ŞAHİN ƏHMƏdov


Ölkənin (ərazinin) yaşı (vaxt) torpaqəmələgətirən



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə54/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   50   51   52   53   54   55   56   57   ...   107
Mühəndis-ekologiyası

 
Ölkənin (ərazinin) yaşı (vaxt) torpaqəmələgətirən 
amil kimi. 
Hər hansı torpaq tipinin yaranması üçün müəyyən 


119 
vaxt lazımdır. Burada torpağın 
mütləq 
və 
nisbi yaşını 
ayırmalıdır. Məlum olduğu kimi keçmiş SSRİnin şimal hissəsi 
yaxın vaxtlarda buzlaqlardan azad olmuşdur. Cənubi Rusiya və 
Qazaxıstan çölləri (stepləri), Türkmənistan və Özbəkistan 
səhraları, Sibirin və Uzaq Şərqin bir hissəsində buzlaq 
olmamışdır. 
Tundra torpaqlarını şərti olaraq ən cavan, podzol 
torpaqları orta yaşlı, qaratorpaq və şabalıdı torpaqları isə 
yetişmiş yaşlı torpaqlar hesab etmək olar. Ən cavan torpaqlar 
çayların gətirmə konuslarında, müasir alluvial çöküntülər 
üzərində inkişaf edən torpaq hesab olunur. 
Beləliklə, torpağın mütləq yaşının başlanğıcı qurunun 
buzlaqdan, dəniz, göl, okean altından azad olması vaxtı hesab 
olunur. Torpağın nisbi yaşı dedikdə isə onun vaxta görə 
formalaşması sürəti (müddəti) nəzərdə tutulur. H. Bennetə görə 
ana süxurdan 2-3 sm torpağın yaranması üçün 200-1000 il vaxt 
lazımdır. 
 
Orqanizimlər və torpaqəmələgəlmə. 
 
Torpaq 
orqanizmləri

Torpağın 
münbitliyinin 
yaranmasında canlı orqanizmlər və torpağın üzvi maddələri 
əsəs amil sayılır. 
Torpaqda və onun səthində bakteriyalar, göbələklər, 
aktinomisetlər, yosunlar, şibyələr, ali bitkilər (mamırlar, 
ayıdöşəyilər, otlar, ağac bitkiləri), ibtidailər, soxulcanlar, 
həşəratlar və məməlilər yaşayır. 
Əgər 
edofonu 
torpaqəmələgəlmə 
prosesində 
əhəmiyyətinə görə cərgələrə bölüşdürəsi olsaq, onda birinci 
cərgədə bakterialar, ikincidə –aktinomisetlər, üçüncüdə isə 
göbələklər durur. İbtidailərə, amyöblərə və yosunlara torpaqda 
az rast gəlinir. 
Y.H.Mişustinə görə kasıb torpağın (məsələn podzolun)
1qramında 0,3-0,6 milyard, münbit qaratorpaqda –2- 3 milyard 
mikrob vardır. Suvarılan səhra boz torpağının 1 qramında da 
mikroorqanizimlərin miqdarı 3milyarda çatır. 


120 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin