115
Orqanizmlər davamlı məhsulların aşınmasına böyük
təsir göstərir. Akademik V.İ.Vernadski canlı
orqanizmlərin
aşınma prosesində böyük əhəmiyyətini qeyd edərək, belə hesab
edir ki, kaolin abiotik şəraitdə davamlıdır. Lakin o,
orqanizmlərin bilavasitə iştirakilə,
yəni bioloji olaraq
parçalanır. Bəzi yosunlar silisium turşuları ayıraraq kaolini
parçalayır. Belə parçalanma yosunlar tərəfindən ayrılan və
tərkibində pektin maddələri olan seliyin təsirilə gedir.
Yağlı-turşu və nitrifikasiya mikroorqanizmləri ayırdığı
maddələrlə apatit və silikatları sürətlə parçalayır. Süxurların
səthinə göy-yaşıl yosunlar da böyük təsir göstərir. Belə
yosunlar və nitrifikasiya bakteriyaları
qranitə böyük təsir
göstərir.
Dostları ilə paylaş: