ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə49/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   45   46   47   48   49   50   51   52   ...   107
Mühəndis-ekologiyası

4.4. Süxurların aşınması
Massiv - kristal süxurların aşınması. 
Süxur və ya minerallar əmələ gəldiyi yerdəki şəraitdən kəskin 
ayrılan şəraitə düşdükdə dəyişikliyə uğrayır. Massiv-kristal, 
çöküntü və metamorfik süxurlar səthə çıxarkən mexaniki 
surətdə xırdalanmağa məruz qalır, kimyəvi və bioloji 


113 
dəyişikliyə uğrayır. Yer qabığının üst səthində gedən bu 
proseslərin cəminə 
aşınma 
deyilir. 
Aşınma zamanı temperatur, su, karbon qazı, oksigen, 
həmçinin 
orqanizmlərin 
fəaliyyəti 
nəticəsində 
gedən 
biokimyəvi hadisələr böyük rol oynayır. 
3 aşınma tipi müəyyən edilmişdir: fiziki, kimyəvi və 
bioloji. Bunlar praktiki olaraq eyni vaxtda baş verir. Müxtəlif 
şəraitlərdə gah bir, gah da digər aşınma tipi üstünlüyə malik 
olur. 
 
Fiziki aşınma 
zamanı süxurlar mexaniki surətdə 
müxtəlif ölçülü hissələrə parçalanır, lakin onların kimyəvi 
tərkibi dəyişmir. 
 
Kimyəvi aşınmada 
isə ilkin mineralların kimyəvi 
tərkibi dəyişir, yeni minerallar əmələ gəlir, çox vaxt yeni 
yaranan mineralların kimyəvi tərkibi ilkin minerallardan sadə 
olur. 
 
Bioloji aşınma 
– canlı orqanizmlərin təsiri nəticəsində 
süxur və mineralların xırdalanması prosesinə və onların 
kimyəvi tərkibinin dəyişməsinə bioloji aşınma deyilir. 
 
Fiziki aşınma. 
Fiziki aşınmanın əsas səbəbi yer 
səthində sutkalıq və mövsümi temperaturun dəyişməsidir. 
Günəş şüası altında süxurun üst qatları güclü qızır, alt qatları 
isə istiliyi yaxşı keçirməməsilə əlaqədar öz əvvəlki 
temperaturunu saxlayır. Qızmış üst təbəqə genişlənir, onda 
gərginlik yaranır və çatlar əmələ gəlir. 
Günəş süxuru qızdırmadığı vaxt isə süxurun üst 
təbəqəsi şüaları buraxaraq tez soyuyur və sıxılmağa başlayır, 
süxurun daxili hissəsi isə öz temperaturunu saxlayır, həcmi isə 
dəyişmir. Belə olduqda, süxurun səthində yaranmış gərginlik 
nəticəsində radial istiqamətdə çatlar əmələ gəlir. Bu çatlara 
dolan su donarkən öz həcmini böyüdür, bunun nəticəsində 
çatların həcmi də genişlənir. 


114 
Süxurda üfüqi və şaquli çatların sayı get-gedə artır və 
nəticədə yumşaq süxur əmələ gəlir, yəni süxurun müxtəlif
ölçülü qırıntıları və xırda hissələri yaranır. 
Müxtəlif 
mineralların 
genişlənməsi 
əmsalı 
eyni 
olmadığı üçün mürəkkəb süxurlar, bəsit (sadə) süxurlara 
nisbətən sürətlə aşınır. Fiziki aşınma prosesində xırdalanan 
hissələrin ölçüsü yəqin ki, 0,001 mm-dən kiçik olmur. 
Torpaqəmələgəlmə prosesində fiziki aşınma böyük 
əhəmiyyətə malikdir, o, kimyəvi və bioloji aşınmanın intensiv 
getməsinə şərait yaradır. Bu onunla aydınlaşdırılır ki, hissələr 
xırdalandıqca onun xüsusi səthi böyüyür və bununla da 
aşınmanın kimyəvi və bioloji amilləri ilə daha asan əlaqə 
yaranır. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin