ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə58/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   54   55   56   57   58   59   60   61   ...   107
Mühəndis-ekologiyası

 
Antropogen amil
. (insanın təsərrüfat fəaliyyəti) 
Antropogen amillər bütün torpaq tiplərinə öz təsirini 
göstərmişdir. Bununla əlaqədar olaraq 
çox yerdə təbii torpaq 
tipi qalmamışdır, yeni mədəni torpaqlar yaranmışdır: 
bataqlıqlar qurudulmuş, səhra, çöl torpaqlarında suvarılma 
tətbiq olunmuş, şoran torpaqların 
meliorasiyası 
işləri 
aparılmışdır. Dağ ərazilərdə meşələrin yerində bağlar, 
üzümlüklər yaradılmış, bəzi yerdə təbii relyef dəyişmiş, 
yamaclar terraslara çevrilmişdir. 
 
Müasir insan nəinki bioloji, hətta geoloji amil 
olmuşdur. 


125 
FƏSİL 5.
 
MÜASİR DÖVRDƏ ƏTRAF MÜHİTİN 
MONİTORİNQİNİN ROLU 
 
5.1. Ekoloji monitorinq anlayışı 
 
“Monitorinq” 
termini 
latın 
sözü 

monitor
sözündən əmələ gəlib, müşahidə edən, 
xəbərdaredici (paruslu gəmidə irəliyə baxan matros 
belə adlandırılırdı) deməkdir. İnsanı əhatə edən təbii 
mühitin qlobal monitorinq ideyası və “monitorinq” 
termininin özü 1971-ci ildə BMT-nin ətraf mühit üzrə 
Stokholm konfransının keçirilməsinin (1972) hazırlığı 
ilə əlaqədar olaraq yaranmışdır. Belə bir sistemin 
işlənməsi üzrə ilk təkliflər ətraf mühitin problemləri 
üzrə Elmi komitə tərəfindən irəli sürülmüşdür 
(SKOPE). 
1973-cü 
ildə 
professor 
R. 
Menn 
məsələnin 
qoyuluşu 
aspektində 
monitorinq 
konsepsiyasını ifadə etmiş və bu monitorinq üzrə 
birinci hökumətlərarası iclasda müzakirə edilmişdir 
(Nayrobi, 1979-cu ilin fevralı). R. Menn təklif 
etmişdir ki, ətraf təbii mühitin bir və ya daha çox 
elementinin 
əvvəlcədən 
müəyyən 
məqsədlərlə 
hazırlanmış proqram üzrə məkan və zamana görə 
təkrar 
surətdə 
aparılmış 
müşahidələr 
sistemi 
monitorinq adlandırılsın. 
Hal-hazırda “ekoloji monitorinq” termini 
dedikdə ətraf təbii mühitin vəziyyətinin müşahidə, 


126 
nəzarət, qiymətləndirilmə sistemi, proqnozu və 
idarəedici məsələlərin həllinin hazırlığı və qəbulunun 
informasiya təminatı başa düşülür (şək.5.1).
Ekoloji monitorinqin məqsədi – təbiəti 
mühafizə fəaliyyətinin idarə edilməsinin və ekoloji 
təhlükəsizliyin 
informasiya 
təminatının 
təmin 
edilməsidir (şək. 2).
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün 
hökmən aşağıdakı suallara cavab vermək lazımdır: 
• təbii mühitin əvvəlki texnogenez 
vəziyyətilə (nisbi və ya mütləq formada) müqayisədə 
nəzərdən keçirilən zaman kəsiyində 
vəziyyəti necədir
və proqnoz edilən zaman ərzində təbii mühitdə hansı 
dəyişikliklər (müsbət, mənfi) gözlənilir;
• baş vermiş dəyişikliklərin və gələcəkdə 
baş verə biləcək dəyişikliklərin 
səbəbləri nədir 
(o 
cümlədən arzuedilməz, məhvedici, böhran) və bu 
dəyişikliklərin mənbəyi nə olub, nədir və nə ola bilər 
(bir qayda olaraq zərərli texnogen təsirlər); 
Şək. 1.
Ekoloji monitorinqin blok-sxemi 
Müşahidələr 
Faktiki 
vəziyyətin
qiymətləndirilmə
Mühitin 
keyfiyyətinin 
tənzimlənməsi 
Vəziyyətin 
proqnozu
Proqnozlaşdırıla
n vəziyyətin
qiymətləndirilmə
si 


127 
• baxılan lokal təbii mühitə, verilmiş hal 
üçün işlənmiş “faydalılıq – zərərlilik” funksiyasının 
qiymətləndirilməsinin meyarı əsasında müəyyən 
edilmiş 
hansı təsirlər
ziyanlıdır (arzuedilməz və ya 
icazəverilməz); 
• texnogen təsirlərin 
hansı səviyyəsi
, o 
cümlədən baxılan təbii mühitdə baş verən təbii və ya 
təbii-fəlakət prosesləri və təsirləri birlikdə, təbii mühit 
və onun ayrı-ayrı komponentləri və ya kompleksləri 
(senoz) üçün icazə veriləndir və ilkin adekvat ekoloji 
balans vəziyyətinin özünü bərpa etməsi üçün təbii 
mühitin hansı ehtiyatları mövcuddur;
• 
təbii mühitə, onların ayrı-ayrı 
komponentləri və ya komplekslərinə texnogen 
təsirlərin
hansı səviyyəsi
icazə verilməz və ya böhran 
hal sayılır ki, bundan sonra təbii mühitin ekoloji 
balans səviyyəsinə kimi bərpa edilməsi mümkün 
deyildir.
Alınmış informasiyanın toplanması və 
emal edilməsi səviyyəsinə görə qlobal, milli, regional 
və lokal monitorinqlər fərqləndirilir.
Qlobal
(biosfer) monitorinq beynəlxalq 
əməkdaşlıq əsasında yerinə yetirilir, Yerin müasir 
təbii sisteminin vəziyyətini qiymətləndirməyə imkan 
verir. Müşahidələri planetin müxtəlif regionlarında 
baza stansiyaları həyata keçirirlər (30 - 40 yerüstü və 
10-dan artıq okean). Çox vaxt onlar bioloji qoruqlarda 
yerləşirlər.


128 
Milli 
monitorinq 
dövlət 
sərhədləri 
daxilində xüsusi yaradılmış orqanlar tərəfindən 
yerinə yetirilir.
Regional
monitorinq xalq təsərrüfatı 
tərəfindən intensiv şəkildə mənimsənilən və deməli, 
antropogen təsirə 
məruz qalmış 
iri rayon 
hüdudlarından informasiya daxil olan sistemin 
stansiyaları hesabına yerinə yetirilir.
 
Lokal
monitorinqə şəhərin müxtəlif 
zonalarının, sənaye və kənd təsərrüfatı rayonlarının və 
ayrı-ayrı müəssisələrin hava mühitinin müşahidələri 
aid edilir.
Lokal monitorinq stasionar, daşınan və ya 
məşəlaltı məntəqələr vasitəsilə yerinə yetirilir. Belə 
sistem ölkənin əksər rayonlarında vardır.
Ekoloji 
monitorinqi 
müşahidə 
obyektlərinə görə 
geofiziki
və 
bioloji
monitorinqə 
bölmək olar.
Geofiziki 
monitorinq geofiziki mühitin 
(yerin 
müəyyən 
sahəsinin 
fiziki 
proses 
və 
xüsusiyyətlərinin 
məcmusu kimi) 
müşahidəsini, 
nəzarətini, vəziyyətin proqnozunu və dəyişikliklərin 
elementlərini özündə cəmləşdirir, yəni biosferin həm 
mikro, həm də makromiqyasda baş verən abiotik 
toplananının dəyişmələrini, həmçinin hava və iqlim 
kimi iri sistemlərin reaksiyalarını əhatə edir.
 
Bioloji
monitorinqin əsas məsələləri 
biosferin biotik toplananının vəziyyətinin, onun 
antropogen təsirə reaksiyasının, biosistemin təşkilinin 


129 
müxtəlif səviyyələrində vəziyyət funksiyasının və bu 
funksiyanın 
normal 
təbii 
vəziyyətdən 
kənara 
çıxmasının müəyyən edilməsindən ibarətdir.

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin