112
Genetik xüsusiyyətlərinə görə çöküntü süxurları elüvial,
delüvial, prolüvial, alüvial və kolüvial süxurlara
bölünür.
Elüvi və ya elüvial çöküntü aşınmış dağ süxurlarının
aşındığı yerində qalmasıdır.
Delüvi
-
xırda
hissəciklərin
yamacların
aşağı
hissələrində toplanmasına deyilir. Belə çöküntülərin xarakterik
cəhəti onun təbəqə – təbəqə olmasıdır.
Prolüvi – yamac su axınlarının gətirmə konuslarında
topladığı materiala deyilir.
Allüvial çöküntülər nisbətən az sürətlə axan böyük və
kiçik çayların gətirdiyi çöküntülərdir.Yaxşı çeşidləşmiş və
yuvarlanıb
hamarlanmış
xırda
hissəciklərdən
ibarətdir.Çaybasar sahələrdə tipik allüvi çöküntüləri toplanır.
Kolyuvi – dağlıq ərazidə yamacların aşağı hissəsində öz
ağırlığı ilə və ya şaxtaların təsirilə toplanan qırıntı
(parçalanmış) materiala deyilir.
Aşınma məhsullarının külək vasitəsilə bir yerdən başqa
sahəyə aparılması aşınma məhsulunun xüsusiyyətlindən
və küləyin sürətindən asılıdır. Süxurların külək vasitəsilə uzaq
məsafələrə daşınması səhra və yarımsəhra şəraitində daha
intensiv gedərək
eol
mənşəli çöküntülər əmələ gətirir.
Respublikamızın
ərazisində
torpaqəmələgətirən
süxurlardan əsasən karbonatlı löslər, lösəbənzər gillicələr,
karbonatsız gillicələr, allüvial gillicələr, qumlar, duzlu süxurlar
və başqalarını göstərmək olar.
Dostları ilə paylaş: