116
turşusu, kvars, dəmir hidratı, alüminium, marqans, az miqdarda
fosfat, xlorid, sulfat və digər birləşmələr daxil olur. Bu
mineralların çoxu kimyəvi dəyişkənliyə uğramır. Belə ki,
xloridlər, sulfatlar və qismən
fosfatlar suda həll olaraq
dəyişkənliyə uğramayaraq ayrılırlar. Kaolin – davamlı mineral
olub qismən mikroorqanizmlər tərəfindən parçalanır. Odur ki,
süxur bu mineralla zənginləşir. Onun tərkibindəki kalsitin
karbon qazının miqdarı kəskin dəyişəcək. Bu duz havadakı
karbon qazı və su ilə asan reaksiyaya uğrayır.
Bu zaman suda həll olan
iki kalsium-karbonat əmələ
gəlir. Aydındır ki, belə reaksiya nəticəsində əhəng daşı kalsiti
itirəcək, eyni zamanda həll olmayan davamlı minerallarla (gil,
silikat turşusu, dəmir və alüminium oksidi) nisbətən
zənginləşəcəkdir. Əhəng daşı ağımtıl boz rəngdən qırmızımtıl
və qonur rəngə çevriləcəkdir. Onun aşınma məhsulu çox xırda
hissəciklərdən ibarət olur. Məhz buna görə də əhəng daşları
üzərində aşınma zamanı gilli torpaqlar yaranır.
Aşınma nəticəsində əhəng daşlarının
yerində mergellər
– karbonatlı gillər və hətta təmiz, yəni karbonatsız gillər
yaranır. Sonralar onların üzərində gilli torpaqlar əmələ gəlir.
Gilli şistlər də göstərildiyi kimi aşınmaya məruz qalır.
Dostları ilə paylaş: