ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə55/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   51   52   53   54   55   56   57   58   ...   107
Mühəndis-ekologiyası

 
Bakteriyalar 
torpaqda olan mikrocanlıların ən çoxunu 
təşkil edir. Bakteriyasız torpaq yoxdur. Onun çox miqdarı 
torpağın üst, əsasən şum qatında yerləşir. 
Oksigenə tələbinə görə bakteriyalar aerob, anaerob, və 
fakültətiv bakteriyalara bölünür. Aerob bakteriyalar yalnız 
havanın oksigeni şəraitdə, anaerob bakteriyalar havasız 
şəraitdə, fakültətiv bakteriyalar isə həm havalı, həm də havasız 
şəraitdə fəaliyyət göstərir. 
Çöpşəkilli 
bakteriyalar 
batsilla

kürəşəkilli 
bakteriyalar-
kokki

bükülmüş 
bakteriyalar-
spiril

çox 
bükülmüş bakteriyalar isə 
spiroxetlər 
adlanır. Bakteriyalar 
bitki aləminə daxil olanda hüceyrələrində xlorofil olmur. 
Hərəkətli və hərəkətsiz bakteriyalar mövcuddur. 
Qidalanmasına görə bakteriyalar 
avtotrof 
və 
heterotrof 
bakteriyalara bölünürlər. Avtotrof bakteriyalar karbon qazını 
mənimsəyərək və karbondan istifadə edərək üzvi maddələr 
yaratmaq qabiliyyətinə malikdir. Heterotrof bakteriyalar isə 
karbonu yalnız hazır üzvi birləşmələrdən mənimsəyir. 
Energiyadan istifadəsinə görə bakteriyalar 
fotoavtotrof

hemoavtotrof 
və 
heterotrof 
bakteriyalara bölünür. 
Fotoavtotroflar günəş işığından, hemoavtoqraflar-
mineral 
birləşmələrin 
oksidləşməsi 
zamanı 
ayrılan 
energiyadan, heteroqraf bakteriyalar isə üzvi birləşmələrin 
oksidləşmələrindən alınan energiyadan istifadə edirlər. 
Torpaqda hemotraf bakteriyalar geniş yayılmışdır. 
Bunlardan dəmir bakteriyaları böyük maraq doğurur. Onlar 
dəmirin aşağı oksidli birləşməsini dəmir oksid formasına 
çevirir: 
2FeCO3+3H2O+O=2Fe(OH)3+2CO2+121.2 coul 
Təbiətdə azotun dövranında bilavasitə iştirak edən 
bakteriyalar xüsusi yer tutur. Bunlar torpaqda 
nitrifikasiya 
prosesi apararaq ammoniumu azot turşusuna çevirir: 


121 
2NH3+3O2=2HNO2+2H2O+718.9 coul 
belə oksidləşmə reaksiyası Nitronomonos tipli bakteriyaların 
köməyilə gedir. 
Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir: 
2HNO2+O2=2HNO3+108.7 coul 
Bu reaksiyada nitrobacterlər iştirak edir. 
Nitrifikasiya 
prosesindən 
başqa 
torpaqda 
mikroorqanizmlərin təsirilə başqa bir proses denitrifikasiya və 
ya nitratların sərbəst azota qədər reduksiya prosesi gedir. Bu 
proses iki mərhələdə keçir: əvvəlcə nitratlar nitritlərə qədər, 
sonra isə nitritlər – sərbəst azota qədər bərpa (reduksiya) 
olunur. 
C6H12O6+4NO3=6CO2+6H2O+2N2 
və ya 
3C+4KNO2+H2O=2KHCO3+K2CO3+2N2 
Denitrifikasiya prosesi denitrifikator bakteriyaların 
təsirilə baş verir. 
Mühüm orqanizmlərdən 1860-cı ildə İ.S.Voronin 
tərəfindən tapılan hemotroflar – kök bakteriyaları və anaerob 
mikroorqanizmin – klostridiumu göstərmək olar. Hər iki 
mikroorqanizm növü azotun dövranında fəal iştirak edir, odur 
ki, onların torpaqəmələgəlmədə və torpağın münbitliyində 
böyük əhəmiyyəti vardır. 
İlk dəfə 1938-ci ildə fransız kimyaçısı Bussenq aşkar 
etmişdir ki, paxlalı bitkilərdən sonra torpaqda daha çox azot 
toplanır. 


122 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin