda yosunlar karbondan
– CO2-dən istifadə edir,azotu isə mineral birləşmələrdən
mənimsəyir.Torpaqda yosunlar süxurların aşınması prosesində
fəal iştirak edir. Diatom yosunları qrupu əsasən alümosilikatları
parçalayır.
Bəzi göbələklərlə birlikdə yosunlar da CO2 – dən
istifadə edərək üzvi maddələrin toplanmasında iştirak edir.
Yaşıl, göy-yaşıl və diatom yosunlar mövcuddur.
Şibyələr. Yerüstü yosunlar olub birgə yaşayan
göbələklər qrupudur. Beləliklə, şibyədə iki bitki – göbələk və
onun üzərində yerləşib birgə yaşayan yosun görünür. Bu iki
bitkinin simbiozunda yosunlar bütün yaşıl bitkilər kimi üzvi
maddələr sintez edir, bu zaman onlar şibyələrin əldə etdiyi
sudan istifadə edir, göbələk isə yosunların hüceyrələrindən
123
qismən qida kimi istifadə edir. Şibyələrə həm ağaclarda, həm
yerdə, qayalarda, daş üzərində, dəmir yzərində, hətta şüşə
üzərində rast gəlmək olar.