108
dərinliyi, rütubətliyi,
strukturu, biogenliyi və s., qədim
proseslərə isə torpağın qalınlığı, humusun ehtiyatı, karbonatlar,
gömülmüş horizontlar və s.aiddir. Qədim «dəlillərə» əsasən
torpağın
tarixini, onun keçdiyi mərhələləri, hazırda şumlanan
torpaqların vaxtilə meşə altında olmasını
bərpa etmək, yəni,
ərazinin
qədim
landşaftının
qanunauyğun
paleocoğrafi
rekonstruksiyasını keçirmək olar.
4.3. Yer qabığının mineralları və süxurları
Yer qabığı olduqca mürəkkəb kimyəvi tərkibə malik
olub təbiətdə rast gəlinən bütün kimyəvi elementlərə təsadüf
etmək olar.Amerika alimi Klark Yer qabığında geniş yayılmış
50 kimyəvi elementin orta miqdarını göstərmişdir.Litosferdə ən
geniş yayılan kimyəvi elementlər aşağıdakılardır.(% - lə).
Oksigen- 49,42 Hidrogen- 0,01
Silisium- 33,0 Titan- 0,61
Alüminium- 7,13 Karbon- 2,0
Dəmir-3,80 Xlor- 0,02
Kalsium- 1,37 Fosfor- 0,08
Natrium- 0,60 Kükürd- 0,08
Kalium – 1,36 Azot- 0,01
Yer qabığı kütləsinin 99,95% - ni 25 element, 0,05 % -
ni isə qalan elementlər təşkil edir.Bu
kimyəvi elementlərdən
Yer qabığını yaradan aşağıdakı minerallar əmələ gəlmişdir.
Minerallar.
Yer
qabığı
müxtəlif
süxurlardan
təşkil
olunmuşdur. Hər süxur isə özü mineraldan ibarətdir. Bəsit
süxurun tərkibinə yalnız hər hansı bir mineral daxil olur.
Mürəkkəb süxur isə bir neçə müxtəlif mineraldan ibarətdir.
Kimyəvi cəhətdən eyni olub tərkibi dəyişməyən və
müəyyən fiziki xüsusiyyətlərə
malik olan cisimlərə
mineral
deyilir.Mənşəyinə görə minerallar 3 qrupa bölünür: maqmatik,
çöküntü və metomorfik.