ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə47/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   43   44   45   46   47   48   49   50   ...   107
Mühəndis-ekologiyası

 
Maqmatik 
(ilk) 
minerallar 
maqmada 
yüksək 
temperatur və təzyiq şəraitində əmələ gəlir. 
 
Çöküntü 
süxurların mineralları (törəmə) aşınma 
nəticəsində yaranır. 
 
Metamorfik 
süxurların mineralları süxurda yüksək 
temperatur və təzyiq şəraitində baş verən fiziki–kimyəvi 
proseslər nəticəsində əmələ gəlir. 
Minerallar əsasən siniflərə, siniflər isə qruplara bölünür. 
 
I sinif - Saf elementlər
, bura təbii halda olan bütün 
bəsit minerallar daxildir: qızıl, gümüş, platin , metalloidlərdən: 
kükürd, qrafit, almaz. 
 
II sinif - Sulfidlər: 
pirit və ya dəmir, kükürd kolçedanı, 
halqopirit və ya kolçedanı 
 
III sinif - halloidlər: 
halloid turşuların duzları: kalit və 
ya daş duz,karnallit, kainit. 
 
IV sinif - Oksidlər və hidroksidlər: 
kvars, çaxmaq 
daşı, boksit, qematit və ya qırmızı dəmir filizi, maqnetit 
 
V sinif - Oksigen turşularının duzları: 
sulfatlar - 
mirabilit, gips, karbonatlar – soda, maqnezium, kaloit, dololit, 
sidert və ya dəmir şpatı; fosfatlar- ftorapatiat, fosforitlər – 
vivianit; silikatlar – olivin, çöl şpatları: ortoqlaz, albit, inortit, 
gil mineralları – törəmə minerallar montmorillonit, kaolinit. 
 
VI sinif - üzvi birləşmələr: 
neft, dağ yağı, dağ mumu, 
asvalt, yantar və s. 
 
Dağ süxurları (ana süxurlar). 
Yer üzərində müəyyən 
massiv qaya və ya təbəqə şəkilində minerallar birləşmiş halda 
süxurları yaradır.Dağ süxurları torpaqəmələgətirən süxurlar 
üçün 
əsas 
sayılır, 
onların 
üst 
qatlarından 
torpaq 
yaranır.Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki 
xassələrinə müəyyən qədər təsir göstərir.Qranit üzərində əsasən 
az münbit torpaqlar əmələ gəlir.Bazalt süxurlar isə münbit 
torpağın 
yaranması 
üçün 
qiymətli 
material 
hesab 
olunur.Landşaftın, 
hidroqrafiyanın 
və 
bitki 
örtüyünün 
xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. 


110 
Mənşəyinə görə massiv – kristial (püskürmə və ya 
maqmatik), çöküntü və metamorfik süxurlar ayrılır. Massiv – 
kristal süxurlar yerin dərinliklərindən püskürüb çıxan və 
soyuyan maqmadır. Bu süxurlar ilk olaraq yerin bərk qabığını 
yaratdığı üçün ilkin süxurlar adlanır. 
Çöküntü süxurlar ilkin süxurların parçalanmasından, 
parçalanan süxurların külək, su və ya buz vasitəsilə aparılaraq 
yer səthində və ya su hövzələrində çökməsindən yaranır. 
Bunlar törəmə (təkrar) süxurlar da adlanır. 
Metomorfik süxurlar yerin daxilində olduğu yerdəcə 
çöküntü süxurlarından yaranmışdır.Yüksək temperatur və 
təzyiq nəticəsində çöküntü süxurlar sıxılmış, bir hissəsi ərimiş 
və sementləşmişdir.Çöküntü süxurların belə dəyişmə prosesi 
birlikdə metomorfizləşmə adlanır. 
Göstərilən bu 3 qrup süxurlar bir – birindən kimyəvi, 
mineroloji və fiziki xüsusiyyətlərinə görə ayrılır. 
Çöküntü süxurlar Yerin üst səthini demək olar ki, 
bütövlüklə örtür.Bəzən onların qalınlığı kilometrlərlə, bəzən 
metrlərlə, hətta santimetrlərlə ölçülür, çöküntü süxurların 
yayılma forması təbəqələrlədir.(qat - qat). 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin